"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

29 Oktyabr 2018 - 11:18
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

 Azərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici Işlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva açıqlama verib.

Elchi.az-ın  xəbərinə görə, açıqlamada xatırladılıb ki, 29 oktyabr 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən və ümumi ərazisi 730 kv. km olanZəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qeyd olunmalıdır ki, Cəbrayıl və digər həmsərhəd rayonların işğal edildikdən sonra mühasirə halına düşmüş Zəngilan iki aydan artıq şücaətli müqavimət göstərib.

Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi və s. yandırılaraq məhv edilib. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Hal-hazırda 45 min nəfər rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Yuxarı və Orta Yeməzli kəndlərinin arasında e.ə. I minilliyə aid küp qəbirləri və Şərifan kəndindəki XIII-XIV əsrlərə aid Şəhri-Şərifan tarixi şəhərciyinin qalıqları kimi arxeoloji abidələr, Əmirxanlı kəndindəki XII əsrə aid Qız qalası abidəsi, Məmmədbəyli kəndindəki 1304-1305-ci illərə aid Yəhya ibn Məhəmməd əl-Həccin türbəsi, bir sıra Qafqaz alban kilsələri, çoxlu sayda məscidlər və sair qeyd oluna bilər.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir. Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan artıq üçüncü yolun çəkilməsi bu işğalçı dövlətinin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib.

Lakin Ermənistan dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

“Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”, – L.Abdullayeva vurğulayıb.

Previous Post

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

Next Post

Düşmən atəşkəs rejimini 29 dəfə pozdu

Bənzər yazılar

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58

“Sovet İttifaqının süqutundan sonrakı hadisələr Cənubi Qafqazın bir əlaqələndirici mərkəz kimi formalaşmasına mane olub. Buna baxmayaraq, Gürcüstan, Azərbaycan və Türkiyə...

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İnin geniştərkibli görüşü keçirilib. Elchi.az xəbər verir ki, bu...

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

15 Oktyabr 2026 - 09:11

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın...

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53

Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb. Elchi.az -ın Şərqi ...

Next Post
Düşmən atəşkəs rejimini 29 dəfə pozdu

Düşmən atəşkəs rejimini 29 dəfə pozdu

Düşmən atəşkəs rejimini 29 dəfə pozdu

Düşmən atəşkəs rejimini 29 dəfə pozdu

Son xəbərlər

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

15 Oktyabr 2026 - 09:45
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

15 Oktyabr 2026 - 09:11
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.