"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Avroparlamentin qətnaməsi Azərbaycan-AB danışıqlarını ləngidə bilər – əndişə

19 İyun 2017 - 09:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Bəxtiyar Sadıqov: “Avropa Parlamenti bu cür qərarlar verməkdə davam edəcək”; Əhəd Məmmədli: “Qətnamə istənilən halda Azərbaycanın imicinə ziyandır”

Bunu da oxuyun

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

Avropa Parlamentində jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qəbul edilən sərt qətnamə ətrafındakı müzakirələr səngimək bilmir. Hər keçən gün məsələ ətrafında yaranan müzakirələr böyüyür. Hakimiyyət dairələrindən qətnaməyə sərt etirazların şahidi oluruq.

Bu qətnamənin Azərbaycanla Avropa Birliyi arasında gedən və son aylarda intensivləşən danışıqlara ciddi zərbə vuracağı, danışıqları bir növ qeyri-müəyyən vaxta qədər ləngidəcəyi bildirilir. Xüsusilə, Donald Trampın gəlişindən sonra Amerika başda olmaqla Qərb ölkələrinin Azərbaycan tipli dövlətlərə qarşı münasibətlərinin yaxşıya dəyişdiyi barədə deyilənlərin əhəmiyyətini qətnamənin yox etdiyi vurğulanır. Trampın “heç bir dövlətin daxili işlərinə qarışmayacağıq” sözləri ilə bu qətnamənin üst-üstə düşmədiyi qeyd olunur. Belə bir qərarın Bakı ilə münasibətlərə zərbə vuracağı istisna olunmur.

Image result for Bəxtiyar Sadıqov

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov Avropa Parlamentinin məsələləri araşdırmadan ölkəmizə yönəlik qəbul etdiyi bu cür qərəzli qərarların ilk olmadığını bildirdi: “Azərbaycanın müstəqil siyasət yürütməsi, daim öz maraqlarını öndə tutması müxtəlif qurumları narahat edir. Avropanın və Avropa Parlamentinin Azərbaycanla bağlı öz maraqları və gözləntiləri var. Amma Azərbaycan o danışıqlarda əvvəlcə öz maraqlarını təmin edir, sonradan saziş bağlanır, hər iki tərəfin maraqlarını təmin edən münasibətlər qurulur. Avropa Parlamentinin bu qərarı Azərbaycan gerçəkliyinə uyğun deyil. Əgər bu beynəlxalq qurum insan haqlarını bu qədər yüksəkdə tutursa, o zaman niyə erməni girovluğunda olan Dilqəm və Şahbaz barədə belə bir qərar qəbul etmir? Əfqan Muxtarlı qanunsuz sərhədi keçib, amma onlar öz ata-baba yurdlarına gediblər. Heç bir dövlət sərhədi pozmadan bunu ediblər. Əgər sən jurnalistlərin hüquqlarını belə həvəslə qoruyursansa, yüzdən çox jurnalist Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkib. Hər işğal olunan rayonda redaksiyalar, radio verilişləri var idi. Onlar öz sevimli peşələrindən ayrı düşdülər, çadır şəhərciyində yaşamalı oldular. Orada da qəzet çıxarmaq mümkün deyil. Nəinki bunların mülkiyyət, yaşayış yeri seçmək hüququ pozuldu, üstəlik, onların jurnalist peşələri ilə məşğul olmaq hüquqları pozuldu. Niyə bəs bundan narahat olmursunuz? Düşünürəm ki, Avropa Parlamenti bu cür qərarlar qəbul etməkdə davam edəcək. Çünki orada da Azərbaycana qarşı münasibətdə ikitirəlik var. Səsvermə vaxtı orada Azərbaycanı istəyənlərin olduğu müşahidə olunub. Ölkəmizin bu məsələdə haqlı mövqeyini müdafiə edənlər var. Bizi istəməyənlər də var ki, bir bəhanə gəzirlər ölkəmizə təzyiq etmək üçün. Diqqət yetirsək, görə bilərik ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinə qədər öz umacaqlarını almaq üçün çalışırlar ki, bu tipli qərarlar qəbul etsinlər. Amma bundan zərrə qədər narahat deyilik. Biz bərabərhüquqlu, qarışıqlı maraqlara əsaslanan münasibətin tərəfdarıyıq. Daim də buna doğru getmişik. ABŞ-Azərbaycan münasibətlərinə bu qərarın zərrəcə təsir edəcəyini düşünmürəm. ABŞ-ın Avropa və Avropa Parlamentinə təsiri daha çoxdur, nəinki əksi. Tramp özünəməxsus bir siyasətçidir. O heç vaxt nəzərə almayacaq ki, hansısa bir qurum şübhəli olan bir qərar Azərbaycana qarşı qəbul edib. Ona görə Azərbaycanla münasibətlərə yenidən baxacağını, belə qərarların danışıqlara təsir edəcəyini güman etmirəm. Hesab edirəm ki, Avropa Parlamenti dəfələrlə belə qərarlar qəbul edib, sonra yenidən danışıqlar olub. Prezidentimizin qətiyyətli mövqeyi onları öz qərarlarına yenidən baxmağa sövq edib. Bu dəfə də belə olacaq. Azərbaycan heç bir beynəlxalq qurum və təşkilatdan asılı deyil. Ölkəmizin əsas tutduğu prinsip öz maraqları əsasında bütün beynəlxalq qurum və dövlətlərlə münasibətləri nizama salmaq, bunun da əsasında münasibətləri davam etdirməkdir”.

