"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Çətin sualların asan cavabı olmur…

19 Oktyabr 2017 - 09:32
in KÖŞƏ YAZILARI, MANŞET
FacebookVatsap

alqish-1Alqış Musayev

Bunu da oxuyun

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

DİN-in şəxsi heyəti Zəfər parkında olub

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

Bir gündə iki qətnamə qəbul etmiş AŞPA-nın təkəbbürlü baş katibi mənə ötən əsrin əvvəllərində yaşamış bir professoru xatırladır.

Bakı imperator gimnaziyasının özündən razı müəllimi Saninin uğursuzluğu nədə idi?

Professor otuz müsəlmanı dörd erməni, iki polyak, üc sektant, bir rus şagirdlə birlikdə avropalı eləmək istəyirdi.

Bir dəfə professorun “Asiyada qalmaq, yoxsa Avropaya üz tutmaq istərdiniz” sualına “Əli və Nino”nun məşhur qəhrəmanı belə cavab verir:

– Mən Asiyada qalmaq istərdim.

– Nədən? – deyə, təəccüblənən müəlliminə, Əli xan, seçiminin səbəbini çox səmimi və dəqiq izah etmişdi:

– Mən Asiyanı sevirəm, çünki burada mənə rahatdır.

Əlbəttə, adam haqlıdır: Onu narahat edən yerlərdə nə işi var ki…?

Axı donuz adını eşidib ürəyi ağzına gələn Seyid Mustafanı necə qınayasan?

Nəzərə alaq ki, coğrafiya elmi də Bakının Avropa qitəsinə aidliyi barədə birmənalı fikir söyləyə bilmir.

Onda Əli xan Şirvanşırin mövqeyinə hansı məntiqlə ağız büzmək olar?…

Dövlətlər də insanlar kimidir: hər birinin öz yönü-yöngəsi, hal-xasiyyəti var.

İnsanın (eyni zamandan dövlətin) xoşbəxtliyi onun əqli və fiziki göstəricilərindən, qurduğu xəyallardan daha çox, düşdüyü əhatədən asılıdır.

Rifah, xoşbəxtlik, rahatlıq maddi-mənəvi imkanlarla bərabər, həm də mühitdən doğur.

İnsan (və dövlət) yerini yox, öz mühitini axtarmalıdır.

Biz bir dövlət və toplum olaraq, hələ ki, öz mühitimizi (və təbii ki, haqq etdiyimiz rifahı, xoşbəxtliyi, rahatlığı) tapa bilməmişik.

Həyəcanlı günlər yaşayırıq…

Mən sosial şəbəkələri, saytları, telekanaları diqqətlə izləyir, çap mediasını müntəzəm oxuyuram. Yas, toy məclislərində müxtəlif insanlarla rastlaşıram.

Nəyi müşahidə edirəm?

Mübahisə etmək meyli çoxalıb.

Bir neçə il əvvəl on adamdan üç-dördü söz güləşdirməyə həvəsli idisə, indi 10 adamdan sanki 12-si dirəşir.
Olsun. Təəssüf ki, bu dirənişlərin arxası adi pafosa söykənir.

Sağlam düşüncədən əsər-əlamət yoxdur.

Narahat olmağa dəyər.

Mən hər addım başında, hər ünsiyyətdə az qala səksəninci illərin ab-havasını hiss edirəm: Tanış bir aqressiyanın hərarəti düşüncələrimi qarsır…

Dövlətimiz və tariximiz qarşısında mürəkkəb məsələlər, çətin suallar dayanıb.

Cətin sualların asan cavabı olmur.

Orta statistik azərbaycanlı isə çətin suallara çox asan cavablar vermək istəyir, mürəkkəb məsələlərin asan yolla həllini gözləyir və hətta tələb edir. Məhz tələb edir!

Mən bu “tələbkarlığın” səbəbləri üzərində dayanmaq istərdim..

Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz dövlətindən yaşlı və təcrübəlidir.

Yaş və təcrübə üstünlüyü vətəndaşda 25 yaşlı gənc dövlətə yol göstərmək, ağıl vermək, hətta onu qarşısına qoyub tənbeh etmək iddiası doğura bilir. Hardasa təbii və anlaşılandır.

Tarixə, ucuz şan-şöhrətə oynamaq cəhdləri var…

Bir neçə il əvvəl xalq diplomatiyası çərçivəsində Polad Bülbüloğlu, Kamal Abdulla və Fərhad Bədəlbəylinin Şuşaya səfəri təşkil edilmişdi (Səfərin məqsədi və nəticəsini şərh etmək fikrində deyiləm).

Növbəti belə bir missiyanın baş tutma ehtimalı müzakirə olunurdu.

Dünyaca məşhur, uşaqdan böyüyə hamının sevimlisi olan bir ziyalımıza “Şüşaya getmək istərdinizmi?” – deyə müraciət etmişdilər.

O, etiraz və imtina etmişdi: ”Yox, Şuşanı o vəziyyətdə görsəm, dözə bilmərəm…”

Dözə bilmərəm, yəni, başım ağrıyar, təzyiqim qalxar, ürəyim dayanar və s…. Ziyalılıq belə olmur.

Burada Şuşaya, Qarabağa sevgidən bəhs edilə bilməz.

Bu yükün altından çiyin qaçırmaq, məsuliyyətdən yayınmaqdır..

Bəs onda Azərbycan prezidenti neyləsin?

Hər dəfə Sarkisyan adlı vicdanı kirli, əli qanlı varlıqla üz-üzə gələndə hansı hissləri keçirir, hansı mənəvi iztirabları yaşayır, bir Allah bilir.

