"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası”

05 Dekabr 2018 - 16:46
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Azercell şirkətinin prezidenti “Bakutel” sərgisi çərçivəsində NRYT Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib 

 

Ölkəmizdə “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda keçirilən konfransda rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil olunan konfransda “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi qismində çıxış edib. Şirkət prezidenti ölkəmizdə mühüm texnoloji tədbir hesab edilən “Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini vurğulayaraq, tədbirin əsas təşkilatçısı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib.

“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası” mövzusunda çıxış edən Vahid Mürsəliyev Azercell-in LTE şəbəkəsi ilə bağlı ən son nailiyyətləri haqqında konfrans iştirakçılarına məlumat verib. “Hazırda strategiyamızın əsas məqsədi hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda 4G şəbəkəsini genişləndirmək, ən son xidmətlər və yeni biznes həllərini təqdim etmək, yüksək-sürətli interneti dəstəkləyən sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün bunlar, mobil texnologiya vasitəsilə abonentləmizin gündəlik həyatını və işgüzar fəaliyyətini asanlaşdırmağa xidmət edəcəkdir” deyə Vahid M. vurğulayıb. İlin əvvəlindən texnoloji layihələrə və şəbəkəyə böyük yatırımların edildiyini bildirən şirkət prezidenti 2018-ci ilin əvvəlindən Azercell-in bazar payının 1% artaraq ümumilikdə 49%-ə çatdığını, Azercellin  şəbəkəyə yeni qoşulan abunəçilərin və cari ildə mobil internet istifadəçilərinin sayına görə də lider olduğunu qeyd edib.

Şirkət prezidenti 5G şəbəkəsinin perspektivləri haqqında da konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin  baş verdiyindən, infrastruktur layihələrin həyata keçirildiyindən, yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi böyük əhəmiyyətə malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə istifadə olunan ultra-aşağı ləngimə (4G ilə müqayisədə 30 dəfə sərfəli) kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb. Yaxın vaxtlarda Virtual Reallıq və Genişləndirilmiş Reallıq kimi məlumata ac texnologiyaların istifadəyə veriləcəyi faktına əsaslanaraq, şəbəkələrin böyük həcmdə məlumatları ötürmək qabiliyyətinə malik olmalı olduğunu vurğulayıb.

Vahid Mürsəliyev bildirib ki, 5G şəbəkəsi bazarda öz mövqeyini birdən-birə deyil, müəyyən müddət ərzində bərqərar edəcəkdir və Azercell də öz növbəsində, Azərbaycan rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır.

Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirnin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqqamsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin , “Türk Telekom” İnternational şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Previous Post

“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası”

Next Post

XİN-dən “Lazarev klubunun” iclası ilə bağlı Rusiyaya etiraz

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
XİN-dən “Lazarev klubunun” iclası ilə bağlı Rusiyaya etiraz

XİN-dən “Lazarev klubunun” iclası ilə bağlı Rusiyaya etiraz

XİN-dən “Lazarev klubunun” iclası ilə bağlı Rusiyaya etiraz

XİN-dən “Lazarev klubunun” iclası ilə bağlı Rusiyaya etiraz

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.