Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib
Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...





















Son şərhlər