
Özbəkistanın sabiq prezidentinin böyük qızı Gülnarə Kərimova respublikanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu ona qarşı 2015-ci ildə ittiham irəli sürüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Prokurorluğun məlumatına əsasən, iki cinayət işi üzrə dövlətə vurulan zərərin ümumi miqdarı təxminən 2 milyard dollara yaxındır. Özbəkistan, həmçinin Gülnarənin daxil olduğu cinayətkar qrupun 12 ölkədəki 1,5 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə müraciət edib.(azvision.az)



















Son şərhlər