"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

“ÖLKƏYƏ ZƏHƏRLİ YUMURTA İDXAL EDƏ BİLƏRLƏR” – İş adamından hökumətə çağırış

23 Avqust 2017 - 13:36
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

murvet01“Avropada təsbit olunan və daha sonra dünyanın bir çox ölkələrində qeydə alınan zəhərli yumurta böhranı Azərbaycanın quşçuluq təsərrüfatlarını ciddi düşündürməlidir. Çünki bu, ölkəmizin ən ümdə prioritetlərindən olan ərzaq təhlükəsizliyi məsələsidir və əlaqədar qurumlar cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə gündəmə gətirilən bu strategiyanın həyata keçirilməsində əllərindən gələni əsirgəməməlidirlər”.

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

AzPolitika.info xəbər verir ki, iş adamı Mürvət Həsənli dünyanın bir sıra ölkələrində yayılan zəhərli yumurta böhranını şərh edərkən belə deyib.

Qeyd edək ki, son vaxtlar Belçika, Almaniya, Fransa, İtaliya, Hollandiya və digər Avropa ölkələrində bit dərmanıyla zəhərlənmiş yumurtaların istehlak bazarından yığılaraq məhv olunmasına qərar verilib və bu proses Asiyaya da yayılaraq, dünyanın 20 ölkəsi bu böhrana qarşı mübarizəyə qalxıb. Mübarizənin əsas istiqamətlərindən biri isə yumurta ixracatına məhdudiyyətlər gətirmək olub.

Mürvət Həsənli eyni siyasətin Azərbaycanda daha həssasiyyətlə yürüdülməsinin tərəfdarıdır: “Çünki 2015-ci ilə qədər ölkəmizə ən çox damazlıq yumurta satan şirkətin əsas sahibkarlarının erməni olması ortaya çıxandan sonra bir çox yerli təsərrüfatlar onunla əməkdaşlığa son qoymuşdular. Elə həmin sıralarda cənab Prezidentimizin təşviqləriylə damazlıq yumurta istehsal edən yerli damazlıq şirkətləri də yaradılmış, quşçuluq təsərrüfatlarının toxumluq tələbatını 100% ödəyəcək səviyyəyə gətirilmişdi. Azərbaycan bazarını itirdiklərini anlayan məlum erməni şirkəti əks tədbirlər görməyə başlamış, faktiki bütün dünya dövlətləri tərəfindən qadağan olunan dempinq metoduna əl atmışdır. Yəni məhsulun qiymətini maya dəyərindən aşağı salmaqla, bazardakı rəqiblərini, daha konkret desək, Azərbaycanın yerli təsərrüfatlarını sıradan çıxarmağa çalışırlar. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi proqramına, qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasına qarşı yönəlmiş addımdır”.

Yerli təsərrüfatlarımızın bir çoxunun bu erməni şirkətinin bəd niyyətini artıq anladığını və onlardan yumurta almağı dayandırdığını bildirən iş adamının dediyinə görə, hazırda yalnız “Qaraqaşlı” broyler bu əməkdaşlığı davam etdirir: “Mətbuata sızan məlumatlardan aydın olur ki, “Qaraqaşlı” broyler Türkiyədən aldığı damazlıq yumurtaları xeyli aşağı qiymətə sənədləşdirir və faktiki olaraq dövlət qurumlarını aldadır. Maraqlıdır ki, onun bu işdə əsas tərəfdaşları ermənilərdir. Çünki gömrük sənədlərindən “Qaraqaşlı”nın təchizatçısı kimi “Garanti” və “Orallar” firmaları görünür. Hər iki firma isə “Emre Piliç”dən törəmədir”.

omur-oral01

Bu iddiasına aydınlıq gətirən Mürvət Həsənlinin fikrincə, “Emre Piliç”in 3 sahibindən 2-si – Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan erməni idilər və sahiblərinin kimliyi ortaya çıxandan sonra “Emre Piliç” Azərbaycan bazarını itirməmək üçün əvvəl “Orallar”, daha sonra isə “Garanti” adıyla işini davam etdirdi. Yaradılan yeni şirkətlərin sahibləri kimi başqa adlar göstərilirsə də, “Emre-Pliç”-in digər əsas idarəçiləri “Orallar”da və “Garanti”də görünməyə başladılar. Bu fakt həmin şirkətlərin törəmə olduqlarını təsdiqləyir”.

Azərbaycana damazlıq yumurtanın təkcə Türkiyədən deyil, həmçinin “zəhərli yumurta” böhranının yayıldığını etiraf edən Avropa ölkələrindən də gətirildiyini bildirən iş adamı, bu tendensiyaya göz yumularsa, ölkə insanlarımızın səhhətinin ciddi risk altına düşəcəyini vurğuladı. O, həmçinin bu yaxınlarda iqtisadçı ekspert Elçin Quliyevin məsələylə bağlı şərhini oxuduğunu, şərhdə çox ciddi məsələlərin gündəmə gətirildiyini və həmin iddialarla razılaşdığını da gizlətmədi: “Ekspert öz şərhində “Orallar” şirkətinin dempinq siyasətilə zəhərli yumurta böhranı arasında maraqlı əlaqə qurub. E.Qurbanovun fikrincə, bir çox təsərrüfatlar üçün məhv edilməsi nəzərdə tutulan zəhərli yumurtaları maya dəyərindən qat-qat aşağı qiymətə satılması da sərfəlidir. Mümkündür ki, Azərbaycana idxal olunan məhsullar həmin zəhərli yumurtalardır. Şirkətin sahibkarlarının erməni olması bu dempinq siyasətinin həm də təxribat məqsədi daşıya biləcəyi ehtimalına yol açır”.

Zəhərli yumurta və toyuqların insan sağlamlığına tədricən zərər vurduğunu vurğulayan iş adamının fikrincə, bu məqam erməni bədxahlarımızın işinə yaraya bilər:“Bütün bunları nəzərə alan müvafiq qurumlar ölkə əhalisinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün ixrac yumurtaları ciddi yoxlanışdan keçirməlidir”.

Previous Post

“ÖLKƏYƏ ZƏHƏRLİ YUMURTA İDXAL EDƏ BİLƏRLƏR” – İş adamından hökumətə çağırış

Next Post

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi – 14 min

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi - 14 min

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi - 14 min

Son xəbərlər

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.