"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etdi

29 Dekabr 2017 - 12:04
in CƏMİYYƏT
FacebookVatsap
Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etdi
Şəhid anası Ə. Muradova  28.12.2017-ci ildə  yenidən hakim Svetlana İsmayılovanın qanunsuz hərəkətlərinə qiymət verilməsi xahişi ilə Məhkəmə -Hüquq Şurasının sədrinə müraciət edib.

Qeyd edək ki, 5 dekabr 2017-ci ildə Gəncə İnzibati- İqtisadi Məhkəməsində şəhid anası Əsli Muradovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı qaldırdığı iddia üzrə sonuncu məhkəmə iclası keçirilib.
Xatırladaq ki, Əsli Muradovaya oğlu Mübariz Muradov  Murovdağda xidməti borcunu yerinə yetirərkən həlak olandan sonra şəhid ailəsi statusu verilib. 1996-cı ildə Bərdə Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində şəhid ailəsinə aid imtiyazın tətbiq olunması barədə qərar qəbul olunub.2014-cü ilə qədər şəhid anası Əsli Muradovanın statusa  mövcud qanunvericiliyə uyğun olaraq toxunulmayıb.Həmin ilin noyabrından   Şəhid ailəsi statusu və şəhid ailəsinə verilən imtiyaz barədə qərar ləğv edilmədən DSMF Bərdə rayon şöbəsi Ə. Muradovanın şəhid təqaüdünü dayandırıb. Bu qurumdakılar başqa hansı biabırçılıqları törədib, bizi izləyən əziz oxucularımız  yaxşı bilirlər.
Ə.Muradovanın məhkəmədəki səlahiyyətli nümayəndəsi Xaqani Məmməd bildirir ki,” şəhid ailəsi barədə mövcud qərar qüvvədə olduğu halda inzibati orqan indiki hərəkətləri etməkdə haqlı deyil.İnzibati orqan məhkəmədə şəhid ailəsinin statusunun ləğvi barədə ayrıca iddia ilə çıxış edə bilər.Amma özü şəhid ailəsinə verilən imtiyazı  ləğv edə bilməz.”
Hakim Svetlana İsmayılova uzun müddət vaxt və baş  aparıb məkəmə şousu yaratması sonda əvvəlcədən proqnozlaşdırılan kimi olub.Əsli Muradovanın hüquqlarının bərpa edilməsi yox, qaldırdığı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılıb.
Hakimin çıxardığı qətnamə 5 dekabrda qəbul olunsa da bu günə qədər iddiaçıya təqdim olunmayıb.Görünür apelyasiya şikayətini əngəlləmək üçün qətnamənin ünvanına çatdırılması gecikdirilir.
Hakim Svetlana İsmayılovanın qərəzli və hakim adına yaraşmayan hərəkətlərindən Məhkəmə – hüquq şurasının sədri cənab Fikrət Məmmədova 22.11.2017-ci ildə şikayət məktubu ünvanlanıb. Məktubda bildirilir:  İddia ərizəsinin  icraata qəbul edilməsinə və təxminən bir il vaxt keçməsinə baxmayaraq hakimin işə qərəzli yanaşması nəticəsində proses başa çatmayıb , eyni zamanda xanım İsmayılovanın işin nəticəsində maraqlı olduğu açıq aydın görünür.Mən prosesdə nümayəndə ilə təmsil olunsamda digər oğlum məhkəmə zalında prosesi izləyir.Hakim məhkəmə prosesini elə aparır ki, sanki mən yenidən şəhid ailəsi statusu almaq tələbiylə iddia qaldırmışam.Hansıki mənə şəhid ailəsi statusu və prezident təqaüdünün verilməsi barədə qərar bu gündə qüvvədədir.İnzibati orqanın tələb etdiyi sənəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən oğlumun hansı şəraitdə həlak olduğu barədə arayışda məhkəməyə təqdim edilib.Hakim prosesual normanın tələbinə uyğun olaraq nümayəndəmin sübut olduğu ehtimalı üzrə tələb etdiyi sənədlərin İcra hakimiyyəti orqanından məhkəməyə bildirilməsi barədə qaldırdığı vəsatəti maraqlı olduğu üçün  təmin etmir.Tərəflərə iddianın və etirazın əsaslarını sübut etməyə eyni şəraiti yaratmır.Nümayəndəmə təzyiqlər edir.Hətta hakim işi o səviyyədə aparır ki, zalda oturan oğluma bildirir ki, məhkəmədə yenidən şəhid ailəsi statusu almaq üçün məhkəməyə müraciət edilsin.Nümayəndəm bildirir ki, şəhid ailəsi barədə mövcud qərar qüvvədə olduğu halda inzibati orqan indiki hərəkətləri etməkdə haqlı deyil.