"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Azərsu”ya axan milyonlar və “yezid” siyasəti…

19 Mart 2019 - 01:41
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap
«Azərsu» Səhmdar Cəmiyyəti öz naqis-yarıtmaz fəaliyyəti ilə indi ölkə əhalisinin nifrətini qazanıb yazsam, güman ki, yanılmaram. Qurumun «xam»lığı o həddə çatıb ki, xalq arasında ona mahnı qoşanlar da var – məsələn, kəklik haqqında xalq mahnısı indi «Aman, «Azərsu» əlindən!» sözləri ilə oxunur, daha kəlik-filan yaddan çıxıb…

Müşahidələr göstərir ki, ötən dövrdə aldığı külli miqdar dövlət vəsaitlərinin qarşılığında qurumun fəaliyyəti keyfiyyət baxımından ilbəil yaxşılaşmaq əvəzinə, pisə doğru «yuvarlanır». Bunu hamı görür – vətəndaşlar da, hökumət də. Fəqət, «Azərsu» rəhbərliyi «arxalı… qurd basar» mövqeyindən çıxış edir və xidmət müəssisəsi olduğunu tamamilə yaddan çıxardır…

Bunu da oxuyun

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Dediklərimin sübutu qismində qısaca olaraq, aşağıdakıları sadalamaq istəyirəm:

Birincisi və ən vacibi – «Azərsu» SC Azərbaycanı içməli su ilə tam təmin edə bilmir. Bunun çoxsaylı səbəbləri var. Məsələn, götürək Abşeron yarımadasını. Məlumdur ki, bölgənin özünün içməli su mənbələri yoxdur və əraziyə içməli su ölkənin şimalından (Xaçmaz-Şollar yeraltı mənbəyi, Samur-Dəvəçi kanalı və «içməli su» adı altında iki mərhələdə Kür çayının «kimyəvi kokteyli») gətirilir. Amma bu xətlərlə gətirilən su Abşerona bəs eləmir – bir tərəfdən, digər tərədən isə Kür və Ceyranbatan suyu (Samur-Dəvəçi kanalı ilə nəql edilən su) içməyə tamamilə yararsızdır!

Bununla belə, magistral su xətlərindən ikisi təxminən 100 il, Kür-Abşeron su kəmərləri isə təxminən 50 il bundan əvvəl tikildiyindən, kəmiyyət baxımından müasir tələbatı ödəmək gücündə deyil. Deməli, SSRİ-dən miras qalmış su təchizatı şəbəkəsi texniki imkanlar baxımından bölgənin hazırkı tələbatını ödəmək gücündə deyil.

Fəqət, problem bununla bitmir. İnhisarçı mövqedən çıxış edən «Azərsu» SC ötən dövr ərzində dövlətdən külli miqdarda maliyyə vəsaiti alsa da bölgənin su prollemini kəmiyyət və keyfiyyət baxımından həll edə bilməyib və müşahidələr göstərir ki, Cəmiyyətin rəhbərliyi ümumiyyətlə, bu barədə heç fikirləşməyib də. Oğuz-Qəbələ su kəmərinin tikintisi zamanı dövlət vəsaitlərindən səmərəli istfadə olunmaması və bu natamamlığın mürtəce nəticələri belə deməyə yetərincə əsas verir…

Odur ki, ölkənin yeganə su təchizatçısı (inhisarçı) olan «Azərsu» hələ də paytaxt Bakı şəhərini fasiləsiz, xüsusilə də dünya stanlartlarına cavab verən içməli su ilə təmin edə bilmir və ümidini hələ də Kür suyuna («kimyəvi kokteyl») bağlayır. Kür suyu isə ifrat çirklənmiş Araz və Kür suyunun qarışığından ibarətdir.

