"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Polisdən xəbərdarlıq: “Təhlükəli yüklər daşıyanlar cəzalandırılacaq”

17 Dekabr 2018 - 09:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

Elchi.az xəbər verir ki, idarədən report-a verilən məlumata görə, son həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, ötən gün Salyan rayonunda dəmir qırıntıları daşınan “Opel” markalı avtomobillə “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Opel”in üzərində olan dəmir boru “Hyundai” markalı avtomobilin ön şüşəsini sındıraraq, sürücünün həyatına son qoyub. Hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı qəti tədbirlərin görülməsi barədə göstəriş verilib.

Ötən gün paytaxtın Nəsimi rayonu ərazisində də “QAZ-31” markalı avtomobil 12 metr uzunluğa malik armaturları daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan o, müayinəyə dəvət edilib və müvafiq sənədlər tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzinlə həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Bu cür xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən polis yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər olmadan belə, bu cür nəqliyyat vasitələrini idarə edir.

Bəzən belə avtomobilləri bir neçə sürücü ayrı-ayrı vaxtda idarə edir. Yəni sürücülər buna, sadəcə, yükdaşıma vasitəsi kimi baxırlar. Onlar avtomobili nəqliyyat vasitəsi kimi saz vəziyyətdə saxlamırlar. Bununla yanaşı, nəqliyyat vasitəsinin işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində qəti tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.

Yol polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atır, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə, istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, bu cür vasitə ilə pul qazanmağa çalışırlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir və onu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.

Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edərək bildirir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər, nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və ağır yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməli və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər qayda pozuntularına yol verməsinlər.

Previous Post

Polisdən xəbərdarlıq: “Təhlükəli yüklər daşıyanlar cəzalandırılacaq”

Next Post

İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Elchi.az-a verilən xəbərə görə, 18 avqust...

DİM bu imtahanın nəticələrini elan etdi

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb

17 Avqust 2026 - 17:47

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları...

Next Post
İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.