"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Prokuror 126 minlik dələduzluqda təqsirləndirilən qadına cəza istəyib

07 İyun 2018 - 15:26
in CƏMİYYƏT
FacebookVatsap

Prokuror 126 minlik dələduzluqda təqsirləndirilən qadına cəza istəyib

Bunu da oxuyun

Sabah 39 dərəcə isti olacaq

FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib – VİDEO

FHN tərəfindən maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.Panfilovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Əkrəm Həsənov müdafiə çıxışı edib. Vəkil bildirib ki, müvəkkili guya 4 nəfərə – Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı bu cinayəti törədib: “Bunun üçün sözügedən 4 şəxsi iki qrupa – Nadir Ələkbərovla Nəriman Camalovnı bir, Oksana Bojenokla Diana Pavlovanı isə bir qrupa bölmək lazımdır. Burada meyar zərərçəkənlərin cinsi deyil. Meyar Valeriya Panfilovanın zərəçəkənlərdən hər hansı pul məbləğinin alıb-almamasıdır. Birinci qrupa daxil olanlardan, yəni kişilərdən pulun alınmasını Panfilova danmır. İkinci qrupa daxil olanlardan, yəni qadınlardan isə Valeriya Panfilova tərəfindən hər hansı pul məbləği alınmayıb. Zərərçəkmiş Oksana Bojenok 29.03.2017-ci il tarixdə polisə ərizə ilə müraciət edərək deyib ki, Valeriya Panfilovaya 8000 manat məbləğində pul vəsaiti verib. Bojenok iddia edir ki, sözügedən vəsaiti Panfilovanın ərinə mənsub olan lombardın dövriyyəsində istifadə etmək üçün verib. Sonradan isə guya Panfilova bu vəsaiti qaytarmaqdan imtina edib. Oksana Bojenok bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. Sonrakı izahatında Oksana Bojenok sözügedən vəsaiti təkbətək və iki dəfəyə – 5000 və 3000 manat lombardın depozitinə qoyulması üçün əvəzli olaraq, yəni aylıq 3% dərəcəsi ilə verdiyini deyir. 5 ay ərzində guya Panfilova Bojenoka cəmi 930 manat məbləğində faiz ödəyib. 2015-ci ilin dekabr ayından başlayaraq guya Valeriya Panfilova ödənişləri dayandırıb. Bu fərq Bojenokun ifadələrində ciddi ziddiyyəti göstərir”.

Vəkilin sözlərinə görə, zərərçəkəkmiş Diana Pavlova 2017-ci ilin mart ayının 29-da polisə ərizə ilə müraciət edərək qeyd edib ki, V.Panfilovaya 16500 manat məbləğində pul vəsaiti verib: “Diana Pavlova iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinə mənsub olan lombardın dövriyyəsində istifadə etmək üçün verib. Valeriya Panfilova həmin vəsaitin bir hissəsini – 5000 manatı Diana Pavlovaya qaytarıb. Lakin sonradan isə guya Valeriya Panfilova qalan 11500 manat qaytarmaqdan imtina edib. Oksana Bojenok bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. Sonrakı izahatlarında Diana Pavlova həmin vəsaiti üç dəfəyə lombardın dövriyyəsində istifadə etmək üçün verib, əvəzli olaraq, yəni aylıq 3% dərəcəsi ilə verdiyini söyləyir. 9 ay ərzində guya Valeriya Panfilova Diana Pavlovaya cəmi 2085 manat məbləğində faiz ödəyib. 2015-ci ilin sentyabr ayında Valeriya Panfilova vəsaitin bir hissəsini – 5000 manatı Diana Pavlovaya qaytarıb. 2015-ci ilin noyabr ayından başlayaraq guya Panfilova ödənişləri dayandırıb”.

