"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Həcc qiymətləri endirilə bilərmi?” -QMİ mətbuat xidməti cavab vermədi…

03 May 2019 - 13:24
in CƏMİYYƏT
FacebookVatsap

Hacı Şahin: “Bu istiqamətdə yeni danışıqların aparılıb-aparılmaması haqda məlumatım yoxdur…”

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

Xəbər verdiyimiz kimi, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış xüsusi  işçi qrupu Səudiyyə Ərəbistanı Krallığı şirkətləri ilə danışıqlar apardıqdan sonra ölkə vətəndaşları üçün Həcc və Ümrə  ziyarətləri xərclərinin azaldılmasına nail olunub. Belə ki, özbək işçi qrupu nümayəndələrinin səudiyyəli həmkarları ilə danışıqları nəticəsində  Özbəkistan vətəndaşları üçün Həccin qiyməti  33,3 milyon suma(3925 ABŞ dolları) endirilib.  Bu da ötən ilki qiymətdən təxminən  10 milyən sum( təxm. 1200 dollar) aşağıdır.  
Bəs Azərbaycanda Həcc qiymətləri necədir? Artıb, yoxsa azalıb? Bu ilin fevralında Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) mediaya verilən məlumata görə, 2019-cu il üçün Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edəcək. Ötən il isə həmin qiymət 4150 dollar olub. Deməli, müsəlmanlar üçün ən vacib ziyarət ölkəmizdə ötən ilə nisbətən 135 dollar bahalaşıb. Zənginlər üçün az görünən 135 dollar və ya təxm. 230 manat isə kasıb təbəqədən olan 3-4 nəfərlik ailənin bir aylıq yemək puludur.  Bəs görəsən, Özbəkistandan Məkkəyə məsafəcə daha yaxın olan Azərbaycandakı Həcc qiymətlərinin daha baha olmasının, yəni nə az-nə çox, düz 360 dollar artıq olmasının səbəbi nədir? Azərbaycan tərəfi də özbəklər kimi Səudiyyə Krallığı rəhbərliyi ilə danışıqlar aparıb  müqəddəs ziyarət qiymətlərini, heç olmasa, ötən ilki səviyyəyə endirə və Ramazan ayə ərəfəsində imkansız möminləri sevindirə bilməzmi?..
Bu və digər suallara cavab almaq üçün QMİ mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdııq. Həmişə kimi bu qurumla əlaqə yaratmaq böyük problem olduğundan, yəni telefon zənglərimizə cavab verilmədiyindən(digər tərəfdən, mətbuat xidmətinin icazəsi olmadan QMİ rəhbərliyində təmsil olunan din xadimlərinin çoxu medianın suallarını birbaşa cavablandırmır)   mətbuata daim açıq olan QMİ-nin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahinə müraciət etdik.   Qurum nümayəndəsi məsələnin bilavasitə onun səlahiyyətində olmadığını bildirərək suallarımızı qısa şəkildə cavablandırdı.
“Ümumiyyətlə, Həcc ziyarəti qiymətləri bizdən asılı olmayan məsələdir. Bu dəyişiklik əsasən Səudiyyə Ərəbistanında müəyyən qiymətlərin artması ilə bağlı olur. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin Həcc qiymətləri  barədə yeni danışıqlar aparıb-aparmaması haqda məlumatım yoxdur. Çünki bu işlərlə bilavasitə idarənin  Həcc ziyarətinin təşkili şöbəsi məşğul olur. Həmin qurumun fəaliyyəti ilə isə heç bir əlaqəm yoxdur. Biz QMİ nümayəndəsi və ilahiyyatçı olaraq Həcc missiyaları tərkibində ziyarətə yollanırıq. Bizim vəzifəmiz zəvvarlara  Həcc ayinlərinin müəyyən məqamlarını izah etmək və həmin  ayinlərin düzgün icrasını təmin etməyə çalışmaqdır. Amma  həmin ziyarətlərin texniki və maliyyə tərəfləri bizim səlahiyyətimizdə olan məsələ deyil…”,- deyə Hacı Şahin bildirib. //Moderator.az

Previous Post

“Həcc qiymətləri endirilə bilərmi?” -QMİ mətbuat xidməti cavab vermədi…

Next Post

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – SƏBƏB

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post
Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – SƏBƏB

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər - SƏBƏB

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – SƏBƏB

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər - SƏBƏB

Son xəbərlər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.