Amma heç nəyi büruzə vermədən, usanmadan, yorulmadan, bəzən təkbaşına, mərdi-mərdanə ölkəsinin haqlı davasını aparır.

Beynəlxalq təşkilatlara qarşı sadəlövh bir inam bəsləyirik…

Bəzən bu inam alt səviyyəyə qədər enə bilir.

Akademik titullu alimimiz (söhbət akademikin kimliyindən yox, dərrakənin miqyasından gedir) hay-həşir salıb, “Biz kitablar yazıb, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etmişik. Həqiqəti dünya ictimaiyyətinə çatdırmaq lazımdır” deyəndə, nə dərəcədə səmimi, hansı dərəcədə vətənpərvərdir?

Mən ideoloji işin, təbliğatın sistemli aparılmasının qatı tərəfdarıyam.

Amma dünya liderlərinin bizim kitabları oxuyan kimi dərhal ermənilərə təpinəcəklərinə ümid bəsləmək bəsitlikdir.

Qarabağ xanlığının ABŞ-ın tarixindən çox-çox qədim və zəngin keçmişi vardır.

Nə dəyişir? Avropa, Amerka tarixi neyləyir ki…

Dünya siyasətində (və ümimiyyətlə siyasətdə) subyektiv amillər obyektiv şərtləri üstələyir.

Şəxsi münasibətlər, şəxsı hisslər hər şeyi həll edə bilməsə də, şox şeyə təsir göstərə bilir .

Dünya birliyi, dövlətlər, hökumətlər yekcins deyil.

Adını unutduğum ABŞ prezidentilərindən biri konqresmenlərdən zəhləsi getdiyi üçün Kapitoli ilə Ağ Evin arasında böyük bir bina tikdirmişdi – Ağ Evdən baxanda Kapitoli görünməsin deyə.

Heç cür ağıla sığışdırmaq olmur.

Azərbaycan vətəndaşı ölkəsində və ölkəsiylə bağlı başverənləri dünyada gedən proseslər kontekstində qavramağa hazır deyil.

Bəlkə də məsələni başqa cür qoymaq gərəkdir: Ətrafımızda baş verənlər vətəndaşa dünyada gedən proseslərin kontektsində təqdim edilmir…

Bu yerdə yerli telekanallarla bağlı tənqidi fikirləri bölüşməmək olmur.

“Yerli telekanallara baxan yoxdur”.

Doğrusu, bu fikir mənə bir qədər qeyri-dəqiq görünür. Əks istiqamətə cəbhə açmaq mümkündür.

Nə edəsən, yekun və ümumi qənaət belədir.

Söhbət heç də tamaşaçının “sehrli qutu”ya olan etinasızlığından getmir.

Tamaşaçı, sadəcə, tum çırtlayıb, çay, kofe içərək nərd oynaya-oynaya ekran qarşısında əyləşən insan deyil.
Tamaşaçı təhlükəsizlik amilidir.

Yerli tamaşaçı xarici televiziyalara üz tutursa…

Bu ölkənin milli təhlükəsizliyinə birbaşa təhdiddir.

O deməkdir ki, əhali sürətlə və kütləvi şəkildə “kalonlaşır”.

Dəxli yoxdur, kim neçənci kalonda, harda, hansı pozada sıralanıb.

Seyrçiyə, tamaşaçıya, kütləyə, tarixə, ad-sana oynayanda uduzuruq. Əlimiz gətirmir.

İş görmək əvəzinə işin şəklini çəkməklə kifayətlənməyə məcbur oluruq.

Fərq etməz ki, kim hansı meydançada, hansı fırçayla, hansı boyalardan istifadə edir…

***

1982–ci ildə rayonumuza, Meğri rayon partiya komitəsinə birinci katib gəldi: Telman Dilanyan. Cavan adamıydı, 40 yaşı olmazdı.

O, İrəvandan xüsusi tapşırıqlarla göndərilmişdi.

Gələn kimi partiya aparatındakı azərbaycanlı kadrları təmizləməyə başladı.

Danışırdılar ki, Dəmirçiyan onu öz yerinə hazırlayır.

Deyilənlərə görə, Dəmirçiyanı Moskvaya aparacaqdılar.

Bu söz-söhbətin müəyyən əsasları da vardı: çünki Telman Dilanyan qısa bir müddətdən sonra yenicə yaranmış Noyemberyan rayonunun birinci katibi təyin edildi.

Oradan da o, Moskvaya, MK-nın təşkilat şöbəsinə getdi.

Bir müddət orada çalışdıqdan sonra Dilanyanı Ermənistan MK-nin kənd təsərrüfatı üzrə katibi təyin etdilər.

Bir dəfə sayıqlığını itirərək (ola da bilər ki, məqsədyönlü olaraq) rayon partiya və təsərrüfat fəallarının yığıncağında belə bir fikir söyləmişdi: “Ermənilər həmişə hər yerdə ermənidirlər. Azərbaycanlılar isə hərdənbir, müəyyən epizodlar üzrə azərbaycanlı olurlar. Özü də, istisnasız, şəxsi mənafeləri tələb edəndə…”

Tarixi düşmənçilik, kin-küdurət, mili ədavət öz yerində. Düşmənin müşahidəsi acı və dəqiq olur.

Biz çətin suallarla qarşılaşmaya bilərdik…

Previous Post

Çətin sualların asan cavabı olmur…

Next Post

Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək

Bənzər yazılar

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Elchi.az...

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

26 Sentyabr 2026 - 10:13

İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Elchi.az xəbər verir ki, bu fikriləri Prezident İlham...

Next Post

Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.