Hələ 2002-ci ildə suyun mikrobiologiyası üzrə görkəmli alim, professor Məmməd Salmanov bildirmişdi ki, Cənubi Qafqazın üç ölkəsinin bütün sənaye və məişət çirkabı məhz Kür-Araz çaylarına axıdılır. Professor o zaman bu çayların çirklənməsinin coğrafiyası və «növ tərkibi» barədə bizə ətraflı məlumat verərək, demişdi ki, Kür-Araz çaylarının suyu neft məhsulları, fenollar, ağır metallar, nitratlar və nitritlər, radiaktiv nüklidlərlə ifrat çirkli olduğundan, bu suyu nəinki içmək, hətta kənd təsərrüfatında belə istifadə etmək olmaz, necə ki, qonşu Gürcüstan etmir. Alim bildirmişdi ki, bu çayların məcrasında suyun həcmi və qət etdiyi məsafə yetərli olmadığından, su özünü bərpa edə bilmir.

Məhz bu səbəbdəndir ki, bir müddət əvvəl Britaniya hökuməti Azərbaycana gələn vətəndaşlarına Bakı suyunun keyfiyyətsizliyi barədə xəbərdarlıq etmişdi. O zaman «Azərsu» rəhbərliyi «daş atıb, başını tutmuşdu» ki, bəs Kür suyunu Abşerona gətirməzdən əvvəl ciddi-cəhdlə təmizləyirlər. Fəqət, onların bəyanatları gerçəyə söykənmirdi, indi də söykənmir. Belə ki, səhmdar cəmiyyət Kür və Ceyranbatan suyunu yalnız lildən (palçıqdan), özü də ilin müəyyən mövsümlərində təmizləyir – yaz və payız ayları isə heç bunun da öhdəsindən gələ bilmir. Amma məsələn, Kür-Araz çaylarının suyu ifrat kimyəvi çirklənməyə məruz qaldığından, tələb olunan su həcmlərini kimyəvi təmizləməyə məruz qoymaq, praktiki olaraq mümkün deyil. Bir daha təkrar edirəm, bu məsələyə yönəlik «Azərsu» sadəcə yalan danışır, vəssalam! Əgər beə deyilsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi qoy, açıqlasın görək, kimyəvi çirkli Kür (Araz) suyunu konkret hansı kimyəvi üsulla və hansı həcmlərdə təmizləyirlər?

Yuxarıda yazdıqlarıma daha bir misal. Bu günlərdə yerli KİV-in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Səhiyyə Nazirliyinin (SN) nəzarəti altında fəaliyyət göstərən xəstəliklərin profilaktikası Mərkəzi içilmək üçün təhlükəli və xoş olmayan sudan istifadə edən ölkələrin siyahısını tərtib edib. Bu siyahıya 87 ölkənin, o cümlədən, Azərbaycanın və bir sıra postsovet ölkəsinin də adı düşüb («Daily Mail»).

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada keyfiyyətsiz sudan istifadə səbəbilə, 842 min insan həlak olur. Bəs, nə qədər isan keyfiyyətsiz sudan istifadə etdiyinə görə, müxtəlimf xəstəliklər tapır? Bunun statistikası yoxdur, amma dolayı nəticələrinin miqyası barədə çoxsaylı mlumatlar yayılmaqdadır. Məsələn, keyfiyyətsiz-kimyəvi çirkli sudan istifadə nəticəsində hələ ötən əsrin ikinci yarısında Yaponiyada qeyri-adi bir xəstəlik qeydə alınıb – «minamata» xəstəliyi. Bu xəstəliyin nəticəsi olaraq, insanların əsəb-sinir sistemi pozulur, insanlar kütləvi şəkildə «dəli» olurlar. «Minamata» kəlməsi Yaponiyada bir qəsəbənin adıdır. Xəstəliyin tarixcəsi isə xeyli ibrətamizdir. Sözügedən qəsəbənin yaxınlığında bir göl olur və sakinlər ta keçmişlərdən üzübəri həmin göldən balıq və digər su canlıları ovlayıb yeyərmişlər. İkinci dünya müharibəsindən sonra gölün sahilində bir katon-sellüloz fabriki tikirlər və fabrikin tullantı sularını təmizləyərək, gölə axıdırlar… göldən ovlanan canlılarla qidalanmaqda davam edən qəsəbə sakinləri günlərin birində kütləvi halda xəstəliyə tutulurlar… Xeyli sonralar məlum olur ki, sən demə, gölün suyu ilə qidalanan canlıların bədənində zərərli-zəhərli maddələrin konsentrasiyası buraxıla bilən miqdardan 1000-2000 dəfə artıq imiş!

