"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Gəncədə müəllimlərin təhsilə həsr olunmamış ənənəvi konfransı

09 Sentyabr 2017 - 12:16
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Azərbaycanda   icra hakimiyyəti başçıları arasında ən qalmaqallı şəxs hesab olunan Elmar Vəliyev Gəncəyə təyinatından bu yana demək olar ki,ən iri ranqlı məmurlarla  həmişə açıq savaşlar aparır.
Yəni o, özündən yüksək vəzifə səlahiyyətləri daşıyan hər məmurun işinə birbaşa müdaxilələr edib, ölkənin ikinci böyük şəhərini istəklərinə uyğun tərzdə idarə edir.  Ümumiyyətlə, son illər Elmar Vəliyev ədalı hərəkətləri ilə daha çox təhsil naziri Mikayıl Cabbarovla problemlər yaşayır. Belə ki, icra başçısı təyinatından dərhal sonra o Gəncə şəhərindəki orta məktəblərdə də kadr islahatları aparıb, özünün şəxsən önəm verdiyi şəxsləri direktor təyin edib, bir sıra məktəb direktorunu isə vəzifəsindən özünəməxsus tərzdə qovdurub. Təbii ki, bu addımlar haqlı olaraq təhsil nazirliyi tərəfindən heç də yaxşı qarşılanmayıb və  dəfələrlə ölkə təhsilinin inkişafına xüsusi önəm verən və Prezident cənab İlham Əliyev tərəfindən bu vacib öhdəliyi çiyinlərində daşıyan Mikayıl Cabbarov məsələnin ciddiliyini bildirməklə narahatlığını bildirib ,dəfələrlə E.Vəliyevi təhsil nazirliyinin işlərinə müdaxilələrdən çəkinməyə dəvət edib. Təsadüfi deyil ki, hətta Mikayıl Cabbarov Gəncədə keçirdiyi iclaslarda nazirliyə tabe bütün qurumların yalnız təhsil nazirliyinə tabe olduğunu xatırlatmaqla icra hakimiyyətlərinin məktəblərə və digər təhsil müəssisələrinə qanunsuz müdaxilələrini pisləyib. Bütün bunlara baxmayaraq,bir çox hallarda təhsil naziri  Elmar Vəliyevin şəxsi mövqeyinə uduza-uduza gedir.

7 sentyabr 2017-ci ildə  Gəncə şəhərində  Təhsil işçilərinin ənənəvi konfransı keçirildi.Əlbəttə,əgər buna konfrans demək mümkün isə…Əslində bu konfrans təhsillə bağlı problemlərə,qabaqcıl müəllimlərin iş təcrübəsinin təbliğınə və təhsillə bağlı bir sıra aktual məsələlərə həsr olunmalıdır. Konfransda “Gəncə şəhərinin Təhsil Naziri” statusunu almış  şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev,bir vaxtlar  Məmmədəmin Rəsulzadəni təhqir edən gəncəlilər tərəfindən seçilməyən,amma “Gəncənin deputatı vəzifəsi”nə təyin olunan Naqif Həmzəyev,Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov,habelə Təhsil Nazirliyinin rəsmisi Mətin Eynullayev iştirak edirdi.Maraqlıdır ki,konfransda müzakirə obyekti təhsilin problemləri yox,Gəncə orta məktəblərində Yevlaxdakı “Lalə” tekstil fabrikinin istehsal etdiyi məktəbli formalarının satılması,şəhərin abadlaşdırılması,Gəncədə 17 sentyabrda keçiriləcək marafon yürüşü,habelə Gəncə şəhərindəki 10 saylı orta məktəbin direktoru Arzu xanımın təmtəraqlı tərifi  məsələləri olmuşdur.

O  Arzu Əliyevanın ki,  məktəbin  hər  bir  yerinə  kamera  qoydurub, məktəbə həftələrlə  gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq  gəlir) və  məktəbi  skayp  vasitəsilə  telefonla  idarə  edir.

Arzu  Əliyevanın   həyat  yoldaşı  Samux  rayonu  İcra  Hakimiyyətində İcra başçısının təsərrüfat  məsələləri üzrə  müavini  işləyir.Sabiq   icra   başçısı  Vilyam Hacıyev  həm  Arzu  Hacıyevanı,həm də onun yoldaşı    Qəzənfər adlı  şəxsi qudurganlıgına   və  biabırçı  hərəkətlərinə  görə  işdən  qovmuşdu.Lakin    Elmar Vəliyevin  Qəzənfər   adlı  şəxslə yaxın olması  ucbatından  Arzu Əliyeva  qol-qanad  açıb.Arzu Əliyeva  əvvəllər müqavilə  əsasında  təhsil  idarəsində  inspektor  işləsə  də  dövlət  qullugu imtahanından  keçməməsinə  baxmayaraq   direktor vəzifəsinə təyin olunub.

