"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Rusiya Azərbaycanın mövqeyini mütləq nəzərə almalıdır…”

06 Sentyabr 2018 - 14:02
in MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Putindən Yaponiyaya sərt irad

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

Deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın müxbiri Elşad Paşasoyun suallarını cavablandırıb. Millət vəkili Azərbaycan və Rusiya prezidentlərinin son görüşü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında gedən müzakirələr, Qarabağ ətrafındakı durumdan danışıb.

– Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü Qarabağ məsələsinin həlli üçün hansı perspektivlər vəd edir? Rusiyanın Azərbaycanın coğrafi mövqeyinə, böyük potensialına önəm verdiyini prezident Putin dəfələrlə bəyan edib. Bəs Azərbaycana verdiyi önəmin qarşılığında Moskva ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe ortaya qoyacaqmı, sizcə?

– Mən əvvəllər də söyləmişdim ki, Dağlıq Qarabağ probleminin həlli üçün biz Rusiya ilə danışmalıyıq. Hazırda Azərbaycan prezidentinin bu istiqamətdə yürütdüyü siyasət doğru siyasətdir. Rusiya ilə yaxınlaşma və Rusiyanın bu məsələdə ədalətli, beynəlxalq hüquqa söykənən mövqe tutmasına nail olmaq üçün əlbəttə, biz Rusiyanın müəyyən maraqlarını nəzərə almalıyıq ki, Rusiya problemin həllində maraqlı olsun. Rusiyada belə bir fikir yaranmasın ki, əgər Dağlıq Qarabağ problemi həll olunarsa, Azərbaycan Rusiyadan sürətlə uzaqlaşacaq. Bunun üçün də Soçidə çoxlu sayda yeni müqavilələr imzalandı. İqtidar artıq yüksək səviyyədə bəyan etdi ki, Azərbaycan KTMT-yə əvvəlcə müşahidəçi statusu ilə qoşula bilər. Bunun üçün əlbəttə, Rusiya müəyyən addımlar atmalıdır. Həmin addımların ən başlıcası budur: Rusiya özünün hərbi-siyasi müttəfiqi Ermənistana deməlidir ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır! Ermənistan buna razılaşmayacağı təqdirdə isə Rusiya Azərbaycana mane olmamalıdır ki, öz torpaqlarını hərbi yolla azad etsin. Hələlik Rusiya rəsmiləri bu sözü demir. Demədiklərinə görə də Azərbaycanın Rusiyanın liderlik etdiyi hərbi, yaxud iqtisadi bloklara qoşulması mümkünsüzdür. Mən hətta bu yaxınlarda müsahibəmdə də demişdim ki, KTMT-də qərarlar konsensusla qəbul olunur. Ermənistanla Rusiya tələb edəcəksə ki, Azərbaycan öz üzərinə problemin sülh yolu ilə həllinə dair öhdəlik götürsün, o halda bu, əslində Azərbaycan üçün bir kapitulyasiya aktı olar. Ona görə ki, KTMT artıq beynəlxalq təşkilat statusu alıb və artıq həmin təşkilata üzvlüklə bağlı Azərbaycan öz üzərinə beynəlxalq öhdəlik götürəcəksə, gələcəkdə müharibə etdiyi təqdirdə bu, həm də beynəlxalq müqavilənin pozulması olacaq. O zaman artıq Rusiyanın əlində hüquqi vasitələr olacaq ki, açıq formada Ermənistanı müdafiə etsin və Azərbaycanı cəzalandırsın. Ona görə də Rusiya ilə öncədən problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair saziş imzalanmalı və parlamentlərdə ratifikasiya olunmalıdır.

– Milli Məclisin komitə sədri Əli Hüseynli də KTMT-yə üzvlüklə bağlı fikirlərini açıqlamışdı və bu, geniş müzakirələrə səbəb oldu. Üzvlüyün fəsadlara səbəb olacağı ilə bağlı fikirlər də az deyil.

