"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aida Bağırova: “Rusiya Suriyada Ukrayna “bazarlığına” çıxıb”

07 Oktyabr 2015 - 09:48
in XƏBƏR LENTİ
FacebookVatsap

img1494108

Bunu da oxuyun

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

“Rusiya Suriyanın Türkiyəyə yaxın ərazilərdə hərbi əməliyyatları davam etdirsə, aydındır ki, bundan əziyyət çəkən insanlar imdad yeri kimi Türkiyəyə üz tutacaq”

Rusiyanın Suriya savaşına aktiv şəkildə qoşulması Yaxın Şərqdəki durumla bağlı prosesin həm siyasi, həm də hərbi müstəvidə hərəkətliliyini daha da artırıb. Rusiya qırıcılarının Suriya ərazilərinə hava zərbələri endirməsi ilk baxışdan Əsəd rejiminə ciddi dəstəkdir. Ancaq bəzi ekspertlər məsələyə sadəcə Kremlin Əsədə dəstəyi kimi baxmağı doğru saymırlar. 

BDU-nun dosenti, Yaxın Şərq üzrə ekspert Aida Bağırova düşünür ki, Rusiyanın savaşa aktiv şəkildə qoşulmaqda bir neçə məqsədi var: “Sentyabrın 30-da Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə Rusiyanın Suriyadakı hərbi bazasında yerləşən hərbi hava qüvvələrindən istifadə haqqında müraciət etmişdi. Əsəd bu qüvvələrdən İŞİD-ə və Suriya ərazisindəki digər ekstremist qruplaşmalara qarşı istifadə edilməsini istəyirdi. Elə həmin gün Rusiya Dövlət Dumasının qərarı ilə Vladimir Putinə Suriyadakı HHQ bölmələrindən istifadə hüququ verildi. Onu da vurğulayım iki, həmin bazada Rusiyanın ən çağdaş hərbi texnikası, o sıradan SU-34, SU-24, SU-25 hərbi uçaqları yerləşdirilib. Bundan sonra dünya mediasında belə fikirlər səslənməyə başladı ki, Rusiya artıq Suriyaya müdaxilə edir və Suriya problemini çözülməsində bu və ya digər formada iştirak etmək əzmindədir.

Bildirilirdi ki, Rusiyanın hərbi uçaqlarının əsas məqsədi terrorçuların hazırlandıqları hərbi bazalarına, hərbi texnikalarına, eləcə də onların silah-sursat anbarlarına havadan hücumlar endirməkdir. Beləliklə, Rusiya uşaqları bir neçə dəfə Latakiya, Hələb, Həma əyalətlərində terrorçulara zərbələr endirdi. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada deyilirdi ki, hava hücumu zamanı Suriya ərazisindəki İŞİD qüvvələrinin, eləcə də digər terror qruplaşmalarının bir neçə bölməsi məhv edilib, onlara aid texnika və hərbi bazalar sıradan çıxarılıb, hava zərbələri heç bir halda mülki əhaliyə qarşı yönəlməyib.  Qərb mediası isə həmin günlərdə tam fərqli informasiyalar yayır, bildirirdi ki, Rusiya hərbi uçaqlarının zərbələrindən dinc əhali də ciddi ziyan çəkib, ən güclü zərbələr isə Türkiyə sərhədi boyunca yerləşən yaşayış massivlərinə dəyib. Bu olayların ardınca Rusiya prezidenti Vladimir Putin BMT Baş Assamleyasında çıxış etdi, həmin səfər çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşdü və Suriya ətrafındakı proseslərlə bağlı geniş müzakirələr aparıldı. Öncə Putin və Obamanın Suriyadakı durumun nizamlanması ilə bağlı ilkin razılaşma əldə etmələri xəbəri yayıldı. Ancaq Barak Obama görüş haqqında açıqlamasında bu xəbəri təkzib etdi. Bəllidir ki, Rusiya ilə ABŞ müxtəlif koalisiyalarda təmsil olunurlar. Obama öz açıqlamasında dedi ki, ABŞ-ın iştirak etdiyi koalisiya Rusiyanın təmsil olunduğu koalisiyadan qat-qat genişdir. Aydındır ki, bu gün hər iki düşərgə eyni məkanda güc göstərisinə çıxıblar”.

