"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Dovşan həkimi” AMİP-dən necə qovuldu? – Əli Əliyev haqqında yeni şok sənəd

06 İyul 2019 - 12:13
in MANŞET
FacebookVatsap
  • Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür?

“Fransanın başına görün kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs”.

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bu cümlələrin müəllifi Azərbaycanda qeydiyyatdan keçmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir. O, 26 aprel 2017-ci ildə öz Facebook səhifəsindən fransız xalqına öyüd-nəsihət verir, Emmanuel Makronun psixi problemləri olduğunu vurğulayaraq onun ailə-məişət məsələlərini təftiş edir, kəsə desək, Fransa prezidentini məişət pozğunu çıxardırdı. Sözlərini eynilə belə bitirirdi ki, sabah Makronun da müdafiə edəcəyi YAP hakimiyyətini yolumuzdan təmizləmək vəzifəsini icra etməliyik. Üzərindən 2 ildən bir qədər çox vaxt keçdikdən, ilahi ədalət öz yerini tapdıqdan, Əli Əliyevin özü ailə-məişət məsələləri ilə gündəmə gəldikdən sonra istər-istəməz belə bir sual yaranır: görün, Azərbaycanın başına kim gəlmək istəyir, ölkə parlıamentində xalqı kim təmsil etmək istəyir, YAP hakimiyyətini təmizləmək vəzifəsini öz qarşısına hansı mənəvi-əxlaqi keyfiyyətlərə malik insanlar qoyur?!.

Əlbəttə, biz bu yazıda Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə AMİP ldieri Etibar Məmmədova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və digər dövlət qurumlarına ünvanlandığı açıq məktubda səslənən fikirlərə istinad etməyəcəyik.

Məktub kütləvi informasiya vasitələrində geniş yayılıb, oxuyan oxuyub, çıxarılmalı olan nəticələri də çıxarıb. İlk məktubunda keçmiş ərini qonşuları, dostları olan bir ailəni dağıtmaqda suçlayan, rəfiqəsi ilə əvvəlcə yasaq eşq yaşaması, daha sonra qanuni nikahını qanunsuz yollarla pozaraq dörd uşağı travmaya məruz qoyacaq şəkildə yeni evlilik münasibətinə başlaması barədə danışan bir xanımın 14 il sonra “Əli Əliyevə qarşı heç bir mənəvi və hüquqi iddiamız yoxdur” deməsini də anlayışla qarşılayırıq. Ortada artıq böyümüş, özünə çevrə qurmuş uşaqlar var və məhz həmin uşaqların xatirinə bu məsələnin üstündən ehtiyyatla keçməyin tərəfdarıyıq. Ancaq qətiyyən ona tərəfdar deyilik ki, medianın etik prinsiplərə bağlılığından, uşaq hüquqlarına hörmətindən, milli-mənəvi dəyərlərə ehtiramından sui-istifadə edərək Əli Əliyev məsələni “məndə Məcnundan füzun aşıqlik istedadı var” şəklinə salaraq hamarlasın. Siyasi tanınmış şəxslərin ailə dəyərləri, məişət məsələləri hər zaman diqqətdə olub, olmalıdır da! Bu Qərbdə də belədir, Şərqdə də! Həm Qərbdə, həm Şərqdə bir siyasətçiyə bağışlanmayan əsas davranış isə onun xalqa yalan danışması, yanlış məlumat verməsidir. Doğrusu, keçmiş həyat yoldaşının hazırkı VİP sədrinə ünvanladığı birinci məktubda yer alan, ikincidə isə üzərindən sükutla keçilmiş ən prinsipial məsələ budur: 2005-ci ildəki parlament seçkilərində Əli Əliyev ilk nikahından üç oğlu olduğu halda, onlardan ikisini niyə gizlədib?

Nədən utanıb, nədən çəkinib, xalqa öz övladlarının sayı barədə nədən yanlış məlumat verib?

