"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

11 Aprel 2019 - 17:58
in aktual-banner, Banner, BannerVeteninfo, Cebhe-banner, CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Hesablama Palatası Bakı Slavyan Universitetində aparılan audit yoxlamasının nəticəsini açıqlayıb.

Bunu da oxuyun

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

ONA-nın məlumatına görə, Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil almış, müxtəlif səbəblərdən xaric edilmiş, 1 iyul 2018 tarixinədək bərpa edilməmiş yerli və əcnəbi tələbələrdən, doktorantlardan və yenidən hazırlanma kurs dinləyicilərindən cəmi 126 150 manat təhsil haqqının vaxtında alınmasının təmin edilməməsi səbəbindən təhsil haqqı borcu qalıb. Göstərilən təhsil haqqı borcunun 49 500, manatını 2016/2017-ci tədris ilinin əvvəlinədək yaranmış borclar təşkil edib. Xarici ölkələrin vətəndaşları olan tələbələrin universitetə qəbul edilməsinə dair əmr verilərkən müəyyən olunmuş təhsil haqqı məbləğinin minimum 50%-nin alınması tələbinin gözlənilməməsi nəticəsində 2016/2017-ci tədris ilində bakalavrlar və hazırlıq kursları üzrə ümumilikdə 2 halda olmaqla, 900 manat məbləğində təhsil haqqının alınması təmin edilməyib. 2017/2018-ci tədris ilində akademik məzuniyyət götürən tələbələr üzrə də düzgün olmayaraq hesablama verilib, nəticədə 14 halda olmaqla 18 150 manat borc yaradılıb. Yaz semestrinin əvvəlində başqa ali təhsil müəssisələrinə köçürülən tələbələrə təhsil almadığı dövrdə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 3 halda olmaqla, 3 min 400 manat təhsil haqqı hesablanıb. Ödənişli əsaslarla təhsil alan, lakin müvafiq tədris illərində universitetlə əlaqə saxlamadığı, həmçinin fərdi tədris planı imzalamadığı üçün növbə semestrdə xaric edilmiş tələbələrə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 14 halda olmaqla, təhsil haqqı üzrə ümumilikdə 13 150 manat hesablama verilib. Nəticədə əsassız təhsil haqqı borcu yaradılıb. Bakı Slavyan Universitetində ödənişli əsaslarla təhsil alanlardan təhsil haqqının müəyyən edilmiş təhsil müddəndə alınması təmin edilmədiyindən, (39 halda 2016-cı il tarixinədək, 15 halda 2016-cı və 4 halda 2017-ci ildə) 01.07.2018-ci il tarixə Universiteti bitirmiş tələbələrin təhsil haqqı üzrə 70 450 manat borcu qalıb. Həmçinin qeyd olunan təhsil haqları tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmayıb. Tələbələrin Universiteti bitirməsinə dair təhsil sənədi diplom şöbəsində saxlanılır.

1484309687_1484309595_1484203420_nurlanaeliyeva22

Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil alan və Vyetnam Sosialist Respublikasının vətəndaşı olan 2 əcnəbi tələbənin Təhsil Nazirliyindən daxil olmuş X-137/11-24 saylı 02.07.2015-ci il tarixli məktuba əsasən, 2015/2016-cı tədris ilində bakalavr təhsil səviyyəsinə daxili kvota əsasında universitetə qəbul edilərək, təhsil haqqından azad edilməsi nəticəsində onların təhsil aldığı dövrdə hesablama verilməmiş, nəticədə (2015/2016, 2016/2017 və 2017/2018-ci tədris illərində) ümumilikdə 10 800 manat təhsil haqqından daxilolmalar icra edilməyib. Azərbaycan Prezidentinin 736 nömrəli 14 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında saziş”də yalnız bakalavr və magistratura təhsil səviyyələrində təhsilalanların dövlət xətti ilə təhsil alması göstərilməsinə baxmayaraq, hazırlıq fakültəsinə qəbul edilən 5 nəfər Çin vətəndaşı üzrə hesablama aparılmayıb, nəticədə ümumilikdə 4 min manat təhsil haqqından daxilolmalar icra edilməyib. 2016/2017-ci tədris ilində Universitetdə tədris olunan İngilis dili müəllimliyi ixtisası üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təhsil haqqı məbləği 1800,0 manat göstərilməsinə baxmayaraq, 2017/2018-ci tədris ilində Universitetdə təkrar ali təhsil üzrə müvafiq ixtisasa ikinci kursa qəbul edilmiş 20 tələbəyə təhsil haqqı məbləği düzgün olmayaraq, 300 manat az hesablama verilməsi nəticəsində ümumilikdə 6000,0 manat təhsil haqqından daxilolmalar icra edilməyib.

Universitetin 26 iyul 2016-cı il tarixli 93 saylı əmrinə əsasən, mühasibat uçotu sənədlərinin yeni rəhbərliyə təhvil verilməsi ilə əlaqədar yaradılmış “Təhvil-təslim komissiyası” tərəfindən 29.07.2016-cı il tarixdə tərtib edilmiş və 30 iyul 2016-cı il tarixdə universitetin rektoru tərəfindən təsdiq edilmiş 1 saylı aktda 01 avqust 2016-cı il tarixinə Universitetdə ödənişli təhsilalanlar üzrə təhvil verilmiş təhsil haqqı borcunun az göstərilməsi nəticəsində 61 min 132 manat kənarlaşma olub.

Auditlə əhatə olunan illərdə Universitetdə dövlət sifarişi ilə təhsil alan, tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələr barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat verilmədiyindən, onların təhsil haqqı tam ödənilməklə universitetə ümumilikdə 8 580 manat artıq vəsait köçürülüb. Müvafiq semestrlər üzrə akademik borcu qalmış tələbələrin payız və yaz semestrlərində alt qruplarda və fərdi qruplarda 25,0% güzəşt hüququndan istifadə etməklə, həmçinin yay tətili dövründə təşkil edilmiş yay məktəblərində akademik borcların ləğv edilməsi ilə əlaqədar kredit haqqı üzrə Universitetin 1 iyul 2018-ci il tarixə kreditor borcun 24 102,2 manat təşkil etməsinə baxmayaraq, qeyd olunan kreditor borc maliyyə hesabatlarında əks etdirilməyib. 1 yanvar 2016-cı il tarixə universitetin təhsil haqqı üzrə kreditor borcu olmayıb, debitor borcu isə 2 134 037 manat olub. Auditlə əhatə edilən dövrdə ümumilikdə 8 642 514 manat hesablama aparılıb. Ümumilikdə 10 203 681 manat təhsil alanlardan təhsil haqqı daxil olub. 1 iyul 2018-ci il tarixə universitetin ödənişli təhsil haqqı üzrə kreditor borcu 582 920 manat, debitor borcu isə 10 050 manat təşkil edib.

Previous Post

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

Next Post

Ombudsman: “Şagirdin intiharı ilə bağlı Baş prokurora müraciət etmişik”

Bənzər yazılar

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06

Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin...

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, noyabrın 1-də...

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində...

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda “Cəzadan şərti...

Next Post
Ombudsman: “Şagirdin intiharı ilə bağlı Baş prokurora müraciət etmişik”

Ombudsman: "Şagirdin intiharı ilə bağlı Baş prokurora müraciət etmişik"

Ombudsman: “Şagirdin intiharı ilə bağlı Baş prokurora müraciət etmişik”

Ombudsman: "Şagirdin intiharı ilə bağlı Baş prokurora müraciət etmişik"

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.