"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qara kapitalı necə ağartmalı? – Ofşorlardan Azərbaycana

09 Aprel 2019 - 14:14
in CƏMİYYƏT
FacebookVatsap

Ölkə iqtisadiyyatı keçiş mərhələsindədir. Xüsusilə dünya bazarında neft qiymətlərinin dalğalandığı indiki şəraitdə iqtisadiyyatımızın diversifikasiyası həyati əhəmiyyət kəsb edir. Cənab Prezidentimizin artıq neçə ildir start verdiyi iqtisadi strategiyanın həyata keçirilməsi hər birimizin, özəlliklə bu ölkənin qaymağını yeyən şəxslərin ən ümdə məsələsi olmalıdır. Hər kəs qeyri-neft sektorunun inkişafında əlindən gələni əsirgəməməli, son qəpik quruşunu belə, bu hədəfin reallaşmasına yönəltməlidir.

Bunu da oxuyun

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Təəssüf ki, iş adamlarımız Azərbaycan iqtisadiyyatının inkişafına mövcud potensiallarından qat-qat aşağı investisiya qoyur, daha çox xarici yatırımlara üstünlük verirlər. Bunu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında Azərbaycanın sosial və iqtisadi sahələrinə investisiya qoyuluşunun 12.5%, yaxud 868,7 mln. manat azalması da təsdiqləyir.

Dövlət Statistika Komitəsi bu azalmanı neft sektoruna yatırılmış investisiyaların həcmiylə əsaslandırsa da, hər halda, qeyri-neft sektoruna yönəldilmiş vəsaitləri də qənaətbəxş hesab etmək mümkün deyil. Statisitik məlumatların təhlili göstərir ki, bu ilin yanvar ayında qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi cəmi 1,2%, qeyri-neft sənayesinə qoyulmuş investisiyalar isə 1,9% artıb. İlk baxışdan 1.2% – 1.9%-lik böyümə inkişaf kimi görünsə də, sözsüz ki, bununla kifayətlənmək mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan Prezidenti dəfələrlə iş adamlarımızı ölkə iqtisadiyyatına ciddi yatırımlar qoymağa səsləmiş, investisiya mühitini münbitləşdirən mühüm addımlar atmışdır. Məhz sözügedən islahatların nəticəsində Azərbaycanın beynəlxalq iqtisadi reytinqi artmış, hətta ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Eyni qurumun 2017, 2018-ci illərdəki hesabatlarında da Azərbaycanı yüksək qiymətləndirməsi bu inkişaf prosesinin ardıcıllığından xəbər verir. Yalnız onu xatırlatmaq kifayətdir ki, “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlmişdi.

Azərbaycan günü-gündən iqtisadi reytinqini yüksəltdiyi, dünyanın ən çox iqtisadi islahatlar aparan ölkəsinə çevrildiyi bir zamanda, sözsüz ki, 1.2% və ya 1.9%-lik zəif inkişafın obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər neft böhranından sonra daralan iqtisadi gücümüz, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, xarici investorların hələ də bəzi risklərdən çəkinmələri, beynəlxalq ticari savaşlar, geopolitik ziddiyyətlərin mərkəzində yerləşməyimiz və bunun bəzi zəruri islahatları əngəlləməsi kimi amillərdirsə, subyektiv səbəblərə bunlar daxildir: neft sektoru ənənələrinin gətirdiyi problemlərin tam olaraq aradan qaldırıla bilməməsi, qeyri-iqtisadi yolla zənginləşən iri məmurların ölkənin maliyyə gücünün önəmli qismini əllərində cəmləşdirmələrinə baxmayaraq, yeni dövrün tələblərinə uyğunlaşa bilməmələri, pul qazanma metodlarında alın tərindən çox, öz bildikləri “asan” yollara baş vurmaları, ölkə başçısının həyata keçirməyə çalışdığı islahatların mahiyyətini düzgün qiymətləndirməmələri və bu səbəbdən də ona mane olmaq səyləri, toplumumuzun yeniliklərə tam hazır olmaması və s.

Azərbaycan iqtisadiyyatının diversifikasiyasının qarşısında dayanan ən ciddi əngəl isə bir çox iri kapital sahiblərinin öz gələcəklərini ölkəmizdə görməmələrindən qaynaqlanır. İndiyə qədər hakimiyyətdəki yaxınlarına – qohumlarına, dostlarına, tələbə yoldaşlarına, “məhəllə uşaqlarına” söykənib qara yollarla pul qazanmağa öyrəşmiş bu adamlar Prezidentin həyata keçirəcəyi islahatlardan sonra kitablarının bağlanacağına inandıqlarından əllərindəki kapitalı nəyin bahasına olursa olsun, Azərbaycandan çıxarmaqda maraqlıdırlar. Onlar öz ölkələrinə “qara bazar” kimi baxır və əldə etdikləri böyük kapitalları da “qara” yolla qazanırlar. Belələri üçün vətən sadəcə çapılıb talanan düşmən yurdudur. Öz gələcəklərini Qərb ölkələrində, kapitallarının təhlükəsizliyi isə ofşor hesablarında görürlər. Dolayısıyla, ölkəmiz xarici investisiyalara ümid bağladığı indiki zamanda, tam əksinə, xaricə katipal axıdan məmləkətə çevrilir. Belə insanların ofşor hesablarında ölü kapitala çevirdikləri maliyyə potensialımız isə öz ölkəmizin tərəqqisində rol oynaya bilmir.

