"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Qoca” ilə birgə qaçan məhbus son söz deyib: “Peşmanam”

17 Dekabr 2018 - 15:44
in CƏMİYYƏT
FacebookVatsap
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərov son sözü olmadığını deyərək çıxışdan imtina edib.
Digər təqsirləndirilən İsrafil Soltanov da son söz söyləyib. O, özünü qismən təqsirli bildiyini bildirib: “Mən, əslində, nə baş verdiyini məhkəməyə gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil, 2 azyaşlı övladımın olmasını nəzərə almağınızı xahiş edirəm. Bilirəm ki, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm”.
Daha sonra təqsirləndirilən Tərlan Zeynalov son sözündə özünü cinayəti bilib gizlətməkdə təqsirli bildiyini ifadə edib. Onun sözlərinə görə, Etibar Məmmədov qaçıb onun yanına gəlib: “Cinayət Məcəlləsinin 304-cü maddəsi ilə günahım yoxdur, mən heç kəsi qaçırmamışam. Etibarı sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğundan xəbərsizəm”.
Təqsirləndirilən Əli Ağami isə son sözündə peşman olduğunu qeyd edib. O, günahının olduğunu, heç yerə qaçmadığını vurğulayıb: “Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Sadəcə, burda oturan adamlara görə peşmanam”.
Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər – müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri – Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Bunu da oxuyun

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Sabah çimərliklərdə hava necə olacaq?

Previous Post

“Qoca” ilə birgə qaçan məhbus son söz deyib: “Peşmanam”

Next Post

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Bənzər yazılar

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

22 İyul 2026 - 14:53

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin qəhrəmanı tarixdən gələcəyə uzanan sözün və milli kimliyin yazıçısı tarixçi alim Yunus...

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

22 İyul 2026 - 14:52

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil...

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

22 İyul 2026 - 14:38

İyulun 23-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib...

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

22 İyul 2026 - 14:13

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Bu...

Next Post
Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Son xəbərlər

“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

22 İyul 2026 - 15:00
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

22 İyul 2026 - 14:53
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

22 İyul 2026 - 14:52
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

22 İyul 2026 - 14:49
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

22 İyul 2026 - 14:38
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb – VİDEO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb – VİDEO

22 İyul 2026 - 14:29
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

22 İyul 2026 - 14:13
İran Trampın bəyanatını TƏKZİB ETDİ

İran Trampın bəyanatını TƏKZİB ETDİ

22 İyul 2026 - 14:00
Ermənilər Bakıya gəlirlər – RƏSMİ

Ermənilər Bakıya gəlirlər – RƏSMİ

22 İyul 2026 - 13:52
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

22 İyul 2026 - 13:30
“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

22 İyul 2026 - 13:14
Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

22 İyul 2026 - 13:00
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

22 İyul 2026 - 12:45
Rodri İspaniya nəhəngi ilə anlaşdı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

22 İyul 2026 - 12:23
Ankarada təlim helikopteri qəzaya uğradı

Ankarada təlim helikopteri qəzaya uğradı

22 İyul 2026 - 12:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.