"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Hansı daha şərəflidir – “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?

21 İyun 2017 - 20:56
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

<font color=red><b>Hansı daha şərəflidir - “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?</b></font>Dövlət siyasətini şantaj edənlərə cavab

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Elçin Mirzəbəyli

Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başladılan proses və bu müstəvidə hər kəsə bəlli olan meyarlar çərçivəsində kütləvi informasiya vasitələri təmsilçilərinin mənzillə təmin edilməsinin tarixçəsi haqqında yazmayacağam. Bu, hər kəsin gözü qarşısında baş verib. Gözlər isə müxtəlif görmə qabiliyyətinə malikdirlər. Düzü əyri, əyrini düz, yaxud ikisini birində görənlər də var. Təbii ki, hər şey göz sahibinin kimliyindən asılıdır.
Amma ortalıqda bir reallıq var:
Azərbaycan Prezidentinin Milli Mətbuatın inkişafına, kütləvi informasiya vasitələrinə və onların təmsilçilərinə verdiyi açıq və ardıcıl dəstək…
Bu dəstəyin səbəbi nədir? Nə üçün Azərbaycan Prezidenti bütün dünyada iqtisadi problemlərin yaşandığı, ölkədə iqtisadi islahatların həyata keçirilməsi üçün maliyyə resurslarına ehtiyac duyulduğu bir zamanda, medianın və media təmsilçilərinin problemlərinə bu qədər həssas yanaşır, kütləvi informasiya vasitələrinin öz ayaqları üstə möhkəm dayanması və inkişafı üçün əlindən gələni əsirgəmir? Prezidentin və onun təmsil etdiyi Azərbaycan dövlətinin media qarşısında belə bir öhdəliyi varmı? Təbii ki, yoxdur!
Bu gün “jurnalsitlərə ev verilməsi”, “kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi” kimi az qala hər kəsin alışdığı təqdimatların alt qatında, dərinliyində yatan amillər bəzilərinin öz bəsit dünyagörüşlərinə uyğun şəkildə yozduğu kimi sadə deyil. Azərbaycan dövləti Milli Mətbuatın inkişafı və ölkənin informasiya təhlükəsizliyini təmin edilməsi ilə bağlı bu gün göz önündə olan qənaətə olduqca mürəkkəb və ziddiyyətli proseslərdən keçərək gəlib.
Gəlib ki, Azərbaycan mediası xarici faktorlardan asılı olmasın. Azərbaycan jurnalisti ölkəmizin informasiya məkanını öz nəzarətində saxlamaq və ehtiyac duyulduğu zaman kəsiyində cəmiyyəti xaosa, qarşıdurmaya, təslimçiliyə sürükləmək məqsədi güdən, təməlində erməni fitnəsindən başlayaraq miskin korporativ maraqlara qədər bütün iyrəncliklərin yer aldığı xarici donor təşkilatların aşağılayıcı lütfündən asılı olmasın… Azərbaycan mediası və jurnalisti yalnız öz dövlətinin qarşısında məsuliyyət daşısın, yalnız öz dövlətindən gözləntisi olsun, gözü onun-bunun əlində, cibində qalmasın…
İndi bəzi ağzıgöyçəklər böhtan və yalan püskürməkdən genişlənmiş ağızlarını büzməyə cəhd göstərib “dövlət niyə jurnalistə ev versin ki”, yaxud “ nə üçün kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirsin ki…” deyirlərsə, bu artıq onların problemidir. Çünki bu hay-küyün, qaraqışqırığın arxasında çirkli ətəklərdən kəsilmiş çirkli əllər dayanır. Maraqlıqdır, necə olur ki, çeşidli adlar altında fəaliyyət göstərən, ayrı-ayrı dövlətlərin, yaxud transmilli korparasiyaların örtülü büdcəsindən maliyyələşən “donor təşkilatları”ndan, çirkli ciblərdən, çirkli əllərdən şantajla, misli görünməmiş həyasızlıqla alınan vəsaitlər hesabına bahalı mənzil və avtomobil almaq, bağ evi inşa etmək, zövq və səfa içində yaşamaq qüsur sayılmır, amma dövlətin hər kəsin gözü qarşısında, açıq və şəffaf bir şəraitdə konkret layihələrə ayirdığı vəsaitlər hesabına kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını gücləndirmək, dövlətdən mənzil almaq peşə prinsiplərinin satılması kimi dəyərləndirilir? Kim kimə satılıb, hörmətsiz reketlər, peşəkar şantajçılar, qrant dəllalları və ovçuları? Hansı daha şərəflidir, sizin təbirinizcə desək, “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?
…Jurnalistlər üçün inşa edilən mənzillərin bölgüsü ilə bağlı komissiya yarandığı gündən sosial şəbəkələrdə paylaşılan statusları, yayımlanan yazıları, açıqlamaları oxuyuram. Az qala hər kəs bu mövzudan yazır – uzaqdan-yaxından media ilə əlaqəsi olan da, olmayan da… Hər kəsin öz meyarı, öz ölçüsü var. Azərbaycan mətbuatının inkişafında sözün əsl mənasında xudmətləri olan, peşəkar, istedadlı, qürurlu, ləyaqətli media təmsilçiləri isə əsasən bu mövzudan yan keçməyə çalışırlar. Çünki bu dedi-qodu kampaniyalarında iştirak etmək üçün nə vaxtları var, nə də həvəsləri…
Mənzil bölgüsü ilə bağlı meyarlar elan olunub, sənəd qəbulu ilə bağlı vaxt başa çatır. Komissiyanın qarşısında gərgin bir iş prosesi dayanır. Mənzillər isə elan olunan meyarlar və təqdim olunan sənədlərin bu meyarlara nə dərəcədə uyğun həlib-gəlmədiyi ciddi şəkildə araşdırıldıqdan sonra veriləcək. Mənşəyi bəlli olmayan, şantaj xarakterli “sorğular”da yer alan siyahı əsasında yox…

