"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Əli Həsənov “Gelandewagen” qəzasında ölən şəxsin ailəsinə baş çəkdi

11 Avqust 2017 - 13:44
in aktual-banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib.

 Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər…

74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı, daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.

Bunu da oxuyun

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Tariximizin qəhrəmanlıq səhifəsi

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Soraqlayıb Vaqif Əsədovun yaşadığı evi tapırıq. Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi “qonaqsınız, keçin içəri, amma biz müsahibə verməyəcəyik”, – deyir.

Elchi.az xəbər verir ki, bu barədə  Meydan TV-yə mərhumun ailəsi danışıb. İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl “Ölkə.Az”a atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:

“Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiniz. Heç bilmirəm ünvanımızı haradan alırsınız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik”.

Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.

“Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib, gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur – red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar”, – böyük qardaş əsəbi şəkildə deyinir.

Bu zaman bacısı da ona dəstək verir: “Əli Həsənov gəldi, nə suallarımız vardı, verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördünüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov “əlimlə nəvəmi aparıb polisə təslim etdim”, – dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?”

Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına “əsəbiləşirəm, çox danışma”, – deyir.

Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir: “Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq”.

Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir: “İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq…”

Previous Post

Əli Həsənov “Gelandewagen” qəzasında ölən şəxsin ailəsinə baş çəkdi

Next Post

Paytaxtda ağır yol qəzası – ölən və yaralananlar var

Bənzər yazılar

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki,...

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib ki, son beş il ərzində Avropa İttifaqında...

Next Post

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Son xəbərlər

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

17 Sentyabr 2026 - 11:47
İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

17 Sentyabr 2026 - 11:40
Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

17 Sentyabr 2026 - 11:31
Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

17 Sentyabr 2026 - 11:23
Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

17 Sentyabr 2026 - 11:14
Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

17 Sentyabr 2026 - 11:06
Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

17 Sentyabr 2026 - 10:55
Elmi nailiyyət: qismən insan, qismən siçan beyni yaradılıb

Elmi nailiyyət: qismən insan, qismən siçan beyni yaradılıb

17 Sentyabr 2026 - 10:48
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin iclas iştirakçılarına müraciət etdi

17 Sentyabr 2026 - 10:41
ABŞ Baş Qərargah rəisi: “Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq”

ABŞ Baş Qərargah rəisi: “Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq”

17 Sentyabr 2026 - 10:37
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

17 Sentyabr 2026 - 10:29
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

17 Sentyabr 2026 - 10:20
NASA-nın kosmik aparatı Ayda nəhəng yeni krater aşkar edib

NASA-nın kosmik aparatı Ayda nəhəng yeni krater aşkar edib

17 Sentyabr 2026 - 10:15
Sabahın hava proqnozu açıqlanıb

Bəzi yerlərdə yağış yağıb, duman olub – FAKTİKİ HAVA

17 Sentyabr 2026 - 10:06
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

17 Sentyabr 2026 - 09:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.