"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Valideynlərə xəbərdarlıq — Uşaqlarınızı öldürücü viruslardan qoruyun

28 Sentyabr 2017 - 12:03
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

 

Davamlı müşahidə edilən isti hava şəraitindən sonra sentyabrın sonlarında havaların qəfildən soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus infeksiyalarının yayılmasına şərait yaradır.

 Havaların soyumasından əlavə, uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlılar arasında rast gəlinməsinə imkan verir.

Elchi.az xəbər verir ki, həkim Yazgül Abdiyeva Trend-ə bildirib ki, soyuqdəymə xəstəliklərinə virus xəstəlikləri də aid edilir: “Əslində, bu viruslara böyüklər də yoluxur, amma uşaqlar yoluxmaya daha həssasdırlar. Körpə uşaqların immunitetləri formalaşmadığına görə onlar iltihaba, yoluxmaya daha çox meyilli olurlar. Virus infeksiyaları qısa zamanda onların nəfəs yollarında, selikli qişalarında tez zamanda çoxalır və iltihab törədir. Uşaq viruslara yoluxduqda, onda rinit başlayır, asqırır, burun ətrafında iltihab əmələ gəlir, maye axır. Eyni zamanda, infeksiyanın təsiri sinir sisteminə keçir, meningial əlamətlər ortaya çıxır, nəticədə seroz meningit əlamətləri yaranır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, kəskin respirator virus infeksiyasının fəsadları çox təhlükəlidir. Valideynlər uşaq xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər. Uşaqların geyimi, qidalanması mövsümə uyğun olmalıdır”.

Y.Abdiyeva əlavə edib ki, adinovirus, rinovirusa yoluxan uşaqlara normal nəzarət olunmasa və sistematik müalicə aparılmasa, uşaqda meningit yarana və o, ölə bilər.

Onun sözlərinə görə, mövsüm dəyişmələri zamanı çox rast gəlinən xəstəliklərin arasında viruslu və yoluxucu xəstəliklər üstünlük təşkil etdiyindən gigiyenaya daha ciddi riayət edilməli, xüsusilə park və bağça gəzintilərindən sonra əl yuyulmalıdır. Uşaqlarda öskürəyin vəziyyətinə xüsusilə diqqətlə yanaşılmalı, həkimə vaxtında müraciət edilməlidir. Çünki payız mövsümündə öskürəyin uşaqlarda, xüsusilə allergik uşaqlarda bronxitə çevrilməsi riski çoxdur.

Həkim hesab edir ki, belə infeksiyalara qarşı mübarizədə immuniteti gücləndirən qidalar da xüsusi rol oynayır: “Bu dövrdə yeməklərdə təbii immunitet gücləndirən qidalara üstünlük verilməlidir. Məsələn, sarımsaq immunitet gücləndiricidir və onun antioksidant xüsusiyyəti var. Zəncəfil də immunitet gücləndirir. Rəndələnmiş təzə zəncəfil, bal və limon qarışığından hazırlanmış sudan hər gün bir qaşıq içmək immunitet sistemini gücləndirir”.

Y.Abdiyeva qeyd edib ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergiyanı qıcıqlandıran faktorlar sırasındadır: “Yaz-payız aylarında allergiya problemləri kəskinləşir. Buna görə də bu dönəmdə profilaktik müalicələr aparılmalıdır. Belə müalicələr allergiyanın qarşısını alır. Lakin allergiyanın elə formaları var ki, onun nədən yarandığını təyin etmək olmur. Ümumilikdə isə allergiya iki – orqanizmin özünün problemləri səbəbindən, ya da kənardan orqanizmə təsir edən faktorlar səbəbindən yaranır. Orqanizmin özündə, məsələn, mədə-bağırsaqda, qaraciyərdə problemlərin olması allergiya yaradır. Qurd problemi də bunlardan biridir. Ona görə də allergiyanın yaranma səbəbini vaxtında təyin etmək və müalicə etmək lazımdır”.

Mütəxəssislərin hesablamalarına görə, 5 uşaqdan birində allergiyanın olduğunu deyən Y.Abdiyeva əlavə edib ki, allergiya son dövrlərdə uşaqlar arasında ən çox yayılan xəstəliklərdən birinə çevrilib: “Allergiya müalicəyə çox çətin tabe olan xəstəlikdir. Son vaxtlar allergik problemlər uşaqlar arasında həddən artıq çoxalıb. Buna iki – ekoloji və qida faktoru səbəb olur. Allergiya zamanı başlıca olaraq, allergiya yaradan faktor müəyyən edilməlidir. Allergiya qida ilə bağlıdırsa, həmin qida uşağın menyusundan çıxarılır və paralel olaraq müalicə edilir. Əgər bu müalicəyə dəqiq əməl olunarsa, əksər hallarda uşaq böyüdükcə, bu xəstəlik ötüb keçir”.

Həkimin sözlərinə görə, allergiya xəstəlik törədici mikroblara, toz, yun, spesifik iylərə, müxtəlif yabanı otlara, sitrus meyvələrinə qarşı yarana bilər: “Ümumiyyətlə, rəngi sarı olan qida maddələri allergiya yaradan faktorlar hesab olunur. Amma hamıda yox. Ona görə də biz sarı rəngli qidaları menyuda məhdudlaşdırmağa çalışırıq. Bəzən valideynlər bildirirlər ki, ev tozu və ya spesifik iylərdən də uşaqlarda allergiya yaranır. Bu halda isə vəziyyət bir az çətinləşir. Çünki toz təkcə evdə olmur”.

Previous Post

Valideynlərə xəbərdarlıq — Uşaqlarınızı öldürücü viruslardan qoruyun

Next Post

Kəskin hava şəraiti ilə bağlı “Azərişıq” gücləndirilmiş rejimdə işləyir

Bənzər yazılar

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22

Oktyabrın 14-də inzibati rəhbər vəzifələr üzrə AB və AC, inzibati icraçı vəzifələr üzrə isə BA və BB vəzifə qruplarına aid...

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

14 Oktyabr 2026 - 16:07

Avqustun 17-də elan edilmiş dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib. Müsabiqə çərçivəsində 154 dövlət orqanında mövcud olan...

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

14 Oktyabr 2026 - 15:52

Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya...

Kənd yumurtası alanlara pis xəbər

Kənd yumurtası alanlara pis xəbər

14 Oktyabr 2026 - 15:43

Kənd yumurtasının qiyməti son 1 ayda 20-30 qəpikdən 40-50 qəpiyə qədər artıb. Bəs bahalaşmaya səbəb nədir? Elchi.az xəbər verir ki,...

Next Post

Kəskin hava şəraiti ilə bağlı "Azərişıq" gücləndirilmiş rejimdə işləyir

Kəskin hava şəraiti ilə bağlı "Azərişıq" gücləndirilmiş rejimdə işləyir

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.