Avstriyada ibtidai sinif şagirdlərinə hicab taxmaq qadağan olunub. Bu barədə ölkə parlamenti qanun qəbul edib.
Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.
Sənəddə deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.
Qeyd edək ki, Avstriyada artıq ikinci ildir ki, müsəlman qadınlara ictimai yerlərdə üzü tam bağlamaq icazə verilmir. Ötən il isə Avstriya parlamenti uşaq bağçalarında da hicab taxmağı qadağan etmişdi.(Qafqazinfo)
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərarı ləğv etməsə, Böyük Britaniya İsrailin 27 diplomatını...





















Son şərhlər