Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub. |
Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.
Qeyd edək ki, avqustun 18-də, saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü, Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb.



















Son şərhlər