EN RU

XİN diplomat arvadının oğurluqda ittiham edilməsinə münasibət bildirdi: “Təxribat ola bilər”

>

Bunu da oxuyun

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin ABŞ-dakı səfirliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşının oğurluqda ittiham edilməsinə münasibət bildirib.

XİN-nin mətbuat katibi Hikmət Hacızadə AzNews.az-a açıqlamasında bəyan edib ki, Nazirlik məsələ barədə xəbərdardır: Anlaşılmaz məqamlar var. Bu məqamlar araşdırılmalıdır. Burada təxribat elementlərinin olması istisna deyil.

ABŞ-ın gündəlik nəşrlərindən biri “Daily News” Azərbaycanın bu ölkədəki səfirliyinin birinci katibi Fərid Cəbrayılovun 29 yaşlı həyat yoldaşı Mehriban Cəbrayılovanın Nyu-Yorkda yerləşən mağazalardan birindən 188 dollar dəyərində əşya oğurlamağa cəhd edərkən mühafizəçilər tərəfindən yaxalandığını iddia edir.

 

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com