Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə Venesuelanın xəbər agentliyi məlumat yayıb.
“Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməyəcəyəm, bunu heç vaxt etməyəcəyəm”, – deyə o bildirib.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.
Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb
Vyetnamın paytaxtı Hanoyda çərşənbə axşamı səhər saatlarında ehtimal olunan qaz partlayışı nəticəsində restoranın çökməsi zamanı həlak olanların sayı üç nəfərə...




















Son şərhlər