"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edildi

01 Fevral 2019 - 10:26
in CƏMİYYƏT
FacebookVatsap

2019/2020-ci tədris ili üçün ali təsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.

Bunu da oxuyun

Laçının bəzi kəndlərinə dolu düşdü – FAKTİKİ HAVA

Rəqəmsal inkişafda yeni dövr

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaqdır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda (14) və Gəncədə (87) təşkil olunacaqdır.

Komissiyalar üzrə qabiliyyət imtahanı 2 fənn üzrə keçiriləcəkdir:

1. Rəsm

2. Rəsmxət və ya kompozisiya

Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir. 5 və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq “məqbul” almaq üçün abituriyentin orta qiyməti 7 və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.

Dizayn ixtisası üzrə qeydiyyatdan keçmiş bütün abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verməlidirlər. Rəsm imtahanından müsbət qiymət almış abituriyentlər 2-ci fənn üzrə qabiliyyət imtahanına buraxılırlar. 2-ci imtahan rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə olacaqdır. Abituriyentlər öz seçimləri əsasında rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanından yekun olaraq “məqbul” qiymət almış abituriyentlər müsabiqəyə buraxılırlar. Müsabiqəyə buraxılmış abituriyentlər hansı fənn üzrə 2-ci imtahanı verməsindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan Texnologiya Universiteti istisna olmaqla) dizayn ixtisasını seçmək hüququ qazanırlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və kompozisiya fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və rəsmxət fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Rəsm fənni üzrə imtahanda abituriyentə naturadan rəsminin çəkilməsi tələb edilən gipsdən olan antik baş və ya ornament təqdim edilir. Abituriyent bu tapşırıqlardan birini çəkməlidir. Gipsdən olan antik baş A2, ornament A3 formatlı kağız üzərində karandaşla çəkilməlidir. Abituriyentə antik başı çəkmək üçün 8 akademik saat, ornamenti çəkmək üçün 4 akademik saat vaxt verilir.

Rəsmxət fənni üzrə imtahanda abituriyent həcmi fiqurun verilmiş iki proyeksiyası əsasında çatışmayan üçüncü proyeksiyasını qurmalı və qurulmuş proyeksiyalar əsasında həcmi fiqurun aksonometrik proyeksiyasını çəkməlidir. Tapşırıq A3 formatlı kağız üzərində karandaşla işlənməlidir. Tapşırığı çəkmək üçün abituriyentə 4 akademik saat vaxt verilir.

Kompozisiya fənni üzrə imtahanda abituriyent A3 formatlı kağız üzərində sulu boya və ya qarışıq texnika (tuş, tempera, quaş) ilə verilmiş mövzuya aid kompozisiya çəkməlidir.Tapşırığı çəkmək üçün abituriyentə 6 akademik saat vaxt verilir.

Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Gəncə şəhərində DİM-in Gəncə Regional bölməsində keçiriləcəkdir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, ədəbiyyat siyahıları yaxın vaxtlarda DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə nəşr ediləcəkdir.

Dizayn ixtisası haqqında ətraflı məlumat “Təsviri sənət” vəsaitində veriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri “Abituriyent” jurnalının 2-ci nömrəsində nəşr ediləcəkdir. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.

Previous Post

Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edildi

Next Post

Çexiyadan iki azərbaycanlı ailə deportasiya olunub

Bənzər yazılar

Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Laçının bəzi kəndlərinə dolu düşdü – FAKTİKİ HAVA

04 İyul 2026 - 16:24

İyulun 4-ü saat 15:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. İyulun 4-ü saat 15:00-a olan...

Rəqəmsal inkişafda yeni dövr

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 - 13:04

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın...

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

04 İyul 2026 - 12:50

İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

04 İyul 2026 - 12:15

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Şabran rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Bu...

Next Post
Çexiyadan iki azərbaycanlı ailə deportasiya olunub

Çexiyadan iki azərbaycanlı ailə deportasiya olunub

Çexiyadan iki azərbaycanlı ailə deportasiya olunub

Çexiyadan iki azərbaycanlı ailə deportasiya olunub

Son xəbərlər

DÇ-2026: Kanada Mərakeşə qarşı – YENİLƏNİR

DÇ-2026: Kanada Mərakeşə qarşı – YENİLƏNİR

04 İyul 2026 - 21:25
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər

Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər

04 İyul 2026 - 21:16
Deputat QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə ilə bağlı Cəbhə TV-də

Deputat QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə ilə bağlı Cəbhə TV-də

04 İyul 2026 - 20:39
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb

Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb

04 İyul 2026 - 19:08
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir

Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir

04 İyul 2026 - 19:00
İran-ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix və məkan açıqlandı

İran-ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix və məkan açıqlandı

04 İyul 2026 - 18:38
İsrailin milli təhlükəsizlik nazirinin ABŞ-yə ikinci səfəri də ləğv edildi

İsrailin milli təhlükəsizlik nazirinin ABŞ-yə ikinci səfəri də ləğv edildi

04 İyul 2026 - 17:47
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb

İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb

04 İyul 2026 - 17:27
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub – FOTO – VİDEO

FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub – FOTO – VİDEO

04 İyul 2026 - 16:52
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Laçının bəzi kəndlərinə dolu düşdü – FAKTİKİ HAVA

04 İyul 2026 - 16:24
Rusiya helikopteri və dəmir yolu vuruldu

Rusiya helikopteri və dəmir yolu vuruldu

04 İyul 2026 - 16:07
ABŞ generalı: Ukrayna ehtiyatlı olmalıdır, Rusiya nüvə silahından istifadə edə bilər

ABŞ generalı: Ukrayna ehtiyatlı olmalıdır, Rusiya nüvə silahından istifadə edə bilər

04 İyul 2026 - 15:49
Qırğızıstan və Tacikistan sərhəddə çay sahillərinin möhkəmləndirilməsini müzakirə edib

Qırğızıstan və Tacikistan sərhəddə çay sahillərinin möhkəmləndirilməsini müzakirə edib

04 İyul 2026 - 15:30
Livan Prezidenti Trampdan kömək istədi

Livan Prezidenti Trampdan kömək istədi

04 İyul 2026 - 15:13
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

04 İyul 2026 - 14:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.