"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Moskva və Ankaradan Bakıya müharibə zəmanəti – centlmen anlaşma? 

03 İyun 2017 - 10:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Qərb Putini sıxışdırdıqca Türkiyə və Azərbaycanın Kreml üçün önəmi artır; ortaq əməkdaşlıq və “güc nümayişi” üçün ən uğurlu platforma isə Cənubi Qafqaz, Qarabağdır…

Bunu da oxuyun

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Rusiya ilə ABŞ başda olmaqla, Qərb arasında münasibətlər gərgin olaraq qalır. Donald Trampın prezident seçiləcəyi ilə sanksiyaların götürüləcəyinə böyük ümidlər bəsləyən Moskvanın hesablamaları özünü doğrultmadı. Tramp vəd etdiyini yapa bilmədi, buna nəinki Amerikanın “dərin dövlət”i imkan vermədi, üstəlik, Ağ Evin yeni başçısının özünü belə, bu dəqiqə baş qaldırmağa qoymurlar və hətta onun impiçment məsələsi gündəmə gəlməkdədir.
Doğrudur, Tramp Avropanın aparıcı dövlətləri – Almaniya və Fransa ilə də münasibətlərə kölgə salmağa başlayıb. Ancaq Rusiyaya münasibətdə Qərbin ortaq yanaşması dəyişməz qalır – sanksiyalar tezliklə götürülməyəcək. Bu xüsusda ABŞ prezidenti həmçinin deyib ki, Rusiya Krıma görə cavab verməlidir.

*****

Ötən həftə prezident Vladimir Putinin Fransaya etdiyi səfər və yeni prezident Emmanuel Makronla apardığı danışıqlar isə Kreml başçısını daha məyus ovqata kökləmiş oldu. Rəsmi Moskvanın Fransanın yeni rəhbərliyindən gözləntiləri də fiasko oldu. Putin Makrondan heç bir pozitiv vəd, kömək ala bilmədi.

Image result for Baku

Bu harasıdır, bəzi siyasi təhlilçilər Rusiya-Qərb münasibətləri kontekstində Moskvaya daha qaranlıq gələcək vəd edirlər. Onların qənaətincə, nə qədər ki, V.Putin hakimiyyətdədir, Rusiyaya ABŞ və Avropanın (Avropa Birliyinin) münasibəti kardinal şəkildə yaxşıya dəyişməyəcək.
“Qərb liderləri Krımın anneksiyası və Donbas savaşından sonra Rusiya Prezidenti Vladimir Putinin üzərindən xətt çəkiblər”. Bunu jurnalistlərə açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib (Axar.az). “Onlar anlayırlar ki, bu insanla danışmaq artıq mümkünsüzdür. Putini aradan götürəcəklər. Əsas məsələ bunun necə və nə zaman baş verəcəyidir. Putinin hakimiyyətdən getmə prosesindən bütün ruslar əziyyət çəkəcəklər”, – deyə o iddia edib.
Doğrudur, hələ ki Putinin ölkə daxilində reytinqi Krımın ilhaqına görə kifayət qədər yüksəkdir. Lakin o da faktdır ki, Rusiyanın ərazisi 2014-cü ildə Ukrayna ərazisi hesabına böyüsə də, əhalisinin durumu ilbəil pisləşir. Səbəb təkcə neftin ucuzlaşması deyil, həm də Qərbin üç ildir davam edən maliyyə-iqtisadi sanksiyalarıdır.

Image result for putin krim
Rəsmi Moskva bu sanksiyaların təsirini nə qədər azaldıb görməzlikdən gəlməyə çalışsa da, ölkə iqtisadiyyatında tənəzzül prosesi davam etməkdədir. Rusiya rəhbərliyinin sanksiyaları aradan götürmək üçün Qərb ölkələri arasında parçalanma yaratmağa yönəlik səyləri artırmasının əsas motivi də budur – iqtisadi tənəzzül, əhalinin güzəranının aybaay pisləşməsi. Kremldə hətta Rusiya daxilində “rəngli inqilab”ın baş verəcəyindən dolayı narahatlıq yaşanmağa başlayıb.
*****
Yaranmış siyasi pat vəziyyətində Rusiya üçün xüsusilə də Türkiyə ilə münasibətlərin önəmi sövq-təbii artıb. Həm də o səbəbə ki, qardaş ölkənin özünün də PKK, Suriya məsələləri ilə bağlı Avropa və ABŞ-la münasibətlərində hazırda gərginlik yaşanmaqdadır. Yəni ilk baxışda iki dövlətin bir-birinə ehtiyacı artmış kimi görünür.

