
Emin Ağalarov Bakıda keçirilən növbəti “Jara” festivalına ABŞ prezidenti Donald Trampı da dəvət etmək istəyir. Bunu Ağalarov “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
O qeyd edib ki, festival maliyyə baxımından gəlir gətirməsə də, o bura xərclənən pullara görə heyfsilənmir: “Sanki insanları öz evində Yeni İl şənliyinə dəvət edirsən. Festival mənə məxsus özəl ərazidə – mənim otel kompleksi tikmək istədiyim “Sea Breeze”-də keçirildiyindən festival, həmçinin dolayısı yolla mənim ərazi üçün reklam platformasıdır. Üstəgəl biz “Jara” telekanalının da yayımına başlamışıq”. (azvision.az)



















Son şərhlər