"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ

Şirvanda hərbi zavod istifadəyə verildi – FOTOLAR

23 İyun 2017 - 12:06
in SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

Bunu da oxuyun

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Elchi.az xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ – qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Eyni zamanda, partlayıcı maddələrlə işləyənlər müvafiq kurs keçərək xüsusi sertifikat alıblar. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.

Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.




Previous Post

Şirvanda hərbi zavod istifadəyə verildi – FOTOLAR

Next Post

Kosta-Rikanın XİN rəhbər Bakıya gəlib

Bənzər yazılar

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

25 Noyabr 2026 - 16:37

Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan...

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

25 Noyabr 2026 - 16:06

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan litvalı həmkarı Kestutis Budris ilə görüşüb. Bu barədə Elchi.az-a...

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

25 Noyabr 2026 - 13:51

Azərbaycan və Litva XİN rəhbərləri daha geniş coğrafiyada olan prosesləri müzakirə edib. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər...

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür

25 Noyabr 2026 - 13:18

Bu gün iki ölkənin münasibətlərində növbəti tarixi gündür. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın...

Next Post

Kosta-Rikanın XİN rəhbər Bakıya gəlib

Kosta-Rikanın XİN rəhbər Bakıya gəlib

Son xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

25 Noyabr 2026 - 23:36
Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

25 Noyabr 2026 - 23:29
Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

25 Noyabr 2026 - 23:25
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 - 22:00
İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

25 Noyabr 2026 - 20:05
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

25 Noyabr 2026 - 20:03
İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

25 Noyabr 2026 - 20:00
Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

25 Noyabr 2026 - 19:57
Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

25 Noyabr 2026 - 19:29
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib

25 Noyabr 2026 - 19:20
Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

25 Noyabr 2026 - 19:13
Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

25 Noyabr 2026 - 19:00
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

25 Noyabr 2026 - 18:55
Bakıda 28 istiqamətdə sıxlıq var

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 - 18:43
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.