Bu günlərdə yayılan bir məlumatda isə deyilir ki, Azərbaycan pis və keyfiyyətsiz qida məhsullarının istifadəsi səbəbilə ən çox insanın öldüyü 10 ölkə sırasında yer alır. Bu məqamda insanın qida zəncirinə ötəri bir nəzər salmaq – yəni ki, insanın qida zənzirinin makrostrukturuna diqqət yetirmək ehtiyacı yaranır: Heyvan mənşəli qidalar, bitki mənşəli qidalar, bir də su. Nədənsə Azərbaycanda müxtəlif səviyyəli mütəxəssislər qidadan və onun keyfiyyətindən söhbət salarkən, suyu «yaddan çıxarırlar» – amma nahaq. Bitkilərin də, heyvanların da içdiyi su çirklidirsə, meyvələrin-tərəvəzlərin və heyvadarlıq məhsullarının və heyvan ətinin keyfiyyətindən danışmağa dəyərmi?

Bütün bunları ona görə, bir daha sadalamağa məcbur oldum ki, «Azərsu» Səhmdar Cəmiyyətinin rəhbərliyinə olan qəzəbim bir qədər yumşalsın. Bəs, qəzəbimin çəbəbi nədir? Uca səslə Azərbaycan cəmiyyətinə bəyan etmək istəyirəm ki, «Azərsu» adlı xidmət subyekti yarıtmaz fəaliyyəti ilə insanların sağlamlığına zərər vurmaqla, dövlətin və müəssisənin özünün maliyyə vəsaitlərini sözün gerçək mənasında təyinatından yayırdırmaqla yanaşı, həm də əhali kateqoriyasından olan abonentlərin hüquqlarını total şəkildə pozur, insanlarla orta əsrlər dövrünün «vəhşi» qanun-qaydaları ilə davranırlar. Üstəlik də vaxtilə «Su təchizatı və tullantı suların axıdılması haqqında» Qanun hazırlanarkən, «Abşeronsu» SC rəhbəri, indi isə Azərbaycan parlamentinin spikeri vəzifəsini tutan cənab Oqtay Əsədov bu qanuna «xüsusi bir maddə yamaq edib» – abonent işlətdiyi suyun pulunu ödəməsə, su təchizatçısı onun suyunu kəsə bilər! Lap orta əsrlərdəki, nağıllardakı kimi – əjdaha suyun qarşısını kəsir və gündə bir qurbanlıq insanı yeyəndən sonra insanlara bir qədər su verir.

Bu da hamısı deyil. Bir neçə il bundan əvvəl Bakı şəhərində abonentlərin (əhali qismi) su sayğacları ilə təmin olunmasına başlandı – mənzillərdə dövlət hesabına «Abşeron» su sayğaları quraşdırıldı. Az müddət sonra, «Azərsu» rəhbərliyi həmin sayğacların «ağıllı sayğac»larla («smart» sayğaclar) əvəz olunması qərarına gəldi. Sayğaclar əvəzləndi, amma bilən olmadı ki, köhnə sayğaclar necə oldu? Axı onların alımasına böyük məbləğlərdə dövlət maliyyəsi xərclənmişdi…

Heç bu da hamısı deyil. «Smart» sayğaclar bir müddət işləyəndən sonra, kütləvi halda sıradan çıxmağa başladı. İndi böyük hesabla, onların bir çoxu adi sayğac kimi istismar olunur. Bəs, sayğaclar nə üçün belə tezliklə sıradan çıxmağa başlayıb? Məsələ burasındadır ki, «smart» sayğaclar adi sayğaclardan fərqli olaraq, xüsusi qulluq tələb edir. «Azərsu» isə sadəcə bu quluğu göstərmək istəmir, vəssalam. Həm də adi sayğaclardan istifadə «qara fikirli» suçulara sərf edir – adi sayğacın göstəricisi ilə məqsədli manipulyasiyalar etmək mümkündür!

