"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Aprel DÖYÜŞÜ”: Verdiyimiz itkilərə dəyərdimi? – Hərbi icmalçı ŞƏRH EDİR

01 Aprel 2019 - 13:03
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

“Aprel DÖYÜŞÜ”: Verdiyimiz itkilərə dəyərdimi? - Hərbi icmalçı ŞƏRH EDİR
Aprel Şəhidlərimizin əziz xatirəsinin üçüncü ildönümünə 
2016 ildə “4 günlük müharibə” 1994-cü ildən bəri danışıqlar xətrinə danışıqların məntiqi (ara) nəticəsi idi və Qarabağın həllinin tezləşdiriməsi zərurətindən doğmuşdu.
Daha böyük əməliyat planlaşdırılb keçirilə bilərdimi?
Müqayisə üçün, 2008-ci ildə Gürcüstan “Cənubi Osetiyada Konstitusiya quruluşunun bərpası” məqsədilə hərbi əməliyatlara başladı. “5 günlük müharibədə” Gürcüstan  bəyan etdiyi məqsədlərinə çatmadı, (rəsmi gürcü mənbələrinə görə) 397  hərbçi itki verib, məğlub ayrıldı.
Dünya hegemonlarının maraqlarının yeganə üst-üstə düşdüyü Qarabağ münaqişəsinin həlli məsələsində  hərbi-siyasi status-kvonu xeyrimizə dəyişdirilməsi üçün o şərtlərdə hərbi cəhətdən “düşmən təxribatlarının qarşısının alınmasından” daha iri miqyaslı hərbi əməliyatın keçirilməsi real görünmürdü.  
Azərbaycan keçirdiyi əməliyatların elan olunmuş məqsədi- təmas xəttinə yaxında yerləşən yaşayış məntəqələrimizi düşmən atəşi altından çıxarmaq olmuşdu. 4 gün sürmüş döyüşlərdə Azərbaycan məqsədinə nail olmuşdu. Bu döyüşlərdə 93 hərbçimiz həlak olmuşdu.
İtkilər sayı məsələsi üzərində ayrıca dayanmaq istərdim. İtki sayının ümumi qiymətləndirilməsi “az-çox” sualına yox- əldə olunan nəticəyə görə ümumi itkilərin məqbul olub-olmaması sualına cavab verir. İtkilərin qısa müddətdə çox olması ilk növbədə döyüşlərin intensivliyi göstərir. Döyüşün uğurlu olub-olmaması isə onun nəticəsinə görə müəyyən olunur.
“Aprel” verdiyimiz itkilərə dəyərdimi?
 2-5 aprel hərbi əməliyatlar məhdud miqyaslı olsa da, əhəmiyəti yalnız hərbi uğurumuzla  məhdudlaşmır. Aprelin Azərbaycan üçün qazandırdığı siyasi, hərbi-diplomatik və psixoloji üstünlüklər davam etməkdədir. Ona görə “iki təpəyə görə aparıb igid oğlanlarımızı qırdırdılar” fikri kökündən yanlışdır və həqiqəti əks etdirmir.
Əvvəlcə coğrafiyaya aydınlıq gətirək. “İki təpə” dediyimiz yerlər əslində nədi?
Qarabağın cənub-şərqində yerləşən Lələ-İlahi dağı böyük məkanı müşahidə və atəş nəzarəti altında saxlamağa imkan verən, dağın beli ilə 2 km uzunluğunda qurulmuş düşmən müdafiə xətti idi.
Qarabağın şimalında yerləşən Talış yüksəklikləri də eyni hərbi əhəmiyətə malik, 7 km enində cəbhə xəttini tutan 9 əsas betonlaşdırılmış postdan ibarət düşmənin  müdafiə xəttidir.
Hər iki istiqamətdə düşmən müdafiə mövqelərinin qarşısında(indi unudulmuş) “Ohanyan xətti” adlandırılan, mina-məftillənmiş sahələr qurmuşdu. 
Döyüşlərin faktiki gedişi. Aprelin 2-i səhər tezdən hər iki istiqamətdə kəşfiyat-diversiya qruplarımız düşmən müdafiəsini diversion üsulla keçib, müəyyən postlarını məhv edib, əsas qüvvələrimizin sürətlə hücuma keçməsinə şərait yaradıblar. Bundan başqa, Talış istiqamətində xüsusi təyinatlılarımız düşmən arxasına keçib, onun arxa  hərəkət yollarını atəş nəzarətinə alıb, düşmənin cəmləşdiyi yerlərin koordinatlarını artilleriyamıza verirdilər.
Nəticədə hücuma keçən əsas qüvvələrimiz minimal itkilərlə döyüş tapşırığını əmrdə göstərilmiş müddətdən iki dəfə az vaxta yerinə yetirərək, yeni tutulan mövqelərdə möhkəmlənmə işlərinə başlayıblar. Adətən, düşmən səngərləri müdafiə üçün yaramır, çünki dağ yamacında qazılmış səngərin müdafiəçilərə olan tərəfi ayağa kimi olur, nə güllədən, nə mərmidən qorumur və atəş mövqeyi kimi əlverişli deyil. Bundan başqa, düşmən öz mövqelərini yaxşı tanıyır, ona görə həmin yerləri dəqiq artilleriya atəşinə tuta bilir. Bu səbəblə Döyüş Nizamnamələri yeni itirilmiş mövqeləri “isti-isti” qaytarmasını tələb edir. Möhkəmlənəndən sonra iş çətinləşir.
Aprelin 2-i səhər saat 11-dən aprelin 5-i saat 12 dək(faktiki isə saat 17-dək) düşmən, itirdiyi mövqeləri qaytarmaq məqsədilə hər iki istiqamətdə həmin mövqeləri ardı kəsilməyən artilleriya, minaatan atəşinə tutur,  hücumlar edir, itirdiyini qaytarmaq istəyirdi. Bu zaman düşmənin artilleriya vasitələri, zirehli texnikası, hücuma keçmək üçün cəmlədiyi yerlər, qərargahlar və daimi dislokasiya yerləri artilleriyamız, raketlər və silahlanmaya yeni qəbul olunmuş vasitələrlə uzaqdan vurulur, mövqelərdə müdafiə tutan əsgərlərimiz düşməni yaxın məsafəli döyüşlərdə məhv edirdi.
Çoxsaylı canlı qüvvə, texnika, artilleriya və raket qurğuları itkilərinə uğramış düşmən (135 nəfər rəsmi erməni mənbələrinə görə), itirdiyi mövqeləri qaytara bilməyəcəyinə əmin olandan və Azərbaycanın, cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirdiyini görəndən sonra, aprelin 5-i hücumlarını dayandırmışdı.
Azərbaycan əsgərinin əsas xidməti o yüksəklikləri tutmaqla bərabər, onları müdafiə edib, saxlaması olmuşdu.
Allah tezliklə Şəhidlərimizin ruhunu böyük qələbə xəbəri ilə sevindirsin.
Nazim Bayram
Hərbi icmalçı, Qarabağ qazisi 
Previous Post

“Aprel DÖYÜŞÜ”: Verdiyimiz itkilərə dəyərdimi? – Hərbi icmalçı ŞƏRH EDİR

Next Post

Bakıda 18 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

Bənzər yazılar

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, oktyabrın 2-3-də Bakıda...

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin...

Next Post
Bakıda 18 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

Bakıda 18 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

Bakıda 18 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

Bakıda 18 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.