"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Cahangir Hacıyevin məhkəməsində digər təqsirləndirilən şəxslər ifadə veriblər

11 Fevral 2019 - 16:47
in CƏMİYYƏT
FacebookVatsap

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Natiq İmanovsərbəst ifadə verib.

O bildirib ki, 2011-ci ildə D.Xəlilovun “Soik Constraction” MMC şirkətində direktoru vəzifəsində çalışıb: “Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən, 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi”.

Sualları cavablandıran N.İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: “Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə, 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam”.

Hakim deyib ki, N.İmanovun cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürdüyü qeyd olunub.

Təqsirləndirilən şəxs söyləyib ki, şirkətdə direktor işlədiyi dövrdə rəsmi olaraq 200 manat maaş alırmış: “Lakin qeyri-rəsmi olaraq Dünyamin Xəlilovdan 2000 manat maaş alırdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Ümumilikdə, imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxartmamışam”.

Daha sonra digər təqsirləndirilən A.Mədətov dindirilib. O qeyd edib ki, ailə üvzləri ilə birlikdə 2001-ci ildə “Abidə” MTK şirkətini yaradıb.

A.Mədətov söyləyib ki, Milli Məclisdə Sərdar Məmmədov adlı şəxs onu D.Xəlilovla tanış edib: “Biz söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşdıq. İşin gedişində Dünyamin müəllim Forma 2-yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz elədim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, “məni öldürsən də, Forma 2-yə qol çəkən deyiləm” söylədim. Daha sonra işin xətrinə bir neçə Forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı”.

A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşüb: “Mən ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar 100 ailənin hesabına köçürülüb”.

Məhkəmədə elan olunub ki, ittiham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib.

A.Mədətov həmin məbləği təsdiqləyib: “Deməzdim ki, mənimsəmişəm. Düzdür, həmin vaxt Forma 2-də şişirdilmə olmuşdu”.

Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu “Alfaline” şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: “Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə, sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı”.

S.Murtuzayev dindirilən zaman söyləyib ki, rəhbəri olduğu şirkətdə əməkhaqqı alırmış.

Prosesdə fasliə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Previous Post

Cahangir Hacıyevin məhkəməsində digər təqsirləndirilən şəxslər ifadə veriblər

Next Post

Maaş artımı özəl sektorun 150 mindən artıq işçisini əhatə edəcək

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post
Maaş artımı özəl sektorun 150 mindən artıq işçisini əhatə edəcək

Maaş artımı özəl sektorun 150 mindən artıq işçisini əhatə edəcək

Maaş artımı özəl sektorun 150 mindən artıq işçisini əhatə edəcək

Maaş artımı özəl sektorun 150 mindən artıq işçisini əhatə edəcək

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.