EN RU

Azərbaycanda çay məcrasından çıxdı – Evlər təhlükədə

Bunu da oxuyun

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər.

Elchi.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, Ağsuçay artıq məcrasından çıxıb: “Hər il havalar yağıntılı keçərkən çayın suyu artdıqca bəndləri zədələyirdi. Son vaxtlar yağan yağışlar nəticəsində isə çay məcrasından çıxıb və bəndləri yuyub. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaradıb. Hələlik evlərdə subasma faktı yoxdur, sadəcə təhlükəli vəziyyət yaranıb və hər an bu təhlükə arta bilər”.

İ.Mikayılov bildirib ki, məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş edib.

Bənzər yazılar

Next Post

Son xəbərlər

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
WP2Social Auto Publish Powered By : XYZScripts.com