"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İrana qarşı böyük koalisiya – sərhədimizdə savaş təhlükəsi 

24 May 2017 - 10:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Tramp İranla İŞİD-i eyniləşdirməsi böyük müharibə anonsudur?; politoloq: “Hər halda İrana müdaxilə asan olmayacaq”

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Mayın 22-də Təl-Əvivə səfər edən ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb müzakirələr apardıqdan sonra jurnalistlərə açıqlamasında İran İslam Respublikasının region ölkələrinə qarşı təhdidindən və Qərblə Tehran arasında əldə edilən nüvə sazişindən danışıb.
Tramp bildirib ki, İran hökuməti özünün bölgədə yürütdüyü təxribat xarakterli siyasəti ilə bütün Orta Şərqi təhlükə ilə üz-üzə qoyub: “İran, İŞİD-lə yanaşı, bölgənin sülh və sabitliyinə qarşı ciddi bir təhdiddir. Bu gün, bölgənin hər yerində İranın ayaq izlərini görmək mümkündür. İran bölgədə münaqişə baş verən yerlərə pul və silah, eləcə də öz hərbçilərini göndərməklə məntəqəyə açıq-aşkar müdaxilə edir və bu siyasətini hələ də davam etdirir. Elə buna görə də hesab edirəm ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır. (GünAzTV)
ABŞ lideri Qərblə İran arasında əldə edilmiş nüvə sazişindən bəhs edərkən deyib ki, bu razılaşma ən pis və ən dəhşətli bir sazişdir. “Təəssüflər olsun ki, bu saziş (Bərcam) hazırda İran İslam Respublikasını çökməkdən qurtaran bir ipə çevrilib. Düşünürəm ki, Amerika bu sazişi qəbul etməməli, ona qol çəkməməli idi”-Tramp əlavə edib.
İsrailin baş naziri Benyamin Netanyahu görüş zamanı Vaşinqtonun İranla bağlı siyasətini dəyişib Tehran qarşısında daha sərt mövqe nümayiş etdirdiyinə görə Amerika prezidentinə öz təşəkkürünü bildirib. Bu fakt da sübut edir ki, əslində Trampın Səudiyyə Ərəbistanındakı İransız zirvəyə qatılması əslində Tehrana qarşı koalisiyanın qurulması istiqamətində ilk addım olub.
Qərb mətbuatı da ABŞ liderinin səfərlərinə diqqət çəkib. Hesab olunur ki, Tramp Əl-Riyaddakı çıxışında müharibənin dinlər və sivilizasiyalar arasında getmədiyini söyləsə də, əslində sünnilər və şiələr arasındakı münaqişənin üstünə yağ tökməklə məşğuldur. “Bu isə İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsini daha da artırır”, – yazı müəlliflərindən biri bildirib. Artıq Tramp Obama dövründə ABŞ-İran münaisbətlərində gərginliyin azalması, danışıqlar dövrünə qədəm qoyulması, sanksiyaların ləğvi istiqamətində addmların atılmasının yanlışlığını isbat etməyə başlayıb və İranın adını İŞİD-lə yanaşı çəkir. Bu isə o deməkdir ki, ABŞ İŞİD-ə qarşı mübarizənin effektli alınmamasının günahını İranın üzərinə qoymaqla həm də Suriyadakı İran müqaviməsinə birdəfəlik son vermək qərarına gəlib.
Politoloq Arzu Nağıyev bu barədə “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin regiona səfəri öncə seçkiqabağı verdiyi vədlərlə əlaqədar terrorla mübarizə ilə bağlıdır: “Yəni terrorun mənbəyi kimi Ərəb dövlətlərini və İranı hesab edən ABŞ rəhbəri İsraillə və Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaş olduğunu göstərir. Bundan başqa, dəyəri milyardlarla ölçülən silah satışı ilə bağlı müqavilə imzaladı. Burada da ilginc məqam ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə İranın gərgin münasibətindən və İran faktorundan istifadə etməklə region silahlanır və bu silahların gələcəkdə kim tərəfdən istifadəsi də maraqlı məsələdir”. Ekspert qeyd etdi ki, bu addımlarla ABŞ eyni zamanda Rusiyanın regionda olan silah və sursatına qarşı da balans yaradır: “İran rəsmiləri də çox yaxşı başa düşürlər ki, Suriya məsələsindən sonra ikinci planı kimi İran gündəmdə ola bilər. İran-İsrail münasibətlərində, həmçinin İran-Səudiyyə Ərəbistanı münasibətlərində olan gərginlik İrana daha çox Rusiya və digər dövlətlər istiqamətində meylli addımlar atılmalı olduğunu göstərir. İrandakı prezident seçkilərindən sonra onun xarici siyasətdə hər hansı bir dəyişiklik olacağı da inandırıcı deyil. Yəni bu səfər heç də müharibə anonsu demək deyil, sadəcə olaraq nüfuz bölgüsü üçün atılan addımlardır”.
Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, İran Yaxın Şərqdə ABŞ-ın nəzarətində olmayan sonuncu ölkədir: “Əslində Yaxın Şərqdə indiyədək baş verən bütün müharibələri İrana aparan yolun üzərindəki maneələr kimi qiymətləndirə bilərik. ABŞ-ın ehtimal olunan müdaxiləsi zamanı məzhəb müstəvisində və digər motivlərə görə İrana dəstək verə biləcək bütün ölkələr – Əfqanıstan, İraq, Suriya, Liviya sıradan çıxarılıb. Bölgədə yalnız İranın enerji resursları ABŞ-ın nəzarətində deyil. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın zamanlara kimi lExxon Mobil» kimi nəhəng neft şirkətinə rəhbərlik edib. Trampın administrasiyasındakı generallar İrana patoloji nifrət bəsləyən şəxslərdir. Məsələn, indiki müdafiə naziri Cim Mettis və prezidentin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinn Obama zamanında MKİ şefi Ceyms Kleooerin təqdimatı ilə vəzifələrindən azad olunublar. Səbəb isə onların İranla bağlı aqressiv təşəbbüsləri olub. Maykl Flin 2016-cı ildə işıq üzü görən kitabında yazır ki, 11 sentyabr hadisələrindən sonra hədəf İraq deyil, İran seçilməliydi. Xatırladım ki, bu ilin yanvarın 31-dən 2-dək Ərəb (Fars) körfəzində ABŞ, Böyük Britaniya, Avstraliya və Fransanın iştirakı ilə keçirilən təlimlərin süjet xətti İranla bağlı idi. Bu isə öz növbəsində ABŞ-ın İranın ram edilməsi ilə bağlı niyyətinin real olduğunu göstərir”. E.Mirzəbəylinin sözlərinə görə, son hadisələr sübuta yetirir ki, Tramp İrana qarşı kampaniyaya hazırlaşır və anti-İran koalisiyası formalaşdırmağa çalışır: “Rusiyaya qarşı nisbətən loyal münasibətin də arxasında çox güman ki, Moskvanın bu kampaniyadakı neytrallığının təmin edilməsi ilə bağlıdır. Maraqlıdır ki, İran sərt gedişlər etməkdən çəkinir. Həsən Ruhaninin yenidən prezident seçilməsi və təbii ki, bu kontekstdə rejimin mühafizəkar kursdan imtina etməsi də dediklərimizi təsdiqləyir. Bu həm də onu sübuta yetirir ki, rəsmi Tehran məsələnin ciddiliyinin fərqindədir və müdaxiləyə bəhanə verməmək üçün səylərini davam etdirəcək. İrana qarşı müharibə ehtimalı var, həm də kifayət qədərdir. Ər-Riyad zirvəsi və verilən bəyanatlar, eləcə də Trampın İsrailə səfəri Vaşinqtonun məqsədinin ciddiliyini nümayiş etdirir. Sadəcə proses müəyyən qədər vaxt apara bilər. Azərbaycana gəldikdə isə nəinki biz, hətta Türkiyə kimi regionun böyük dövlətləri belə qlobal geosiyasi proseslərin axarını dəyişdirmək imkanında deyilık. Təhdidlər isə bütün region dövlətləri üçün var. Ən təhlükəli ssenarilərdən biri ABŞ-ın İraq və Suriyada olduğu kimi İran kampaniyasında da kürdlərdən istifadə etməsi ola bilər. Hər halda İrana müdaxilə İraq və Suriyadakı kimi asan olmayacaq”.

Previous Post

İrana qarşı böyük koalisiya – sərhədimizdə savaş təhlükəsi 

Next Post

“First Lady” Trampın əlini yenə tutmadı

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

“First Lady” Trampın əlini yenə tutmadı

“First Lady” Trampın əlini yenə tutmadı

Son xəbərlər

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26
Prezident Ladislau-Marius Vizeri təltif etdi

Prezident Ladislau-Marius Vizeri təltif etdi

03 Oktyabr 2026 - 10:16
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

03 Oktyabr 2026 - 10:12
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.