– Əvvəllər də sizin qəzetinizə müsahibələrimdə vurğulamışam ki, Qarabağın azad olunması qarşılığında Azərbaycanın KTMT-yə üzv olmasında mən heç bir təhlükə görmürəm. Cəmiyyət inkişaf edir, vəziyyət dəyişir.

– Bəs Rusiya necə, dəyişirmi?

– Rusiya dəyişməyibsə də, Ermənistan dəyişib. Bu da ciddi məsələdir. Rusiya Ermənistanı cəzalandıra bilər. Yəni qərbyönümlü qüvvələrin gözünü qırmaq üçün bundan sonra azı 30 il ərzində heç kəs Rusiya əleyhinə danışmasın, yaxud Qərb haqda düşünməsin deyə, Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər. Azərbaycan da çalışmalıdır ki, belə olsun və biz də öz maraqlarımızı təmin edək. Mən hesab edirəm ki, prezidentin yürütdüyü siyasət də buna hesablanıb.

– Hesab etmək olarmı ki, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşü ilə Nikol Paşinyanın Moskvaya çağırılması arasında hansısa əlaqə var?

– Sözsüz ki, əlaqə var. Paşinyanla həm Ermənistanın xarici siyasəti, həm Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi söhbət olacaq. Azərbaycan da Rusiyaya mesajlar verməlidir ki, bizim Rusiya ilə yaxınlaşmağımız Qarabağ probleminin həllindən keçir. Bura ruslar gəlmişdi, mən onlara da dedim ki, biz sizinlə dost olmaq istəyirik. Amma ölkəmizdə uşaqdan-böyüyə hamı başa düşür ki, bu münaqişənin arxasında Rusiya dayanıb deyə, biz bunu həll edə bilmirik. Yoxsa biz 10 milyonluq ölkəyik, 2,5 milyonluq Ermənistanın qarşısında aciz qalmamışıq ki. Yəni biz bilirik ki, sizə görə bu torpaqları azad edə bilmirik, hər dəfə ərazilərimizi azad etmək istəyəndə KTMT-nin o vaxtkı baş katibi Azərbaycanı hədələyirdi. Elə Medvedyev də, Putin özü də Gürcüstandakı 2008-ci ilin avqust hadisələrindən sonra dəfələrlə deyiblər ki, bundan hər kəs nəticə çıxartmalıdır. Həmçinin Lavrovun özü. Yəni Azərbaycanı zaman-zaman hədələyiblər. Odur ki, biz ruslarla açıq danışmalıyıq.

– Vaxtaşırı bu fikirlər deyilir, yazılır. Lakin nəticə yoxdur…

– Rusiya Azərbaycanın mövqeyini mütləq nəzərə almalıdır və başa düşməlidir ki, Azərbaycanın daxilində təxribatlar törətməklə, siyasi sabitliyi pozacaqlarına dair müəyyən addımlar atmaqla, yaxud Azərbaycanı hədələməklə ölkəmizi bundan artıq özlərinə yaxınlaşdıra bilməzlər. Heç xalq da bundan artığına icazə verməz. Ona görə də əgər Rusiya istəyirsə ki, bizim bu dostluğumuz səmimi olsun və doğrudan da bu dostluq regionun inkişafına, bölgədə təhlükəsizliyə ciddi töhfə versin, o halda Qarabağ məsələsində ədalətli mövqe tutmalıdır. Bu, həm də Rusiyanın iqtisadi maraqları baxımından çox önəmlidir. Uzun illərdən sonra Cənub-Şimal dəmiryolu xətti artıq işə düşəcək, yəqin ki, Astaradan Rəştə olan 146 km-lik xətt bir-iki ilə çəkiləcək, bundan sonra yük dövriyyəsi artacaq. Prezident Soçidə bəyan etdi ki, bu istiqamətdə yük dövriyyəsi 100 dəfə artıb. İndi təsəvvür edin, dəmir yolu hazır olandan sonra artım nə qədər olacaq. Azərbaycan bu yolun çəkilməsi üçün İrana 500 milyon dollar kredit ayırıb. Hazırda dəmir yolu xətlərinin yenidən qurulması, sürətin artırılması, yeni lokomotivlərin və vaqonların alınması istiqamətində çox böyük işlər görülür, çox ciddi müqavilələr imzalanıb, yəni bu sahədə vəziyyət köklü şəkildə dəyişib. O baxımdan düşünürəm ki, Rusiya ilə Azərbaycanın yaxınlaşması regionun maraqlarına və təhlükəsizliyə xidmət edir. Amma Rusiya bir suveren, müstəqil dövlət kimi Azərbaycanın maraqlarını nəzərə almalıdır və imkan verməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Başqa formada düşünmürəm ki, Rusiya Azərbaycandan tam mənada istədiyini ala biləcək. Hesab edirəm ki, hələlik Rusiyaya yönəlik siyasət doğru siyasətdir və bunun qarşılığında Azərbaycan problemin həlli üçün Rusiyadan dəstək istəməlidir.

