"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı – “kartlar” açılır…

19 Avqust 2017 - 11:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

Postsovet məkanının ən üzücü münaqişəsində xarici xəfiyyə izi; “Dağlıq Qarabağda ”seçkiləri” izləmək üçün alman radikal siyasətçilərinin Xankəndinə səfərini Rusiya xüsusi xidməti təşkil edib” – Qərb nəşri; fakt təsdiqini tapsa, Bakıdan nota gələ bilər; Soçi görüşünün daha bir mühüm detalı…

Dağlıq Qarabağ probleminin artıq beynəlxalq səviyyəli bir məsələyə çevrilməsi gerçəkdir. Əfsuslar olsun ki, bu, münaqişənin həllinin tezləşməsinə yox, əksinə, daha da uzanmasına xidmət etməkdədir. Xüsusən də vasitəçi qismində özünü göstərən qonşu Rusiyanın konfliktə münasibətdə illərdir sərgilədiyi “balanslı” siyasət problemi beynəlxalq hüquq çərçivəsində həllini müşkülə çevirib.

***

Bu arada Almaniya xüsusi xidmət orqanları Qarabağ məsələsinə, Azərbaycan-Rusiya münasibətlərinə təsir edə biləcək sensasion iddia ilə çıxış edib (Virtualaz.org). Belə ki, alman xəfiyyəsi bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ” partiyasının Moskva ilə əməkdaşlıq etdiyini üz çıxarıb. Bu barədə “Die Zeit” qəzetinin məqaləsində deyilir.
Məlumata görə, partiya nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet ölkələrindəki separatçı ərazilərdə keçirilən “seçkilərdəki” müşahidə missiyalarının tərkibində yer alıblar. “Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik donu geydirmək olub. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib” – qəzet qeyd edib.

Nəşrin yazdığına görə, hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlindəki Avrasiya Araşdırmaları Mərkəzi oynayıb. Mərkəz 2016-cı ildə sağ radikal təmayüllü “Zuerst!” qəzetinin baş redaktoru Manuel Oksenrayter və “Almaniya üçün alternativ” partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb.

Related image

Oksenrayter artıq illərdir “Almaniya üçün alternativ” partiyasından olan deputatların Donbass, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir. 2014-cü ildən başlayaraq həmin partiyadan azı 11 deputat keçmiş sovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdə” müşahidə missiyalarının tərkibində iştirak ediblər. Bununla da Rusiyanın həmin bölgələrlə bağlı mübahisəli siyasətinə beynəlxalq legitimlik donu geyindirməyə çalışıblar.

Həmin səfərlər yerlərdəki “rusiyayönümlü hakimiyyətlər” və ya Kremlönümlü QHT-lər tərəfindən maliyyələşdirilib. Rusiyanın bu missiyasında əsas rollardan birini oynayan Berlindəki Avrasiya araşdırmaları mərkəzinin əsasını qoyanlardan Mateuş Piskorskidir. Ötən il onu Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar. Almaniya xüsusi xidmət orqanlarına daxil olan məlumata görə, Piskorski tərəfindən Krıma təşkil edilmiş ən azı, bir səfəri Rusiya xüsusi xidmət orqanları koordinasiya edib və ən azından ona ciddi təsir göstərib. Kəşfiyyat bu qənaətə gəlib ki, Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir və onlar populist məqsədlərlə çıxış edərək Rusiya ilə yaxşı əlaqələrə çağırırlar.

***

Əslində Rusiyanın sırf öz imperiya maraqlarından çıxış edərək, postsovet məkanındakı separatçı rejimlərə, separatçılara, o sırada Dağlıq Qarabağdakı qondarma quruma hüzn-rəğbət bəsləməsi yeni deyil. Onlara altdan-altdan rəsmi səviyyədə dəstək verilməsi də təzə məsələ sayılmaz. Zatən, problemin on illərdir uzanmasının əsas səbəblərindən biri budur.
Elə təkcə bu faktı xatırlatmaq yetər: bir neçə ay öncə Moskvada Rusiya ermənilərinin lideri Ara Abramyanın 60 illik yubileyinə prezident Vladimir Putin öz mətbuat katibi Dmitri Peskovu və xarici işlər naziri, atası erməni Sergey Lavrovu (Kələntərovu) göndərmişdi. Həmin tədbirə isə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmış, Rusiya rəsmiləri ilə qədəh toqquşdurmuşdu.