İnzibati orqan məhkəmədə şəhid ailəsinin statusunun ləğvi barədə ayrıca iddia ilə çıxış edə bilər.Amma özü şəhid ailəsinə verilən imtiyazı  ləğv edə bilməz. Bu zaman hakim ona hədələyici təzyiqlər edir, barəsində tədbir görəcəyini bildirir və açıq -aydın cavabdeh tərəf kimi çıxış edir.Göstərilən hallar isə hakim xanım Svetlana İsmayılovanın Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin, Azərbaycan Mülki Prosesual Məcəlləsinin,Hakimlər Haqqında Azərbaycan Respublikasının Qnununun və Hakimlərin Əxlaq Kodeksinin tələbini və ən nəhayət Azərbaycan Respublikasının Konstitusiya normalarını bilərəkdən pozmasıdı.
Hakim Svetlana İsmayılovanın qanunsuz hərəkətləri barədə yazılan  şikayət ərizəsi  Gəncə İnzibati- İqtisadi  məhkəməsinə yönləndirilib. Maraqlıdır ki, şikayətə cavab olaraq  27.12.2017-ci ildə  Əsli Muradovanın ünvanıma haqqında şikayətçi olduğu  Svetlana İsmayılovanın elə özü tərəfindən cavab verilib. Ancaq şikayətə cavab yazan Svetlana İsmayılova özünün hərəkətlərindən bir kəlmədə olsun yazmayıb. Bildirilib ki, Sizin iddia üzrə işə baxılıb, ancaq təmin edilməmişdir. Və qətnaməni alandan 30     ( otuz) gün müddətində apelyasiya şikayəti verə bilərsiniz.
Əsli Muradova bildiririk ki,  onun Məhkəmə -Hüququ Şurasına yazdığı şikayət məhkəmənin qərarından yox,hakimin qanuna zidd hərəkətlərindən idi.Ona görədə şikayətə cavab verərkən çıxardığı qətnamədən yox, elədiyi qanunsuz hərəkətlərə aydınlıq gətirsə daha yaxşı olardı. Ə. Muradova  28.12.2017-ci ildə  yenidən hakim Svetlana İsmayılovanın  qanunsuz hərəkətlərinə qiymət verilməsi xahişi ilə Məhkəmə -Hüquq Şurasının sədrinə müraciət edib.
Hakim Svetlana İsmayılova məhkəmə zalına yıxıla dura  köməkçilərinin yedəyində gedib gəlir.Əziyyətinə rəğmən çox acınacaqlıdır. Bir hakimin can ağrısı çəkə-çəkə gözə görükməsi, ədalətə ümid bağlayanların haqqında şikəst qərarlar çıxarması heç arzu olunan deyil. Bu təəssüratlara köklənməklə Azərbaycanda ədalət sistemi haqda nə düşünmək olar ki. Azərbaycanın məhkəmələri də hakim Svetlana İsmayılova kimi   axsamırmı?   Görünür yedəkdə olan tək hakim yox, həm də Azərbaycanda hüquq -ədalət adında bir məfhum oldu. Hakim Svetlana xanım İsmayılova köməkçilərinin, məhkəmələr isə inzibati orqanların yedəyində hara çəkirlərsə ora gedir.

Bunu da oxuyun

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Previous Post

Şəhid anası yenidən Məhkəmə- Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etdi

Next Post

Milli Parkda atəşfəşanlıq olacaq

Bənzər yazılar

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla...

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən...

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik...

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18

“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” təqaüd proqramının 2026-cı il üçün nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu...

Next Post

Milli Parkda atəşfəşanlıq olacaq

Milli Parkda atəşfəşanlıq olacaq

Son xəbərlər

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39
Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.