EN RU

Vergilər Nazirliyindən ödəyicilərə xəbərdarlıq

>

Bunu da oxuyun

Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə xəbərdarlıq edib.

Elchi.az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, 2017-ci hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

“Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

• vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

• büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

• vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur”.

Bənzər yazılar

Next Post

Son xəbərlər

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
WP2Social Auto Publish Powered By : XYZScripts.com