"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir

05 Fevral 2019 - 15:04
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir

Bunu da oxuyun

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Sabah yağış yağacaq

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Azərbaycanda internetdən istifadə edən 15-24 yaşlı gənclərin 97,5%-i üçün potensial risk təşkil edən amillər internetdə zorakılıq, kiber-qorxutma və rəqəmsal təqib hallarından ibarətdir.

Bu baxımdan BMT-nin Uşaq Fondu (UNICEF) cəlbedici və məlumatlı rəqəmsal məkanın təhlükəsiz və səmərəli şəkildə mənimsənməsi üçün Azərbaycan uşaqları və gənclərinə münasib şərait yaratmaq məqsədilə daha çox səy göstərməyə çağırır.

Trend-in məlumatına görə, bu cür çağırış UNICEF-in gənclər arasında sonuncu qlobal rəy sorğusundan irəli gəlir ki, həmin vaxt tələbələr tərəfindən dünya üzrə aparılmış “#ENDviolence Youth Talks” (#ZorakılığaSON) mövzusunda gənclərarası silsilə müzakirələr zamanı beş həftə ərzində 1 milyondan çox cavab və təklif qəbul edilib. Belə bir təşəbbüs vasitəsilə gənclər onları xüsusən qorxutma və kiber-qorxutma hallarından qorumaq üçün valideynlərin, müəllimlərin və siyasət hazırlayanların hansı işlər görə biləcəyi barədə düşünülmüş cavablar veriblər.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, biliklər əldə etmək, başqa mədəniyyətlərlə tanış olmaq, yeni insanlarla görüşmək, öz yaradıcı imkanlarını və düşüncələrini ifadə etmək baxımından internet uşaqlar və gənclər üçün hədsiz imkanlar yaratsa da, biz bu cür cəlbedici rəqəmsal məkanda qorxutma, ayrı-seçkilik, nifrət, istismar və sui-istifadə kimi hallardan ibarət risklər barədə də məlumatlıyıq. Məhz bu səbəbə görə Təhlükəsiz İnternet Günündə UNICEF uşaqlarımızın internetdə təhlükəsizliyi məsələsinə qayğı göstərən bütün insanları hər bir uşaq üçün daha təhlükəsiz və inklüziv rəqəmsal məkanın yaradılmasında iştirak etməyə təkidlə çağırır.

YUNESKO-nun yüksək gəlirli ölkələrdə kiber-qorxutma hallarının yayılması barədə 2017-ci il tarixli məlumatlarına əsasən bu cür halların təsirindən əziyyət çəkən uşaqların və yeniyetmələrin nisbəti 5-21% civarlarında dəyişir və oğlanlarla müqayisədə qızların kiber-qorxutma hallarına daha çox məruz qalması ehtimalı yüksəkdir.

Kiber-qorxutma təhlükəsi tez bir vaxtda geniş auditoriyanı əhatə etmək imkanına malik olduğundan və qeyri-müəyyən müddət ərzində internetdə əlçatan olduğundan öz qurbanlarını faktiki olaraq bütün həyatı boyu təqib edərək onlara ciddi zərər vura bilər. Qorxutma və kiber-qorxutma halları bir-birini tamamlayaraq zərərli davranışın davamlı şəkildə formalaşmasını təmin edirlər. Kiber-qorxutma hallarından zərər çəkən şəxslərin spirtli işçkilərdən və narkotik maddələrdən istifadə etməsi və digər şagirdlərlə müqayisədə təhsildən daha çox yayınması ehtimalı yüksəkdir. Eyni zamanda, onların təhsildə aşağı qiymət alması, özünə nisbətən az hörmət etməsi və səhhətindəki problemlərdən əziyyət çəkməsi ehtimalının da çox yüksək olduğunu qeyd etmək lazımdır. Ekstremal vəziyyətlərdə kiber-qorxutma halları intihara səbəb ola bilər.