– Oktyabr ayında rəsmi Bakı ilə Avropa İttifaqı arasında saziş imzalanacaq. Sizcə, Rusiyanın həmin sənədə münasibəti necə olacaq?

– Açıq danışaq, Azərbaycanda ABŞ-la Rusiyanın maraqları toqquşur. Azərbaycan prezidenti Brüsseldə Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətləri haqqında sənəd parafladı. Sonra bunun ardınca, iyun ayında neft-qaz sərgisində prezident çıxış edərək bildirdi ki, biz ABŞ-a çox minnətdarıq, ABŞ-ın verdiyi dəstək olmasaydı, biz neft-qaz layihələrini həyata keçirə bilməzdik. Bundan sonra ölkəmizdə hərbi parad keçirildi. Daha sonra Mingəçevirdə məlum hadisə baş verdi. İndi mən bilmirəm həmin hadisə qəza, yoxsa təxribat idi, yəqin Dövlət Komissiyası bu haqda son sözünü deyəcək. Ancaq ardınca Gəncədə baş verən hadisələrdə biz xarici izi o dəqiqə gördük. Yəni düşünürəm ki, bu, Azərbaycanın qərbyönümlü açıqlamalarının dolayısı ilə cavabı idi. Sonra Azərbaycan komitə sədri səviyyəsində bəyan etdi ki, biz KTMT-nin üzvü ola bilərik. Bunun ardınca dərhal korrupsiya ittihamları ortaya çıxdı. Kamal Öksüzün həbs olunması, yaxud “Rolls-Roys” şirkətinin rüşvət verməsi iddiaları Azərbaycana təzyiqlərin bir formasıdır. Yəni biz bir balaca Rusiyaya yönəlik açıqlamalar verəndə Qərbdən təzyiqlər başlayır, yaxud Qərblə bağlı bir balaca açıqlama verən kimi Rusiya təzyiqlərə əl atır. Özü də Rusiya daha qaba formada təzyiqlər edir. Azərbaycan kiçik dövlətdir, amma çox strateji coğrafiyada yerləşir. Ona görə də burada beynəlxalq səviyyədə balanslaşdırılmış siyasət yürütmək çox da asan deyil. Amma biz bu cür kənar təzyiqlərdən qorxmadan dövlətin maraqları nəyi tələb edirsə, o istiqamətdə addım atmalıyıq. Qərbdən də Dağlıq Qarabağ məsələsinin həllində ədalətli mövqe gözləməyə dəyməz. Ona görə ki, digər iki həmsədr dövlətdə güclü erməni diasporu var. Özü də onların siyasətçilərinə güclü təsir etmək gücündə olan diaspor var. Bu baxımdan Azərbaycanın bu məsələni Rusiya ilə həll etməsi daha məqsədəuyğundur və daha realdır, nəinki Qərblə. Səmimi deyirəm, Qərblə bu problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək qeyri-realdır. Ona görə də Azərbaycan daha çox xarici siyasətdə prioritetləri o cür müəyyənləşdirməlidir ki, Qərb, yoxsa Rusiya Qarabağ məsələsinin həllində Azərbaycana daha çox dəstək verə bilər? Elə etməlidir ki, tərəflərin hər biri bunu hiss eləsin ki, Azərbaycan nə istəyir? Bu zaman hansı bizə daha ciddi dəstək verəcəksə, ədalətli mövqe tutacaqsa, Azərbaycan o yöndə siyasət yürütməlidir və artıq digər tərəfin şantajından, təxribatlarından qorxmadan, çəkinmədən mövqeyini müəyyənləşdirməlidir.