Ə.Həsənov qeyd edib ki, zərərçəkmiş N.Camalov 2017-ci ilin may ayının 3-də polisə ərizə ilə müraciət edib. Zərərçəkmiş ərizəsində bildirib ki, Valeriya Panfilovaya 2016-cı ilin yanvar-dekabr ayları ərzində 54000 manat məbləğində pul vəsaiti verib: “Nəriman Camalov iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinin sahibi olduğu lombardın dövriyyəsinə buraxılması üçün verib. Lakin guya Valeriya Panfilova həmin məbləği qaytarmır. Buna görə də Nəriman Camalov polisdən yardım istəyir. Yəni söhbət adi borcdan gedir, sadəcə təyinatı lombardın dövriyyəsində istifadədir. Valeriya Panfilova borcu qaytarmır, Nəriman Camalov da polisdən yardım istəyir. O, sonrakı izahatında, 16 iyun 2017-ci il tarixli dindirmə protokolunda fərqli ifadə verir. Əvvəlcə deyir ki, əslində Valeriya Panfilova ondan 54000 deyil, cəmi 27000 manat pul götürüb. Sadəcə Nəriman Camalov pulu aylıq 5% dərəcəsi ilə verdiyini iddia edərək, guya ödənilməmiş faizlərlə bərabər Valeriya Panfilovadan 54000 manat tələb edir.Zərərçəkmiş Nadir Ələkbərov 29.03.2017-ci il tarixdə polis müraciət edərək bildirib ki, Valeriya Panfilovaya 2015-ci ilin iyun ayından başlayaraq, 2017-ci ilin yanvar ayınadək aylıq 3% dərəcəsi ilə bağlanmış yazılı 10 borc müqaviləsinə əsasən 79000 manat məbləğində pul vəsaiti verib. Nadir Ələkbərov iddia edir ki, sözügedən vəsaiti Valeriya Panfilovanın ərinə mənsub olan lombarda əmanət kimi qoymaq üçün verib. Dediyinə görə 2017-ci ilin yanvarınadək ona bütün faizlər ödənilib, lakin ondan sonra nəinki faizlər, heç əsas məbləğ də ona ödənilməyib. Nadir Ələkbərov bunu etibarından sui-istifadə kimi qiymətləndirir və Valeriya Panfilovanın əməlini dələduzluq hesab edir. O, həmçinin bildirir ki, daha əvvəl, 2014-cü ilin yayında Valeriya Panfilovanın əri Şixiyev Eldar Fərhad oğlu da ondan eyni məqsədlə aylıq 3% dərəcəsi ilə 1 il müddətinə 10000 manat məbləğində pul götürüb və vaxtlı-vaxtında faizlərlə bərabər ona ödəyib”.

Ə.həsənov müdafiə çıxışında müvəkkili V.Panfilovaya qarşı irəli sürülmüş ittihamı rədd etdiyini deyib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

V.Panfilovaya son söz demək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Panfilova 4 nəfərə – Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Previous Post

Prokuror 126 minlik dələduzluqda təqsirləndirilən qadına cəza istəyib

Next Post

Sabah yağış yağacaq, şimşək çaxacaq

Bənzər yazılar

Sabahın hava proqnozu açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 12:21

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Elchi.az Milli Hidrometeorologiya...

FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib – VİDEO

FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib – VİDEO

31 İyul 2026 - 12:09

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin (RM) və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) birgə təşkilatçılığı ilə “Quba Rayon Mərkəzi Xəstəxanası”...

FHN tərəfindən maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

FHN tərəfindən maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

31 İyul 2026 - 11:45

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində...

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə Elchi.az...

Next Post

Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq

Son xəbərlər

ATƏT-in sədri Azərbaycana gələcək

ATƏT-in sədri Azərbaycana gələcək

31 İyul 2026 - 14:45
Bişkekdə yazılan qardaşlıq salnaməsi

Bişkekdə yazılan qardaşlıq salnaməsi

31 İyul 2026 - 14:23
Prezident İlham Əliyev: Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq

Prezident İlham Əliyev: Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq

31 İyul 2026 - 12:26
Sabahın hava proqnozu açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 12:21
FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib – VİDEO

FHN Quba Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib – VİDEO

31 İyul 2026 - 12:09
Azərbaycan klublarından Avropada yüksək göstərici

Azərbaycan klublarından Avropada yüksək göstərici

31 İyul 2026 - 11:56
FHN tərəfindən maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

FHN tərəfindən maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

31 İyul 2026 - 11:45
Pakistanda kömür mədənində partlayış: 32 işçi həlak olub

Pakistanda kömür mədənində partlayış: 32 işçi həlak olub

31 İyul 2026 - 11:37
Mərakeşdən İspaniyaya keçməyə çalışarkən 18 nəfər həlak olub

Mərakeşdən İspaniyaya keçməyə çalışarkən 18 nəfər həlak olub

31 İyul 2026 - 11:28
İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

31 İyul 2026 - 11:20
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

31 İyul 2026 - 11:12
UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?

UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?

31 İyul 2026 - 11:08
Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib – YENİLƏNİB-1 – FOTO

Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib – YENİLƏNİB-1 – FOTO

31 İyul 2026 - 11:03
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib – SƏRƏNCAM

31 İyul 2026 - 11:00
Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb

Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb

31 İyul 2026 - 10:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.