"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanda “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılır

05 Sentyabr 2018 - 18:00
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (bundan sonra – MEİS) yaradılsın.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə “e-sosial” internet portalının (bundan sonra – Portal) üç ay müddətində yaradılmasını təmin etsin;

məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;

Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində:

MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmandan irəli gələn digər tədbirləri görsün.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin “elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etsin;

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Previous Post

Azərbaycanda “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılır

Next Post

Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.