Image result for “S 400" raket sistemlərini
Maraqlıdır ki, Parisdən “əliboş” qayıdan Putin dərhal Ankaraya “S 400″ raket sistemlərini verməyə hazır olduğunu bəyan edib. Putin bu xüsusda deyib: «S-400» raket sistemlərinin nələrə qadir olduğunu həm rus, həm də türk nümayəndələr yaxşı bilirlər”. Bu sözləri Rusiya lideri Hindistan baş naziri Narenda Modi ilə görüşündən sonra keçirilən mətbuat konfransı zamanı söyləyib.
“S-400″ sistemlərini hələ ki ölkə xaricində istehsal etməmişik. Bu gün Hindistan baş naziri ilə «S-400»ü necə və hansı şərtlər daxilində istehsal edəcəyimizi müzakirə etdik. Çox böyük hazırlıq lazımdır. Lakin mümkünsüz heç nə yoxdur. Modern silahların xaricə satılması mövzusuna yenidən qayıdacağıq”, – Rusiya dövlət başçısı bildirib.
Bu sözsüz ki, Qərbə ilk növbədə onun mesajıdır ki, Rusiya heç də təklənməyib və onun Türkiyə, Hindistan kimi yeni strateji, iqtisadi, hərbi-texniki tərəfdaşları var. Lakin strateji tərəfdaşlıq ikitərəfli anlayışdır. Konkret olaraq, Türkiyəyə gəlincə, qardaş ölkənin Rusiyadan Güney Qafqazla bağlı da gözləntiləri var və o sıraya həmçinin Dağlıq Qarabağ konfliktinin həlli daxildir.
*****

Image result for kreml
İndi nə qədər deyilsə də ki Cənubi Qafqazda Ankara və Moskvanın maraqları toqquşur, burada iki dövlətin uzlaşma nöqtələri də kifayət qədərdir. Biri elə Qarabağ məsələsində əməkdaşlıq. Məsələ ondadır ki, böyük müharibə variantında Türkiyə və Rusiyanın ona qoşulması və bir-biri ilə üz-üzə gəlmək riski var. Bu isə əlaqələri yüksəliş dövrünü yaşayan Moskva və Ankaraya sərf eləmir. Qalır əməkdaşlıq variantı.
Son vaxtlar Qarabağ münaqişəsi zonasında hərbi toqquşma riskinin xeyli artması, status-kvonun həddən artıq həssas duruma gəlməsi ən əvvəl bu iki regional supergücü təcili ortaq uzlaşma nöqtələri tapmaq zorunda qoyur. Tapılacaqmı? Sualın cavabı sözsüz ki, daha çox Kremldən, Putindən asılıdır. Çünki işğalçı Ermənistana, İrəvana ən böyük təsir imkanları hələ ki ondadır.
Məsələ də ondadır ki, Dağlıq Qarabağ məsələsi Türkiyə ilə Rusiya arasında gündəliyin ortaq mövzusu ola və yaxşı mənada ilk presedent kimi tarixə düşə bilər. Hətta mümkündür ki, bundan ötrü Rusiya və Türkiyə gizli bir centlmen anlaşmasına uyğun şəkildə, problemin həllində irəliləyiş naminə Bakıya müharibə zəmanəti də versin. Söhbət ötənilki 4 günlük aprel müharibəsinin daha geniş miqyasda təkrarlanması və işğalçı tərəfə sülhə gəlmək üçün daha ağrılı qulaqburması verməkdən gedir.

Previous Post

Moskva və Ankaradan Bakıya müharibə zəmanəti – centlmen anlaşma? 

Next Post

Azərbaycanda şagirdlərin illik xərci artırılır

Bənzər yazılar

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00

Bu gün Beynəlxalq Tərcüməçilər günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da...

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az- a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib....

Next Post

Azərbaycanda şagirdlərin illik xərci artırılır

Azərbaycanda şagirdlərin illik xərci artırılır

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.