Onun siyahısı var…

Sosial şəbəkələrdə və internet mediada paylaşılan-yayımlanan “haqqım var”, yaxud “haqqı var” status-yazışmaların, fərdi və qrup maraqlarından doğan atışma və çatışmaların arasında diqqət çəkən məqamlardan biri də harada və necə keçirildiyi bəlli olmayan “sorğu” nəticəsində açıqlanan “siyahı” ilə bağlı oldu… Əvəz Zeynallı “siyahısını” açıqladı… Həm də bəlağətli ziddiyyətlərlə dolu bir girişdən sonra… Bu ziddiyyətlərin bir hissəsi ilə bağlı fikirlərimi əsaslandırdığım üçün təkrarçılığa yol vermək istəmirəm.
Əvəz Zeynallı iddia edir ki, 100 nəfər arasında sorğu keçirib və mənzil almağa “haqqı çatan” 72 nəfərin “siyahısını” müəyyənləşdirib. Əcəb statistikadır… 28 nəfər də əlavə etsəydi, yəni bir az da üz vursaydı 100-ə 100 vuracaqdı. Amma olmaz. Peşəkar şantajçılığın öz qaydaları var. Həm də qızıl-qırmızı… İnandırıcı olmalıdır. Ona görə də adı Mətbuat Şurasının “qara siyahı”nda bərq vuran adamların adını peşəkar və peşə prinsiplərinə əməl edən jurnalistlərin sırasında elə paylaşdırmaq lazımdır ki, gözə sıçramasın…
Əvəz Zeynallının təqdimatında maraqlı bir məqam da var: Adam heç sahibi Markın belə həqiqliyinə təminat vermədiyi profillərin yer aldığı sosial şəbəkədə keçirilən “sorğu”ya istinad edir, fərqli düşünən, fərqli mövqe sərgiləyən mütləq çoxluğu susdurmaq üçün şantaşçılığın ən incə detallarına əl atır və sonra da deyir ki, “məsuliyyət təbii ki, jurnalistlərin adlarını çəkib onların evə haqqı olduğunu iddia edənlərin və təqdimatçıların boynuna düşür”. Əgər sən “sorğu”nun həqiqiliyinə və obyektivliyinə əmin deyilsənsə və məsuliyyəti kimliyi bəlli olmayan “facebook” profillərinin üzərinə qoyursansa, o zaman yazdığın bu sicilləmə nədir?
Əvəz Zeynallı yazır ki, onun “siyahısı”nda yer alan jurnalistlərin bir çoxunu bütün Azərbaycan tanıyır: “Onlar bu haqqdan kənarda qalsalar, ölkə rəhbərliyi bu evi paylamaqdakı əsas hədəfinə və məqsədinə çatmayacaq”. Doğrudur, adları Əvəz Zeynallının “siyahı”sında yer alan jurnalistlərin arasında imzaları kifayət qədər tanınan jurnalistlər də var. Bu da daha öncə qeyd etdiyim kimi, “siyahı” ətrafında obyektivlik çəmbəri yaratmaq məqsədi daşıyır. Lakin Əvəz Zeynallının “siyahı”sında elə adamlar var ki, onları Azərbaycanın bütün bölgələrində tanıyırlar. Amma imzalarını yox, üzlərini…
Nəticəsi bəlli olmayan, açıqlanmayan bir prosesi öncədən şübhə altına almaq, adları ictimailəşdirilən şəxslərin mənzillə təmin edilməyəcəyi təqdirdə dövlətin əsas hədəflərinə və məqsədlərinə çatmayacağını” iddia etmək isə açıq-aşkar şantajdır və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu humanist aksiyanın gözdən salınmasına xidmət edir.

P.S. Hər şey mənzildən başlayır. Yol da, həyat da, bu gün də, gələcək də… Mənzildən yol alıb mənzilə varırıq. Dövlətin hər kəsə açıq olan meyarlar əsasında qələmiylə azad sözün, ictimai maraqların keşiyində dayanan insanları mənzillə təmin etməsi onların ən böyük qayğıdan azad edilməsi, yeni mənzildə yeni həyata başlamaları üçün verilən böyük bir şans deməkdir. Xeyirli-uğurlu olsun!

P.P.S. Əvəz Zeynallının məlum yazısında və şübhə etmirəm ki, obyektiv görünmək naminə yer alan yeganə doğru yanaşma Elxan Şükürlünün açıqlamasında yer alıb:
“Öz dövlətini sevən və onun daha yaxşı olmasını istəyən, öz abrını-həyasını qoruyaraq çalışan, nəfsinə-tamahına yox deyə bilən, fəaliyyətində şantajdan, reketçilikdən, oğurluqdan uzaq duran xeyli qabiliyyətli jurnalistimiz var ki, dövlət, həqiqətən, onlara sahib çıxmalı, ən azından, ehtiyacdan gedib məcburən xarici təsirə düşməmələri üçün tədbirlər görməlidir”. Tamamilə doğrudur. Yazının əvvəlində də qeyd etdiyim kimi, KİV layihələrinin maliyyələşdirilməsi, jurnalsitlərin mənzillə təmin edilməsi Azərbaycan dövlətinin öz mediasına sahiblənmək, arxa durmaq, onu və ölkənin informasiya mühitini xarici təsrlərdən qorumaq niyyətindən qaynaqlanır. Bu niyyətə isə dəstək vermək və təqdir etmək lazımdır.

Previous Post

Hansı daha şərəflidir – “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?

Next Post

Bu il fitrə zəkatının həcmi nə qədər oldu? – QMİ-dən CAVAB

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB

Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.