EN RU

Sabah Bakıda üçtərəfli görüş olacaq

>

Bunu da oxuyun

 

Sabah Bakı şəhərində Azərbaycan – İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, 20 dekabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan – İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com