Bu sətirlərin müəllifi «Azərsu» SC-nin yuxarıda sadalanan xidmətsizliyi və qaba rəftarı ilə qismən hər gün, qismən də dövri olaraq qarşılaşır. Bir qədər konkret olmaq istəyirəm. Məsələn, mən «məcburi köçkün»əm və məlumdur ki, dövlət məcburi köçkünlərin kommunal xidmət xərclərini qarşılamaq üçün onlara «çörəkpulu» adlanan müavinət ödəyir.

Təcrübədə bu müavinət hər ayın 20-25 tarixləri aralığında bank kartına köçürülür. «Azərsu» isə supulunu abonentdən hər ayın 2-də tələb edir. Məsələn, bildiriş ayın 2-də abonentə təqdim olunur. Həmin kağızda «Azərsu» yazır ki, məbləğin ödənilməsi üçün son tarix – bildirişin yazıldığı tarixdən bir ay sonra…

Bunlara məhəl qoymayan «Azərsu» (daha doğrusu «Azarsu»!) işçiləri Sultan Səncərin fərraşları kimi hər gün qapını kəsdirib, pul tələb edir, yoxsa suyu kəsəcəyi ilə hədələyir! Göründüyü kimi, bunların fəaliyyətində sivillik nisbəti sıfıra yaxındır, başqa sözlə, qurum sivillik nihilizmi içərisində «boğulur». Bəzi YAP-istlər isə ara-sıra ağzıgöyçəklik edib deyirlər ki, hüquqi dövlətdə yaşayırıq və s.

Yekunda qeyd etmək tstəyirəm ki, artıq «Azərsu» SC-nin yarıtmaz fəaliyyətindən, işçilərinin özbaşınalığından, nadanlıq və mədəniyyətsiz davranışından bezmişik. İş o yerə çatıb ki, indi «Aman, kəklik əlindən!» adlı qədim xalq mahnısını bilmərrə yaddan çıxardıb, «Aman, «Azarsu» əlindən! Baş götürüb gedərəm, yarıtmaz xidmət əlindən…» deyib də, «sinə» vururuq!(azpolitika.info)

Previous Post

“Azərsu”ya axan milyonlar və “yezid” siyasəti…

Next Post

Sabahdan bir həftəlik Novruz tətili başlayır

Bənzər yazılar

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

22 İyul 2026 - 17:55

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü...

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

Next Post
Sabahdan bir həftəlik Novruz tətili başlayır

Sabahdan bir həftəlik Novruz tətili başlayır

Sabahdan bir həftəlik Novruz tətili başlayır

Sabahdan bir həftəlik Novruz tətili başlayır

Son xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sabahın hava proqnozu

23 İyul 2026 - 12:23
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul 2026 - 12:10
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

23 İyul 2026 - 11:54
İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

23 İyul 2026 - 11:41
Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

23 İyul 2026 - 11:27
Pensiyalar artımla ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

23 İyul 2026 - 11:19
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

23 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

23 İyul 2026 - 11:03
Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

23 İyul 2026 - 10:50
ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

23 İyul 2026 - 10:42
Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zelenski Uitkoff və Kuşnerlə danışdı

23 İyul 2026 - 10:36
Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

23 İyul 2026 - 10:27
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

FHN üç xilasetmə əməliyyatı keçirdi

23 İyul 2026 - 10:18
Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

23 İyul 2026 - 10:09
DİN skuter və velosiped sürücülərinə müraciət edib

DİN skuter və velosiped sürücülərinə müraciət edib

23 İyul 2026 - 10:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.