– Yəni hansı tərəf Qarabağı bizə qaytaracaqsa, ona tərəf getməliyik?

– Qaytaracaq yox, sadəcə olaraq, hansı tərəf ədalətli mövqe tutacaqsa… Sabah Rusiya desə ki, siz KTMT-yə girin, bizimlə iqtisadi ittifaq qurun, amma mən bu boyunduruqdan sizi xilas etməyəcəyəm, bu münaqişəni saxlamaqla sizi daim əzəcəyəm, belə olduğu halda artıq Azərbaycan qərarını verməlidir. Onsuz da Qarabağ münaqişəsi 25 ildir həll olunmamış qalıb, müharibə yolu da çox risklidir. Hərçənd mən bu yolu da istisna etmirəm. O halda ən azından Gürcüstan variantı seçilməlidir. Eybi yox, Qarabağ qalır Rusiyanın nəzarəti altında, amma beynəlxalq hüquqla biz heç bir sənəd imzalamırıq, heç bir formada Qarabağ üzərindəki suverenliyimizdən, Qarabağın Azərbaycan torpağı olmasından imtina etmirik. Amma strateji baxımdan qərbyönümlü, Qərblə yaxınlaşma, NATO-ya üzv olma istiqamətində kurs götürürük. Azərbaycan artıq bu seçimlərdən birini etməlidir. Ancaq bu addımı atmamışdan qabaq biz ilk növbədə Rusiya ilə danışmalıyıq. Çalışmalıyıq ki, Rusiyanı bu məsələdə ədalətli mövqe tutmağa inandıraq. Rusiya buna gedə bilər. Niyə mən ümidlə danışıram? Rusiya hazırda beynəlxalq aləmdə dinc insanlara qarşı kimyəvi silah tətbiq edən güc kimi tanıdılır. Britaniyada, özü də ictimai yerdə kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. ABŞ da buna görə növbəti sanksiyaları tətbiq etdi ki, sən rəsmi etiraf etməlisən və öhdəlik götürməlisən ki, dinc insanlara qarşı kimyəvi, yaxud radiaktiv vasitələrdən istifadə etməyəcəksən. Düzdür, Kreml boynuna almır, amma dünya Rusiyaya inanmır. Daha sonra Ukraynanın ərazi bütövlüyünün pozulması, Moldovada, Gürcüstandakı vəziyyət Rusiyanı dünyada beynəlxalq hüquqa məhəl qoymayan, aqressiv bir ölkə kimi tanıdıb. Rusiya Qarabağ məsələsinin ədalətli həllinə töhfə verməklə həm də öz imicini dəyişə bilər. Yəni dünya görər ki, Rusiya iki qonşu xalq arasında problemin ədalətli həllinə öz töhfəsini verdi. Rusiyada da ağıllı adamlar var və onları buna inandırmaq olar. Bundan sonra Azərbaycan da müəyyən addımlar ata bilər. Rusiya da başa düşməlidir ki, Azərbaycanın Rusiyanı aldatmaq imkanları yoxdur, onu aldatmağımız bizə baha başa gələ bilər. Ona görə də biz Avrasiya İttifaqına da qoşula, KTMT-yə də üzv ola bilərik, amma Qarabağı qaytarmaq naminə. Qarabağsız Rusiyanın Azərbaycandan umduqlarını ona vermək, sadəcə, kapitulyasiyadır. Mən əvvəllər də demişəm ki, prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına zidd hansısa sənədin altına imza atması mümkün deyil və kimsə də inanmasın ki, prezident belə addıma gedər. Bəzi adamlarda belə bir fikir var ki, sanki torpağı o, hamıdan çox istəyir. Hamı bilir ki, bunun tarixi məsuliyyəti var, söhbət təkcə onun özü ilə bağlı deyil, Azərbaycan durduqca onun övladları, nəvələri məsuliyyət daşıyacaqlar ki, kim hansı sənədin altına imza atıb. Yəni belə bir tarixi məsuliyyəti heç kim öz üzərinə götürməz, o cümlədən də İlham Əliyev. Ona görə də narahatlıq üçün əsas görmürəm. Amma Azərbaycan xalqı da öz mövqeyi ilə hazır olmalıdır, Qərbdəki, Rusiyadakı dairələr də başa salınmalıdır ki, bu təzyiqlər mənasız bir işdir. Azərbaycan xalqının heç bir nümayəndəsi Qarabağın nə birbaşa, nə dolayısı ilə, nə indi, nə gələcəkdə itirilməsinə yol açacaq heç bir sənədə imza atmaz. Azərbaycan xalqı da buna yol verməz!