Yeri gəlmişkən, Saakyanın özü birbaşa Rusiya xüsusi xidmətlərinə sıx bağlı adam sayılır. Nahaq yerə, o, “Kremlin tulası” ayamasını daşımır. Bu da faktdır ki, Rusiyanın siyasi isteblişmentində, o cümlədən xarici siyasət strukturlarında, aparıcı elektron və yazılı KİV-lərində ermənilər əməllicə kök sala biliblər. Lavrovu və Saakyanı dedik. Hətta illərdir Rusiyanın İrandakı səfiri də (Levan Caqaryan) ermənidir və az öncə Putinin birbaşa dəstəklədiyi “Şimal-cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxmışdı.

Bu yaxınlarda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi də xeyli dərəcədə erməni faktoru ilə əlaqələndirilir. Təsadüfi deyil ki, ötən ay Soçidə Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı ilə qapalı görüşündə əsas müzakirə mövzularından biri məhz erməni lobbisinin iki ölkə münasibətlərini pozmaq cəhdləri ilə bağı olub.

Image result for Ümumrusiya Azərbaycanlıları Konqresi

Bu xüsusda Azərbaycanı dövlət başçısının aşağıdakı fikri xüsusi diqqət çəkmişdi: “Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətindəki qüvvələri, o sırada Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri və bəzi beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir”.

“Bu gün Rusiyadakı erməni lobbisi dünyadakı ən güclü lobbilərdəndir. Hakimiyyətin siyasətinə təsir edən erməni lobbisi hazırda Kremldə at oynadır. Hətta bu gün İranda Rusiya səfirliyinin başında erməni durur”. Bunu isə politoloq Hüseynli Rusiya xarici siyasətinə erməni amilinin təsirindən danışarkən Axar.az-a deyib.

Image result for Kreml

Lakin Azərbaycanın Rusiya üçün strateji cəhətdən daha əhəmiyyətli olduğunu vurğulayan politoloq hesab edir ki, əgər Moskva öz maraqlarının gedişində dayansa, onda Azərbaycana daha böyük önəm verməlidir. “Ancaq hələ ki, Rusiyadan bu istiqamətdə ciddi addımların şahidi ola bilmirik. Bu kontekstdə Ermənistanın Rusiya təsirindən qopacağı və kremlin Azərbaycana yatırım edəcəyi hələ dumanlıdır. Çünki Rusiyanın özündə bir çox şey qeyri-müəyyəndir, hakimiyyətin müxtəlif qolları arasında ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər nəticəsində ölkənin xarici siyasətində ermənipərəst qüvvələr üstünlük təşkil edir”, – deyə o əlavə edib.

***

Sözsüz ki, Qarabağdakı qanunsuz seçkilərin avropalı siyasətçilər tərəfindən müşahidə edilməsinin təşkilində Rusiyadakı erməni lobbisinin də danılmaz rolu var. Lakin söhbət ən əvvəl Rusiya xüsusi xidmət orqanlarından getdiyindən, fakt öz təsdiqini taparsa, üç paytaxt (Berlin, Moskva, Bakı) qalmaqal da yarada bilər.

Mümkündür ki, rəsmi Bakı buna müvafiq nota ilə reaksiya versin. Ən azı o səbəbə ki, belə bir fakt konfliktin nizamlanmasında Rusiyanın qərəzsiz vasitəçi rolu ilə bir araya sığmır və Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq əlaqələrinə kölgə salır. Gözləyək görək, rəsmi Kremldən alman nəşrinin yazısı ilə bağlı hansısa izahat gələcəkmi?

Previous Post

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı – “kartlar” açılır…

Next Post

Məktəbli formaları alan valideynlər necə aldadılır? – VİDEO

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post

Məktəbli formaları alan valideynlər necə aldadılır? - VİDEO

Məktəbli formaları alan valideynlər necə aldadılır? - VİDEO

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.