"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

08 Noyabr 2018 - 09:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.

Elchi.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ötən əsrin əvvəllərindən Bakının mənzərəsinin gözəlləşməsi, şəhərin böyüməsi və inkişaf etməsi, sənaye obyektlərinin, zavodların, fabriklərin istifadəyə verilməsi şəhərə insan axınını sürətləndirib. Bu isə tədricən yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşdırıb. Bu səbəblərdən Bakıda metropolitenin inşası qərara alınıb.

1949-cu ildə Bakı Baştunelmetrotikinti İdarəsi yaradılıb. Bu idarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürüb. 1966-cı ildə yaradılan Bakı Metropoliteni İdarəsi tərkibində 6 xidmət – hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla, Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten olub.

1967-ci il noyabrında metronun tikintisinin 5 stansiyası – «Bakı Soveti» (indiki «İçərişəhər»), «Sahil», «28 Aprel» (indiki «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyasından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verilib. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də «28 May-Xətai» xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, «28 May» stansiyası «Nəriman Nərimanov» və «Xətai» stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edib. «28 May» stansiyasından «Nizami» stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, «Nəriman Nərimanov» stansiyasından «Neftçilər»ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.

1976-cı ildə ikinci növbənin «28 May-Nizami» mənzilində işlər davam edib. Uzunluğu 2.26 km olan bu xəttin «Nizami» stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açıb. Bu xəttin davamı olan 6,5 km-lik «Nizami-Memar Əcəmi» xəttinin «Elmlər Akademiyası», «İnşaatçılar», «XI qızıl ordu meydanı» (indiki «20 Yanvar») və «Memar Əcəmi» stansiyaları 1985-ci il dekabrın 30-dan bakılıların istifadəsinə verilib.

Sahənin sonuncu «Həzi Aslanov» stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verilib. Buna qədər isə 1993-cü ildə «28 May» stansiyasının yenidən qurulması işlərinin bir qolu olan «Cəfər Cabbarlı» keçid stansiyası istismara verilib.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Previous Post

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

Next Post

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Bənzər yazılar

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07

Sabah hava necə olacaq? Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti Bu barədə Elchi.az-a...

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Elchi.az-a verilən məlumata...

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30

Bu gün Azərbaycan prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramıdır. Elchi.az xəbər verir ki, prokurorluq orqanlarında çalışan...

Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu bu gündən...

Next Post
Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00
Bu tarixdən yollarda nəzarət güclənəcək

Bu tarixdən yollarda nəzarət güclənəcək

01 Oktyabr 2026 - 12:53
Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

01 Oktyabr 2026 - 12:46
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01 Oktyabr 2026 - 12:37
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

01 Oktyabr 2026 - 12:28
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

01 Oktyabr 2026 - 12:16
Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

01 Oktyabr 2026 - 12:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.