Azərbaycanda 15-24 yaşında olan oğlanların 96,8%-i internetdən istifadə edirsə, bu yaş qrupuna aid edilən qızlar arasında internet istifadəçiləri 98,3% təşkil edir. Ümumilikdə Azərbaycanda internetdən istifadə edən gənclərin faiz nisbəti dünya üzrə 70,6% təşkil edən orta göstəricini üstələyir.

Eyni zamanda, Azərbaycanda internetdən istifadə edən əhali arasında gəncləşmə müşahidə olunur. Belə ki, yaşı 15-dən aşağı olan uşaqların 91,9%-i internet istifadəçisidir. Nisbətən aşağı yaş qruplarına aid edilən uşaqlarla müqayisədə yeniyetmələrin kiber-qorxutma hallarına daha çox məruz qalması ehtimal olunsa da, məhz uşaqlar zərərli kontent, habelə cinsi istismar, sui-istifadə və kiber-qorxutma halları qarşısında daha həssasdırlar.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi uşaqların və gənclərin rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi işinə başlamağın bu kimi ən sadə yollarını xüsusilə qeyd edir:

  • Valideynlər öz uşaqlarının nə cür internet sörfinqi ilə məşğul olduqlarını, kimlərlə internet ünsiyyəti qurduqlarını və hansı növdə kontentdən istifadə etdiklərini bilməlidirlər. Rəqəmsal məkanda üzləşməsi mümkün olan bəzi risklər haqqında uşaqlarla açıq şəkildə söhbət etmək, habelə internetdə pis rəftara məruz qaldıqları halda heç bir cəzadan çəkinmədən valideynlərin mütləq məlumatlandırılması barədə onları xəbərdar etmək olduqca vacibdir.
  • Müəllimlər uşaqları internetdən bilik və faydalı ünsiyyət, yaradıcı yanaşma və bacarıqların inkişafı üçün dəyərli alət kimi istifadə etməyə stimullaşdırmaqla yanaşı onlara internetdə xoşagəlməz rəftara məruz qalma halları barədə böyüklərlə tərəddüd etmədən bölüşərək kömək istəmək üçün münasib şərait yaratmalıdırlar, çünki internetdən istifadə edən bəd niyyətli ünsürlər xoşagəlməz rəftara məruz qalan uşaqların bu barədə danışmaq qorxusundan “məharətlə” faydalanaraq növbəti addım kimi onları istismar etməyə çalışırlar.
  • İnternetdən nə cür istifadə etmək, bu barədə yetərincə məlumatlı olmaq və belə bir məkanda şəxsi təhlükəsizliyi təmin etmək, o cümlədən internetdəki təhlükələri və yanlış informasiyanı tanımaq və belə hallardan müdafiə olunmaq üçün uşaqların formal və qeyri-formal şəkildə maarifləndirilməsi, habelə rəqəmsal vətəndaşlıq anlayışının rəqəmsal təhsilin əsas komponenti kimi təqdim olunması sahələrinə hökumət tərəfindən daha çox sərmayə ayrılmalıdır.

E.Karvardin bu istiqamətdə atılan ilk addımların çox sadə olduğunu qeyd edib: “İstər valideynlər, istərsə də yaxın qohumlar və müəllimlər, habelə gənclərlə işləyən mütəxəssislər öz uşaqlarının və həyatda rast gəldikləri gənclərin internet vərdişləri barədə bildikdə, onların əhvalında qəfildən baş verən hər hansı dəyişikliklərə diqqətlə yanaşmalıdırlar və yarana biləcək hər bir vəziyyətlə bağlı həmin uşaqlarla və gənclərlə istənilən vaxtda söhbət etməyə hazır olduqlarını bildirməlidirlər”.

Previous Post

Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bənzər yazılar

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Elchi.az-a daxil olan bəyanatda deyilir: “Son günlər İran və...

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında...

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

Next Post
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək

2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.