Image result for Politoloq Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli Azərbaycan-Qərb münasibətlərindəki əməkdaşlığın davam edəcəyini düşünür: “İllərdir sərtliyində bir az çox, bir az da az olan belə qətnamələr çox görmüşük. Sirr deyil ki, Azərbaycan hakimiyyəti ən sıx əməkdaşlığı Qərblə edir. Ən böyük neft layihələri, hərbi koalisiyalarda iştirak Qərb ölkələri ilə edilib, bu yöndə əməkdaşlıq yenə də davam edəcək. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə gəldikdə isə, bunun Tramp personası ilə heç bir aidiyyəti yoxdur. Tramp hələ namizəd olan vaxtdan deyib ki, əsas işi ölkəsinin mənafeyi olacaq. Bu da o deməkdir ki, ABŞ Azərbaycanla münasibətlərini nəinki saxlayacaq, əksinə daha isti edəcək. Avropa ölkələri isə Trampın Ağ Evə gəlişindən sonra, Amerikaya əvvəlki kimi güvənmirlər. Avropa artıq həm məcbur qalıb, həm də sərf edəndə bilərəkdən ABŞ-dan daha müstəqil siyasət aparmağa başlayacaq. Bir də ki Avropa ölkələrinin nə siyasi, nə də iqtisadi baxımından Azərbaycana böyük təsiri yoxdur. Azərbaycana ən böyük təsiri olan Qərb ölkələri ABŞ və Böyük Britaniyadır. Bu dövlətlərin də Avropa Parlamentinin son qətnaməsinə heç bir aidiyyəti yoxdur. Ona görə Azərbaycan üçün vacibi ABŞ və İngiltərə ilə əməkdaşlığı, tərəfdaşlığı davam etdirməkdir. Bu cür qətnamə istənilən halda Azərbaycanın imicinə ziyandır. Bir tərəfdən YAP iqtidarı milyonlarla müxtəlif layihələrə Avropa ölkələrində pul xərcləyir, o biri tərəfdən də Avropadan bu cür sərt qətnamələr gəlir. Rəsmi Bakı müxalifətin zəifliyindən istifadə edib müxalifəti boğmamalıdır. Əgər hakimiyyət Avropadan gələn maliyyədən ehtiyat edirsə, buyursun bütün sivil ölkələrdə olduğu kimi, dövlətdən müxalif partiyalar üçün büdcə ayırsın, müxalif partiyalara normal yerlərdə normal qərargahlar versin. Azdan-çoxdan normal yer sayılan ”Məhsul stadionu”nda müxalifətə mitinq yeri ayırdı, dünya dağılmadı ki. Yəni dediklərim odur ki, XXI əsrdə bütün sivil ölkələrdə olduğu kimi, müxalifət üçün normal şərait Azərbaycanda da yaradılsa, Avropa Parlamenti də Azərbaycanın imicinə ciddi ziyan vuran bu cür xoşagəlməz qətnamələri qəbul etməkdən vaz keçər”.

Previous Post

Avroparlamentin qətnaməsi Azərbaycan-AB danışıqlarını ləngidə bilər – əndişə

Next Post

Bakıda mənzil bazarında qiymətlər necədir?

Bənzər yazılar

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Zirə" futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib....

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53

İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərarı ləğv etməsə, Böyük Britaniya İsrailin 27 diplomatını...

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48

Hörmüz boğazında mayeləşdirilmiş qaz (LPG) daşıyan gəmi hədəfə alınıb. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, Hörmüz boğazının daxilinə doğru hərəkət...

Next Post

Bakıda mənzil bazarında qiymətlər necədir?

Bakıda mənzil bazarında qiymətlər necədir?

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.