"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “Bizi ciddi sınaq gözləyir”

16 İyul 2018 - 18:13
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər, əvvəlki xidmətlərindən asılı olmayaraq, nə qədər ki, gec deyil, ifşa olunub, iqtidardan qovulmalıdırlar”

Gəncədə baş verən olaylar son günlərin əsas müzakirə mövzusudur. Terror aksiyası və digər cinayətlərdə şübhəli bilinənlərin əhəmiyyətli hissəsi saxlanılsa da, hər kəsi baş verənlərin arxasında dayanan qüvvələrin kimliyi ilə bağlı suallar, bu qəbildən olan hadisələrin yenidən təkrarlana biləcəyi ehtimalı düşündürür. Bu və digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Zaxarova Zelenskinin yalanlarından danışdı

Tramp: İranı darmadağın edirik

BAXCP sədrinin müsahibəsini diqqətinizə təqdim edirik:

– Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var: Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab etmək olarmı?

– Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı. Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır. Başqa bir səbəb isə çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə isə bizə ismarıc yolladılar.

Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (yaşıl adamcıqlar) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər.

Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır. 1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik. Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir. Təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli bizi ciddi sınaq gözləyir. Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır.

– Sizcə, daha hansı qərarlar qəbul oluna bilər?

– İlk növbədə icra hakimiyyəti başçılarının islahatlar yolu ilə səlahiyyətləri azaldılmalı, mülkiyyət toxunulmazlığı təmin olunmalı, sahibkarların aşağı faizli kreditlər almasına imkan yaradılmalı, sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə gedilməli, ən başlıcası isə Prezident Adminstrasiyasını hüquqi islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər, əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq, nə qədər ki, gec deyil, ifşa olunub, iqtidardan qovulmalıdırlar. Onların sosial gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək olmaz.

– Dediyiniz qərarlar qəbul olunmasa, bizi nə gözləyir?

– O zaman ya birləşmiş xarici və daxili düşmənlərə müqavimət göstərib məğlub oluruq, nəticədə ölkə ya vətəndaş müharibəsi ilə dağılır, ya da düşmənlər istədiyi adamı hakimiyyətə gətirirlər. Və yaxud düşmənlərə boyun əyib töycü veririk, onların müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul oluruq, Qarabağ haqqında isə yalnız danışmaq səlahiyyəti alırıq. Amma bu da davamlı sabitliyə və iqtidarın tam toxunulmazlığına təminat verməyəcək, çünki həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq.

– Qüdrət bəy, bildiyimiz kimi Türkiyənin Rusiyadan C-400 raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır. Bu problemi Türkiyə necə çözə bilər?

– Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki, Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər. Türkiyə NATO üzvü olaraq qalmalıdır, Türkiyə NATO-dan çıxarılarsa ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən  qısa müddətdən sonra dəyişəcək.

Previous Post

Qüdrət Həsənquliyev: “Bizi ciddi sınaq gözləyir”

Next Post

Müdhiş statistika: 22489 nikah, 6177 boşanma

Bənzər yazılar

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00

"Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər". Elchi.az xəbər verir...

Tramp: İranı darmadağın edirik

Tramp: İranı darmadağın edirik

28 İyul 2026 - 10:41

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında "Siz onları məğlub etməlisiniz və biz onları pis şəkildə məhv edirik" dedi. Elchi.az...

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Next Post
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma

Müdhiş statistika: 22489 nikah, 6177 boşanma

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.