Başqa sözlə, Əli Əliyevin ailə-məişət məsələlərini, məhrəm münasibətlərini sorğulamamaq olar, ancaq onun cəmiyyətə açıq-aşkar yalan danışması, yanlış məlumat verməsi artıq ictimai məsələ olduğundan mütləq müzakirə edilməlidir. Hər halda, az-çox demokratik sistemə malik istənilən ölkədə lap bir neçə nikahdan doğulmuş olsa belə, öz qanuni övladlarını cəmiyyətdən gizləyən şəxsə siyasətin qapılarını arxadan örtməyi tövsiyyə edərlər. Elə davranışlar var ki, bu, hüquqən yasaq olmasa da, əxlaqi nöqteyi-nəzərdən cinayətdir, Əli Əliyevin ictimai rəy qarşısında övladlarından imtina etməsi də məhz bu qəbildəndir.

Bizdə olan məlumata görə, Əli Əliyev vaxtilə mühafizəkar ideologiyaya sahib AMİP-dən – Azərbaycanın rəsmi qeydiyyatdan keçmiş ilk partiyasından məhz elə bu səbəblər üzündən qovulub. Və “YAP hakimiyyətini təmizləməyi” qarşısına məqsəd qoymuş Əli Əliyev Azərbaycan siyasətində yeganə adamdır ki, sədri olduğu partiyadan xaric edilib, ona partiyanın ali orqanının dili ilə “şələ-şüləni də götür, tərk elə sıralarımızı” deyilib. Yəni, AMİP özünü Əli Əliyevdən təmizləyib…

O isə gedib özünə “Vətəndaş və İnkişaf” adlı bir dükan açıb, siyasi baqqallıqla məşğul olmağa başlayıb.

Danışanda ağzına çullu dovşan yerləşməyən Əli Əliyevin VİP sədri kimi ölkə siyasətində hər hansı uğura imza atdığını söyləmək mümkün deyil. O, cəmiyyətin siyasi hafizəsində 2010-cu ilin parlament seçkilərində namizədi olduğu dairəni ildırım sürəti ilə dəyişərək Müsavat partiyasının başqanı İsa Qəmbərə özünü alternativ elan etməsi, bununla siyasi hakimiyyətə “satılmağa hazıram” mesajını verməsi ilə qalıb. Lakin onun Azərbaycandan “təmizləmək istədiyi” YAP hakimiyyəti ipiqırıq adamlara pul saymadığından Əli Əliyev də, onun “Vətəndaş və İnkişaf” adlı kassasız fəaliyyət göstərən baqqal dükanı da özünə yaxşı müştəri tapa bilməyib.

Budur, Əli Əliyev 2017-ci ildə Mərkəzi Seçki Komissiyasına rəsmi hesabat verib. Həmin hesabata görə, partiyanın illik maliyyə dövriyyəsi cəmi 200 manat olub ki, həmin vəsaiti də partiyanın bank hesabına elə Əli Əliyev özü köçürüb. Azərbaycan hakimiyyətinə korrupsiya ittihamları yönəldən, ayrı-ayrı məmurları qeyri-şəffaflıqda günahlandıran, ittiham edən bir partiyadan, bir partiya sədrindən söhbət edirik.

Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür?

Doğrudanmı, Əli Əliyev partiyasına ildə cəmi 200 manat xərcləməklə hakimiyyətə gəlməyin, deputat seçilməyin mümkün olduğunu düşünür?

Doğrudanmı, Əli Əliyev başa düşmür ki, hərəkat yoldaşlarını sataraq himayəsinə sığındığı Tibb Universitetinin sabiq rektoru, bir müddət Azərbaycanda parlamentin spikeri olmuş və prezident vəzifəsini icra etmiş Yaqub Məmmədovun dediyi kimi, o da böyük oyun üçün kiçik piyadadır? Həm də o piyadalardandir ki, heç zaman siyasət taxtasında hər hansı fiqura çevrilmək ehtimalı yoxdur!

Azərbaycan siyasətinin bu uğursuz provizorunun (aptek işçisi) yerinə başqası olsaydı, oturub “elm”lə məşğul olar, “Sirkə turşusu ilə zəhərlənmiş dovşanların qaraciyərində antioksidant ferment sistemi pozulmalarının korreksiyası” mövzusunda yazdığı “çox akademik məqalələr”i inkişaf etdirərdi…

Hər halda Əli Əliyev nəyi də bilməsə onu yaxşı bilir ki, sirkə tünd olanda öz qabını sındırır!

Cabir Cabbarzadə,

Previous Post

“Dovşan həkimi” AMİP-dən necə qovuldu? – Əli Əliyev haqqında yeni şok sənəd

Next Post

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.