Bir sıra ekspertlər iddia edir ki, Rusiya uçaqlarının Suriyaya müdaxiləsi Əsəd qüvvələrinə ciddi dəstək olsa da, Qərb buna imkan verməklə Rusiyanı tələyə salacaq. Aida Bağırova isə düşünür ki, Rusiya öz maraqları naminə istənilən halda Suriya üçün vuruşacaqdı: “Burada iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Suriya Yaxın Şərqdə Rusiya üçün son istinad nöqtəsidir. Əgər koalisiya qüvvələri Bəşər Əsəd qüvvələrini tam sıradan çıxarsa və Rusiya  Suriyadan çıxmış olsa, bu o deməkdir ki, Rusiya Yaxın Şərqi tamamilə itirəcək. Təbii, Putin bunu da anlayır. Bu məsələdə Rusiyanın maraqları ilk növbədə Suriyanın rəsmi dairələri ilə üst-üstə düşür. Suriya savaşı başlayandan ən müxtəlif qaynaqlar Rusiya ilə İranın Əsədi dəstəklədiyi haqqında informasiyalar yayıb. Mən bu xəbərlərin mötəbərliyinə inanıram. Əgər Rusiyanın və İranın maddi, hərbi, humanitar dəstəyi olmasaydı, Əsəd rejimi bu qədər davam gətirə bilməzdi. Müxtəlif kanallar vasitəsilə ötürülən bu yardım Əsəd rejiminin dayanıqlı olmasına gətirib çıxarıb. Bundan başqa, Suriyada müxtəlif qüvvələr döyüşür. Terroristlərlə yanaşı artıq ölkədə yeni koalisiya da yaranıb. O koalisiyada təmsil olunan qüvvələri Qərb dəstəkləyir. Mən deməzdim bu yüzdə yüz dəstəkdir, ancaq görünən odur ki, dəstək var. Rusiyanın bu savaşa cəlb olunması şəraitində əks tərəfdə duran qüvvələrin gücü Bəşər Əsəd qüvvələrinə  müqavimət göstərmək üçün yetərli olmayacaq. Bu müqavimətin mümkün olması üçün onların ciddi dəstəyə ehtiyacı var”.

Yaranmış durumda beynəlxalq güclərin necə hərəkət edəcəyi də olduqca önəmlidir. A.Bağırova deyir ki, bütün hallarda Rusiyanın da müdaxiləsindən sonra Suriya savaşı sonuncu fazaya daxil olub: “Yaxın Şərq problemləri, İranın nüvə silahı ilə bağlı məsələlər, Yəməndəki proseslər, İraqdakı gərgin mübarizə, Liviya ətrafında gedən mürəkkəb proseslər Suriya məsələsini daha önə çıxarıb. Yaşananlar göstərir ki, Suriya məsələləri prioritetdir. Əslində Suriya potensialına görə qabaqcıl ərəb ölkəsi deyil, ancaq tale belə gətirib ki, Yaxın Şərqin problemlərinin açarı Suriyadadır. Ona görə də bu məsələnin çözülməsi bir tərəfdən Rusiyanın rolunu qabardır, ikinci tərəfdən Rusiya Suriyaya müdaxilə etməklə Ukrayna məsələsinə görə Qərblə çəkişməsini arxa plana keçirmək istəyir, üçüncüsü də Putin rejimi artıq Qərblə üz-üzə gəlmək məcburiyyətindədir. Rusiya  ətrafında daralan çevrədən çıxmaq üçün məqam axtarır. Buna görə də bütün diqqətini Suriya üzərində cəmləyib. Mən Suriya məsələsinin yaxın zamanlarda çözüləcəyinə inanmıram. Ancaq bu gün maraqlı tərəflərin gələcək addımlarının sanki əsası qoyulur. Məsələn, Səudiyyə Ərəbistanı Rusiya qüvvələrinin Suriya ərazisindəki müxtəlif hərbi birləşmələri bombalamasına qarşı çıxmayıb… Ölkələrin indiki duruma yanaşmaları yaxın gələcəkdə onların mövqedə duracaqları haqqında proqnozlar səsləndirməyə imkan verir. Görünən odur ki, yaxın gələcəkdə proses irəliləyəcək və prosesə müdaxilə edən qüvvələrin sayı da artacaq”.