Samux  rayonunun  sabiq  icra  başçısı Vilyam Hacıyev  tərəfindən  Navağalı  qəsəbə  məktəbinin  direktoru vəzifəsindən ,eyni  zamanda  məntəqə sədrliyindən  biabırçı  şəkildə  qovulan   Əliyeva  Arzu  Şirin  qızı   Elmar Vəliyevin xeyir duası ilə  Gəncə  şəhərindəki 10 saylı  orta məktəbə  direktor  təyin  olundu.

Direktor  təyin olunan  bir  gündən Arzu Əliyeva  kollektivdə  öz kobud  hərəkətləri  və  davranışı ilə  fərqlənməyə  başladı.Ərinin,  yəni el arasında Qəzi  adı  ilə  məşhur  olan  həyat  yoldaşının  Gəncə  şəhər  İcra  Hakimiyyətinin başçısı  Elmar  Vəliyevə  yaxın  olmasından  tez-tez  istifadə edərək  heç kimdən qorxmadığını  bildirir  və  deyir ki,gedin  kimə  istiyirsiz  şikayət  edin.Bu adam qadın  olmağına  baxmayaraq  dərsə  girib  hətta anası  və   atası   yaşında  olan  müəllimlərə  belə  şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.

İndi bu konfransda Arzu Əliyeva bütün direktorlara Elmar Vəliyev tərəfindən  nümunə göstərildi. Təəssüflər olsun ki,konfransın gedişındə  Təhsil Nazirliyinin rəsmisi Mətin Eynullayev izləyici olmuş,onun prosesə heç bir müdaxiləsi olmamış və ümumiyyətlə, bu istəkdə də bulunmamışdır.Bütün bunlar Gəncə şəhərində təhsilin Elmar Vəliyev tərəfindən idarə olunmasının bir daha sübutudur.

Gəncə şəhərində şagirdlərin siniflər üzrə orta sıxlığı 22 nəfər olmalı olduğu halda, 10 saylı orta məktəbdə naməlum səbəblərdən 10-18 şagird olan siniflər müəmmalı şəkildə saxlanılır.Bu siniflərin bağlanmaması üçün məktəb rəhbərliyi həmin siniflərdə dərs deyəcək müəllimlərdən pul toplayır,lazımi yerlərə verəcəyini bildirərək maliyyə pozğunluğuna yol verərək,sinifləri bağlanmağa qoymayacağını kollektivə çatdırır.

Gəncənin orta məktəblərində məktəbli formaları məcburi şəkildə valideynlərə 80 manata satılır.Maraqlıdır,Elmar Vəliyevə məxsus olan Yevlaxdakı “Lalə” tekstil fabrikinin çox biabırçı məhsulları nədənsə,yalnız 10 saylı məktəbə iddia olunduğu kimi maya dəyərinə,yəni 60 manata verilir.Digər məktəblərin bəziləri bu formanı buradan 60 manata alıb,80 manata satır.Görəsən,cənab başçıya məxsus olan “Lalə” tekstil   fabrikinin digər məktəblərə 80 manata verdiyi  formanı, 10 saylı orta məktəbə çox uçuz verməsinin səbəbi nədir?

Bu  gün  Gəncə     “qansız   başların” meydanına  çevrilmişdir.

Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocaqları çox biabırçı bir  haldadır.Hər kəs də buna göz yumur…..

Hörmətlə,bir qrup təhsil işçisi

Aynur Qulaməli qızı Əhmədova

Abbas Lətif  oglu Məmmədov

Zahid Paşa oğlu Quliyev

İmran Əli oğlu Rüstəmov

Yusif  Əli öğlu Tağıyev

Nahidə Emin qızı İsmayılova

Aysun Qəzənfər qızı Cavadova

Şəhla İslam qızı Yusibova

Osman Vəli oğlu Quliyev.

Previous Post

Gəncədə müəllimlərin təhsilə həsr olunmamış ənənəvi konfransı

Next Post

Azərbaycanın göndərdiyi yardım Myanma müsəlmanlarına çatdırılıb

Bənzər yazılar

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49

Hamı danışır. Bəs kim dinləyir? "Bilən çox danışmır. Çox danışan çox vaxt çox bilmir." — Lao Tszi Bir dəfə qəbuluma...

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Next Post

Azərbaycanın göndərdiyi yardım Myanma müsəlmanlarına çatdırılıb

Azərbaycanın göndərdiyi yardım Myanma müsəlmanlarına çatdırılıb

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.