"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Boşanan ailələr, itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti… – Dəhşətli STATİSTİKA

28 Avqust 2018 - 15:15
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Son illər Azərbaycanda qeydə alınan nikahların sayı azalmaqda, boşanmaların sayı artmaqdadır. Dəhşətli tendensiyanın səbəblərini müəyyən etmək üçün Modern.az kiçik araşdırma aparıb. Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən,  son 21 il ərzində boşanmaların sayında 8708 artım var. Ötən 21 illə müqayisədə ən çox nikah 2011-ci ildə (88145 nikah), ən çox boşanma isə 2017-ci ildə (14514) qeydə alınıb:

1997-ci il 46999 nikah, 5806 boşanma

1998-ci il 40851 nikah, 5657 boşanma

1999-cu il 37382 nikah, 5013 boşanma

2000-ci il 39611 nikah,  547 boşanma

2001-ci il 41861 nikah, 5382 boşanma

2002-ci il 41661 nikah, 5738 boşanma

2003-cü il 56091 nikah, 6671 boşanma

2004-cü il 62177 nikah, 6914 boşanma

2005-ci il 71643 nikah, 8895 boşanma

2006-cı il 79443 nikah, 7817 boşanma

2007-ci il 81758 nikah, 8340 boşanma

2008-ci il 79964 nikah, 7933 boşanma

2009-cu il 78072 nikah, 7784 boşanma

2010-cu il 79172 nikah, 9061 boşanma

2011-ci il 88145 nikah, 10747 boşanma

2012-ci il 79065 nikah, 11087 boşanma

2013-cü il 86852 nikah, 11730 boşanma

2014-cü il 84912 nikah, 12088 boşanma

2015-ci il 68773 nikah, 12764 boşanma

2016-cı il 66771 nikah, 13114 boşanma

2017-ci il 62923 nikah, 14514 boşanma.

Ən son statistikaya görə, 2018-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma rəsmiləşdirilib.

Xüsusilə nikah müddəti 3-5 il davam edən cütlüklər arasında boşanma halları sürətlə artmaqdadır. Nədir bunun səbəbləri –sosial şəbəkələr, “Whatsapp”, “Facebook” yazışmaları, xəyanət, sosial durum, zorakılıq, qayınana-gəlin münasibətləri, cinsi uyğunsuzluq?…

Modern.az-ın müzakirəyə çıxardığı mövzu ətrafında yaranmış suallarını “Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb.

“Sosial şəbəkələr xəyanət üçün sadəcə vasitədir”

M.Zeynalova boşanmaların artmasını dəyərlərin itməsilə əlaqələndirib:“Bir vaxtlar normalar, yazılmamış qanunlar vardı. İndi onların hamısında dəyişikliklər baş verib. Bu normalar sosial şəbəkələr deyil. Sosial şəbəkələr sadəcə bu imkanları həyata keçirmək üçün rahat vasitədir. Yəni bunu etmək istəyən sosial şəbəkə olmasa da edəcək. Amma kökündə psixoloji dəyişikliklər, fərqli baxışların formalaşması durur. Bir çox hallarda sosial şəbəkələri bu məsələlərdə o qədər qabardırlar ki, bizim bu imkanları itirmək imkanlarımız ortaya çıxır. Nəzərə almaq lazımdır ki, biz bir çox işlərimizi məhz sosial şəbəkələr vasitəsilə reallaşdırırıq. Sosial şəbəkənin üstünlüklərini danmaq olmaz. Onlar vasitəsilə bir-birimizdən, dünayadan xəbər tuturuq, maraqlı məlumatlar əldə edirik və s.

Ailə münasibətlərinin pozulmasında sosial şəbəkənin rolunun qabardılması problemin əsas kökünün kənarda qalmasına gətirib çıxarır. Əksəriyyət insanlar arasındakı münasibətləri bir yana qoyub, sosial şəbəkəni müzakirə etməyə başlayır. Əgər ailədə dediyim öhdəlik və məsuliyyət hissi varsa, insanlar əvvəlki dəyər sistemlərini idarə edirlərsə, o halda sosial şəbəkə olmur, hansı vasitə olur olsun onu dəyişmək, itirmək mümkün deyil. Demək problem sosial şəbəkələrdə deyil. Problem insanların ailə münasibətlərinə səthi yanaşmasında, məsuliyyətsizliyində, etibarsızlığında, güzəştə getməməsində, azadlıq hissinin başqa məcraya yön almasında, seksual aclığın təmin edilməməsində, imkanların yetmədiyi arzuların gerçəkləşdirilməsi istəyində, kimlərinsə yaşayışı ilə müqayisələr və s.də təzahür edir. Bu siyahını nə qədər desəniz uzatmaq olar.

Məsələ burasındadır ki, sadalanan məsələlər başqaları tərəfindən təbliğ olunur, çağırışlar edilir. Zorakılığa itaət etməmək üçün boşananlar haqlıdırlar. Amma qadın da var, kiminsə, nəyinsə acığını ailəsindən çıxır. Tutaq ki, ər xəyanət edir, qadın da başlayır ona xəyanət etməyə, nəticədə ailələr dağlır. Bu hallar əvvəllər də olub. Bu, yanlış yanaşmadır, şəxsin öz uşaqlarına və özünə vurduğu çox böyük travmadır. Bu qadının xəyanətinin nə ətrafa, nə də ərinə heç bir ziyanı yoxdur. Bu da sırf məsuliyyət hissinin olmaması ilə bağlıdır. İnsanların təkcə ailəsi qarşısında yox, cəmiyyət qarşısındakı məsuliyyət hissi itirilib. Bundan danışmaq lazımdır”.