Previous Post

Qüdrət Həsənquliyev: “Rusiya Azərbaycanın mövqeyini mütləq nəzərə almalıdır…”

Next Post

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb

Bənzər yazılar

Putindən Yaponiyaya sərt irad

Putindən Yaponiyaya sərt irad

12 Avqust 2026 - 14:00

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı reallığı əks etdirən beynəlxalq sənədlərdə Kuril adalarının Rusiya ərazisi kimi...

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

12 Avqust 2026 - 11:31

Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

12 Avqust 2026 - 11:28

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.  

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

12 Avqust 2026 - 11:02

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına Ulu Öndər Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb. Elchi.az...

Next Post
“Azərpoçt”un şöbə müdiri işdən çıxıb

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb

“Azərpoçt”un şöbə müdiri işdən çıxıb

Son xəbərlər

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

12 Avqust 2026 - 15:14
Ərdoğan regiondakı bütün ölkələri vahid bir saziş altında birləşdirmək istəyir

Ərdoğan regiondakı bütün ölkələri vahid bir saziş altında birləşdirmək istəyir

12 Avqust 2026 - 15:00
Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

12 Avqust 2026 - 14:55
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

12 Avqust 2026 - 14:48
Naxçıvan sakinlərini sevindirəcək xəbər

Naxçıvan sakinlərini sevindirəcək xəbər

12 Avqust 2026 - 14:39
Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib

Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib

12 Avqust 2026 - 14:13
Putindən Yaponiyaya sərt irad

Putindən Yaponiyaya sərt irad

12 Avqust 2026 - 14:00
Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb

12 Avqust 2026 - 13:53
Hansı abituriyentlər dövlət sifarişli yerləri seçə bilməyəcək? – QAYDALAR

Hansı abituriyentlər dövlət sifarişli yerləri seçə bilməyəcək? – QAYDALAR

12 Avqust 2026 - 13:45
Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin SAYI

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin SAYI

12 Avqust 2026 - 13:30
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14
“Putin seçkilərdən sonra yeni səfərbərliyə hazırlaşır” – Zelenski

“Putin seçkilərdən sonra yeni səfərbərliyə hazırlaşır” – Zelenski

12 Avqust 2026 - 13:00
Azərbaycanda işsiz şəxslərin sayı artdı

Azərbaycanda işsiz şəxslərin sayı artdı

12 Avqust 2026 - 12:52
Kirayə evlərin qiyməti kəskin artdı

Kirayə evlərin qiyməti kəskin artdı

12 Avqust 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.