“Bütün hallarda Suriya problemi sonuncu fazaya daxil olub”

Rusiyanın Suriyaya müdaxiləsi ilə Sovetlər Birliyinin Əfqanıstana müdaxiləsi arasında da paralellər aparılır. Ekspert düşünür ki, bəzi parametrlərə görə müqayisələr aparmaq mümkün olsa da indi tarixi şərait tamamilə fərqlidir: “Dünya həmin dönəmdə proseslərə, bütünlükdə regiona tamamilə başqa gözlə baxırdı. Əfqanıstan məsələsi “soyuq savaş” dönəmində baş verib, indi durum tam fərqlidir. Oxşar cəhət odur ki, o zaman açar ölkə rolunu Əfqanıstan, indi isə Suriya oynayır. Əfqanıstan da potensialına görə zəif dövlətdir. Ancaq strateji baxımdan çox önəmli nöqtədədir. Bu gün dəqiq söylənə bilməz ki, sabah bu məsələ kimin xeyrinə həll ediləcək”.

Oktyabrın 5-də Suriyadakı hərbi bazadan havaya qalxan Rusiya  uçaqlarının Türkiyənin hava məkanını pozması NATO-nun təcili toplanması ilə sonuclandı. NATO baş katibi Yens Stoltenberq, eləcə də Türkiyənin baş naziri Ahmet Davutoğlu durumu qəbuledilməz adlandırdırlar və olay təkrarlanarsa dərhal cavab veriləcəyini ifadə etdilər. Rusiya tərəf isə məsələni texniki problem adlandırdı. Aida Bağırova bu versiyanı inandırıcı saymır: “Mən Türkiyənin hava sərhədlərinin pozulmasının texniki problem olduğunu düşünmürəm. Bəllidir ki, Türkiyə digər koalisiyada təmsil olunur. Bu addımı ilə Rusiya dolayısı ilə Türkiyəni təhdid edir, ona öz yerini göstərməyə çalışır. Düşünürəm ki, bir məsələni də vurğulamağa ehtiyac var. Bu da ondan ibarətdir ki, Suriyada ətrafında gedən proseslərə kürd probleminə görə də xüsusi diqqət ayrılmalıdır. Artıq İraqda kürdlərin mərkəzi formalaşıb və onlar ətraf ərazilərin hesabına dövlət qurmaq iddiasındadırlar. Suriya ilə bağlı addımlar atıldıqda bu planlar gözardı edilməməlidir. Rusiyanın bölgədə uzun müddət qalması digər proseslərə də təkan verə biləcək. Bu durumda Türkiyə öz sərhədlərinin müdafiəsi, qarşılaşdığı təhdidlərin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Ola bilər, Türkiyə ərazisinə yaxın zamanlarda yeni humanitar həmlə olsun. Əgər Rusiya Suriyanın Türkiyəyə yaxın ərazilərdə hərbi əməliyyatları davam etdirsə, aydındır ki, bundan əziyyət çəkən insanlar imdad yeri kimi Türkiyəyə üz tutacaq. Rusiyanın Türkiyənin hava sərhədlərini pozmasına maraqlı tərəflərin necə reaksiya verəcəyi regiondakı proseslərlə bağlı daha real fikir bildirməyə imkan yaradacaq. Rusiyanın bu addımı atmaqda məqsədlərindən biri də Ukrayna məsələsində Qərblə al-verə getməkdir. Yəni regiondakı gedişlər çoxməqsədlidir. Ukrayna problemi yarananda mən bu prosesi görürdüm və o zaman bildirmişdim ki, Rusiya durumdan öz çıxarları üçün istifadə edəcək. Sözsüz, savaş, hərbi müdaxilələr, humanitar böhranlar həmin torpaqlarda yaşayan xalqlar üçün çox acınacaqlıdır. Ancaq bu gün dünya çapında böyük oyunlar gedir və regionda proseslərin qısa zamanda nizama düşəcəyi real görünmür”.

Aygün Muradxanlı

Previous Post

Rusiya İŞİD-in qərargahını bombaladı: 40 terrorçu öldü

Next Post

Azərbaycanda hələ belə toy karvanı görünməmişdi– FOTOSESSİYA

Bənzər yazılar

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Elchi.az "Haber Global"a...

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29

Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin...

Next Post

Azərbaycanda hələ belə toy karvanı görünməmişdi– FOTOSESSİYA

Azərbaycanda hələ belə toy karvanı görünməmişdi– FOTOSESSİYA

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.