Əslində həmin işbazların xarici banklarda yatırılan vəsaitləri heç öz işlərinə də yaramayacaq, əksinə əlavə baş ağrısına çevriləcək mahiyyətdədir. Nədən ki, bu vəsaitlər real iqtisadiyyata yatırılmadığı üçün əlavə dəyər yarada bilmir, getdikcə ucuzlaşır və hər an müsadirə olunmaq təhlükəsi ilə üz-üzə qalırlar. Bunun ən bariz örnəyini biz Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşının timsalında gördük. İngiltərə hökumətinin post-sovet məkanından bu ölkəyə axan mənbəyi naməlum kapitalları dondurmaq və daha sonra müsadirə etmək siyasəti Zamirə Hacıyeva kimi digərlərinin də ümidlərini doğrultmaya bilər. Eyni talenin digər “qara” sərmayədarları da gözləməsi ehtimalı öz xalqının boğazından kəsilənlərin heç kimə xoşbəxtlik gətirmədiyini və “qara kapital”ın dünyanın heç yerində güvəndə olmayacağını bir daha ortaya qoydu.

Şəxsən yaxından tanıdığım bir iş adamı var. Hansı yolla ciddi kapital qazandığı barədə danışmaq istəmirəm. Məni narahat edən odur ki, özünü “uğurlu” iş adamı hesab edən bu şəxs Azərbaycanda əldə etdiyi milyonlarla dollara İstanbulun Ataşehir və Şerifali səmtində kirayəlik iş ofisləri alıb. Həmin obyekti isə elə qiymətə kirayəyə verib ki, bu pulla maya dəyərini yalnız 52 ilə geri qaytara bilər. Halbuki, 52 ilə Azərbaycanda tum qovurub satmaqla da o qədər qazanmaq mümkün idi. Bu “uğurlu” iş adamını İstanbula aparan isə iki səbəb vardı: biri, öz “qara sərmayəsinin” hesabatını verməkdən yayınmaq, ikincisi isə, alın təri tökmədən, asan qazanc əldə etmək.

Milli kimliyini itirmiş həmin insan cibində hələ də Azərbaycan pasportu gəzdirir. Övladları bu ölkənin iş adamlarının vergisiylə formalaşdırılan büdcə hesabına maliyyələşdirilən təhsil ocaqlarında pulsuz oxuyur, müftə dərs kitabları ilə təmin olunurlar. Ölkəmizin halal çörəklə dolanan kasıb balaları isə göz nuruyla qazandıqları ali məktəblərdə pulsuzluqdan oxuya bilmirlər.

Fikrimcə, Azərbaycanın qanını soran bu tip parazıtlərə qarşı dövlət öz sərt üzünü göstərməli və həmin pulları hansı yolla qazandıqlarının hesabını sormalıdır.

Nə qədər ki gec deyil, özlərini “uğurlu” iş adamı kimi görən bu “çoxbilmişlər” əvvəl-axır ədalət qarşısında cavab verəcəklərini gözdən qaçırmamalı və hansı yolla qazanmalarından asılı olmayaraq əllərindəki sərmayəni ölkəmizin iqtisadiyyatına yatırmalıdırlar. Bununla heç olmasa öz günahlarının yarısından geri qayıda, həm özlərinə, həm də bu zamana qədər qanını sorduqları xalqa nəsə qazandıra bilərlər.

Ümidvaram ki, Azərbaycan dövləti də günahın yarısından qayıtmışları ölkənin inkişafı naminə bəlkə bağışlayar.

Mürvət Həsənli, 
ADAM sədri

Previous Post

Qara kapitalı necə ağartmalı? – Ofşorlardan Azərbaycana

Next Post

Azərbaycanda fenspirid tərkibli dərmanlar qadağan edilib

Bənzər yazılar

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Next Post
Azərbaycanda fenspirid tərkibli dərmanlar qadağan edilib

Azərbaycanda fenspirid tərkibli dərmanlar qadağan edilib

Azərbaycanda fenspirid tərkibli dərmanlar qadağan edilib

Azərbaycanda fenspirid tərkibli dərmanlar qadağan edilib

Son xəbərlər

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.