“Bir müddət sonra bakirəlik də öz aktuallığını itirəcək”

Qadın hüquq müdafiəçisi hesab edir ki, bugünkü gənclik ağsaqqal sözü eşitmir:“Əvvəllər böyüyə, kiçiyə, ağbirçəyə, ağsaqqala etimad, qarşılıqlı hörmət hissi vardı, söz deyiləndə eşidilirdi. Bu gün gördüklərimiz nədir? Ancaq reklamlar, şoular, televiziya verilişlərində kimlərinsə həyatını təftiş etmək, müzakirə etmək, lağ obyektinə çevirməkdir. İnsanlar problemlərin həlli yollarını axtarmır. Sadəcə onu qısa müddətliyinə müzakirəyə çıxarıb unutmağa üstünlük verirlər. Ümumən  hesab edirəm ki, ailə münasibətlərinin keçid dövrüdür. Erkən ailə qurmaq, məcburi ərə vermək, yaxud qızların yaşı keçdiyinə görə əlacsız ərə verilməsi və s. prosesi daha da sürətləndirir. Bir sözlə şüurlu ailə modeli yoxdur. Ümumən əvvəllər oturuşmuş, sabitləşmiş dəyərlərimiz vardı, qəbul edilmiş normalara sona qədər tabe olurdular. Bu gün cəmiyyətin qaydalarından kənara çıxılır, ictimai qınaq da yoxdur, eyni zamanda anonimlik məsələsi gündəmə gəlib. Bura müharibənin də müəyyən təsirləri oldu. Yəni əvvəllər hamı hamını tanıyırdı. Torpaqlar gedəndən sonra insanlar şəhərlərə gəldi, qaynayıb-qarışdılar, tanınmadıqları bir mühitə düşdülər. Anonimlik sindromu insanların öz davranışlarını dəyişməsi və sərbəstlik adıyla hərəkətlərinin nəzarətdən çıxması ilə müşahidə olundu. Məsələn, sovet dönəmində rayondan Bakıya gələn qızlarda bu sindrom yaşanırdı. Onlara nəzarət mexanizmi yox idi. Kimsə hamilə qalırdı, kimsə sərbəst seksual münasibətlərdə olurdu, yaxud çox açıq geynirdi, hansı ki öz kəndində bunu edə bilməzdi. Bu nəzarətsizlik sindromu insanların öz hərəkətlərində, daxilində gizlətdiyi və ortaya çıxara bilmədiyi münasibətlərdir ki, anonimlik mühitindən “bəhrələnərək”  bunu edirlər. İnsanlar da zəncirvari bir-birinə baxır, “filankəs bunu edir, mən də edəcəm”, “yaxud mən niyə etməyim” deyərək, addım atmağa başlayır.

Həmçinin, dəyər sistemində ədalətli yanaşma məsələsi də pozulub. Baxırsan ki, ailədə kimsə çox sadiqdir, cəfakeşdir. Bəzən sosial şəbəkələrdə, televiziyalarda belə fikirlər səsləndirilir “filankəs gəzir, amma gör necə hörmətlidir”. Bilmədən, yaxud bilərəkdən bunu şüuraltına yeritməyə başlayırlar. Bunların hamısı insanın psixikasına təsir edən amillərdir. Ailə modelini dağıtmağa gətirib çıxaracaq çox sayda səbəb var. Köhnə qanunlarla təzə qanunların uzlaşmaması da bir sindromdur. Bəzi ailələr istəyir ki, yeni qurulmuş ailəni öz qaydaları ilə idarə etsin. Amma qanunvericilik Avropa standartlarını üstün sayır. Məsələn, bu gün sən ailənin sirrini polisə açıqlamalısan, amma əvvəl bunu etmirdilər. Baxın, qəribə keçid dövründəyik. Ailə modelinin keçid dövrüdür ki, ailələr yeni tələblərə, yeni qanunlara uyğunlaşmağa başlayıb. Yalnız keçid dövründən sonra şüurlu ailə modelinin formalaşmasının şahidi ola biləcəyik. İnsanlar ailə quranda ailənin mahiyyəti və onunla birgə olmağa üstünlük verəcəklər. İndi çox sayda nikahsız yaşayanlar var. İndi bizim bakirəlik dediyimiz və əsas götürdüyümüz məsələ bir müddət sonra öz aktuallığını itirəcək. İnsanlar sərbəst yaşayacaq, bundan sonra ailə quaracaqlar. Bəlkə də daha kəskin davranışlar ortaya çıxacaq. Amma istənilən halda istəməzdim ki, biz dini qaydalarla yaşayaq”.

Previous Post

Boşanan ailələr, itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti… – Dəhşətli STATİSTİKA

Next Post

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

Bənzər yazılar

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, oktyabrın 2-3-də Bakıda...

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin...

Next Post
Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.