"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

12 il cəza alan MTN zabitinə qarşı 6 milyonluq tələb

03 Avqust 2017 - 12:43
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

12 il həbs cəzası alan MTN zabitindən pullarını ala bilməyən sahibkarlar yenidən məhkəməyə üz tutublar. Onlar mülki iddialarının təmin edilməsini istəyirlər.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun hökmündən zərərçəkmişlər və mülki iddiaçılar apelyasiya şikayəti veriblər.

Cinayət işində zərərçəkmiş və mülki iddiaçı kimi tanınan Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.

Bildirək ki, Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib.

MTN zabitinə hökm oxuyan məhkəmə hökmündə bildirmişdi ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin edilmir.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar hökmün ləğv edilməsini və Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsi tərəflərin şikayətini araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmə əsasən zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib.

Məhkəmə belə qənaətə gəlib ki, rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.(Musavat.com)

Previous Post

12 il cəza alan MTN zabitinə qarşı 6 milyonluq tələb

Next Post

Yaponiya hökuməti istefaya getdi

Bənzər yazılar

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, Baş prokuror...

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

09 Oktyabr 2026 - 09:58

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində görüş keçiriblər. Bu...

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Next Post

Yaponiya hökuməti istefaya getdi

Yaponiya hökuməti istefaya getdi

Son xəbərlər

NASA Ayda gizli yeraltı mağarası axtarır

NASA Ayda gizli yeraltı mağarası axtarır

09 Oktyabr 2026 - 12:01
Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

09 Oktyabr 2026 - 11:40
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43
Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

09 Oktyabr 2026 - 10:40
Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

09 Oktyabr 2026 - 10:38
Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

09 Oktyabr 2026 - 10:32
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

09 Oktyabr 2026 - 10:29
Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

09 Oktyabr 2026 - 10:16
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

09 Oktyabr 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.