"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

“Erməni soyqırımı” haqqında həqiqətlər – XX əsrin ən böyük yalanı

24 Aprel 2017 - 17:49
in DÜNYA
FacebookVatsap

“Erməni soyqırımı” haqqında həqiqətlər -

Bunu da oxuyun

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

Reyqan: “Ermənilər 2 milyon türkü öldürüb. Dünya Türkiyədən üzr istəyəcək”
XX əsrin ən böyük yalanlarından biri qondarma erməni soyqırımıdır. Hadisələrin üzərindən 1 əsrdən çox vaxt keçməsinə baxmayaraq, ermənilər hələ də bu uydurmadan istifadə edib Türkiyədən pul və torpaq (Ərzurum, Bitlis, Sivas, Van, Elazığ, Diyarbəkr və Qars) qoparmaq niyyətindədirlər. Amma 1915-ci ildə ermənilər Osmanlı ərazilərindən xarici ölkəyə sürgün edilmədilər. Şərqi Anadoludan Osmanlı imperiyasının tərkibində olan Suriyaya köçürüldülər.
1915-ci il hadisələrinin araşdırılması ilə məşğul olan fransız tarixçi Maksim Qain həqiqətlərin üzə çıxarılması üçün erməni arxivlərinə girə bilmədiyini deyir. Qain qeyd edib ki, dəfələrlə bununla bağlı Ermənistana müraciət etsə də cavab ala bilməyib: “Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün əlindən gələni etdi. İndi növbə Ermənistan hökumətinindir. Amma nə vaxt ABŞ və Ermənistandakı erməni arxivlərinə girmək istəsəm bu, mümkün olmadı. Türk arxivlərində isə belə bir problem yoxdur”.
“Ermənilər arxivlərinə girməyə icazə vermədilər”
İrland tarixçi Patrik Valşa görə, 1915-ci ildə Türkiyədə baş verən hadisələr bütün millətlər üçün problemlər yaradıb: “Həmin dönəmdə baş verən ağır hadisələr xristianlar və müsəlmanlar üçün faciələr yaşatdı. Amma bunlar soyqırım deyildi. Belə hadisələrin kökündə Rusiya kimi böyük güclərin dayandığını hər kəs bilir. Ermənilər həmin vaxt ittifaq dövlətlərinin təsiri altında ayağa qalxdılar və məqsədləri erməni dəvləti qurmaq idi. Ermənilər Osmanlıda dövlət qura bilməzdilər. Çünki onlar XX əsrin əvvəllərində Şərqi Anadoluda yaşayan azsaylı etnik qrup idi, sadəcə, ittifaq dövlətlərinə arxalanıb “qumar” oynadılar.
Əsrin əvvəllərində Rusiya ilə yanaşı İngiltərə də bölgədə qeyri-sabit vəziyyətin yaranması üçün bir sıra addımlar atdı. Almaniyanı məğlub etmək istəyən İngiltərənin 1907-ci ildə Rusiya ilə imzaladığı anlaşma bütün bölgəyə mənfi təsir etdi. Nəticədə Rusiyanın Osmanlı ərazilərinə girişinə “yaşıl işıq” yandırıldı. Ermənilər fürsətdən istifadə edərək, Osmanlı ərazilərində öz dövlətlərini yaratmaq üçün ayağa qalxdılar. Beləliklə, Osmanlı hökuməti separatizmlə məşğul olan erməniləri imperiya torpaqlarından çıxarmaq məcburiyyətində qaldı”. “Erməni üsyanı” adlı kitabın və 1915-ci il hadisələri ilə bağlı bir sıra araşdırma yazılarının müəllifi Patrik Valş da türk arxivlərinə girmək üçün Türkiyədən icazə aldığı halda ermənilərin ona əngəl olduqlarını deyir.
Türk hökuməti ermənilərlə danışmağa cəhd etdi, amma…
Osmanlının I Dünya Müharibəsində Rusiyaya qarşı əks qütbdə dayandığını fürsətə çevirən ermənilər müstəqil Ermənistan dövləti qurmaq üçün ruslarla işbirliyinə girdilər. Rus ordusu Şərqi Anadolunu işğal edəndə ermənilər bu məqsədlə işğalçılara dəstək verdilər. Osmanlı ordusunda xidmət edən erməni zabit və əsgərlər də rusların sıralarına qatıldılar. Ermənilərin qurduğu birliklər təxribat törədərək Osmanlı ordusunun hərəkətinə mane olurdu. Yaranmış qarışıqlıqdan istifadə edən erməni qruplaşmaları işğal etdikləri ərazilərdə mülki insanlara qarşı qətliam törətməyə başladılar.
Osmanlı hökuməti bu təxribatların qarşısını almaq üçün ermənilərin təmsilçiləri ilə təmaslara keçdi və onları razı salmağa çalışdı, amma bu, baş tutmadı. Kaliforniya Universitetinin professoru Luis Nalbandyan “283 Hərəkatı” adlı kitabında Osmanlının müharibəyə qatılmasının erməni cəmiyyətlərinin məqsədlərini reallaşdırmaları və bu məqsədlə genişmiqyaslı üsyana başlamaları üçün ideal fürsət yaratdığını yazır. Ermənilər Osmanlıya verdikləri vədlərin heç birini yerlərinə yetirmədilər, əksinə xəbərdarlıqların əksinə gedərək separatçı fəaliyyətlərini davam etdirdilər.
Osmanlıya Tiflisdə qazılan “quyu”
1914-cü ildə Osmanlı yetkililəri Ərzurumda ermənilərlə görüşdü. Ermənilər bu görüşdə Osmanlı ordusunda xidmətlərini yerinə yetirəcəkləri vədlərini verdilər, müharibəyə başlayanadək vədlərinədən qaçmadılar. Amma müharibə başlayan kimi ittifaq dövlətlərinin (Rusiya, İngiltərə, Fransa və s.) Osmanlıya hücumuyla ermənilər də işğalçılara dəstək verdilər. Şalkosyan bu haqda “Qırmızı” adlı kitabına yazır: “Eçmiədzin katalikosu və Qafqazın qubernatoru Daşkov Şərqi Anadoluda ermənilər arasında təbliğat işini gücləndirmişdi. Daşkov onlar erməni dövləti vədini verdi və müharibədə Rusiyanı dəstəkləmələrini istədi. Katalikos daha sonra Tiflisdə Rusiya çarı ilə görüşdü və Osmanlı ərazilərində erməni dövlətinin yaradılması məsələsini müzakirə etdi”.
Tiflis görüşündən sonra ermənilər tərəddüd etmədən Rusiyanın bütün şərtlərini qəbul edib Osmanlıya qarşı savaşa başladılar. Erməni Daşnak Cəmiyyəti Osmanlı ərazisindəki erməni komitələrinə təlimat göndərdi. Təlimatda deyilirdi: “Rusiya ordusu sərhədləri keçən kimi Osmalı ərazilərində yaşayan ermənilər üsyana başlasınlar. Bu vəziyyətdə Osmanlı ordusu bir neçə cəbhəyə qarşı döyüşmək məcburiyyətində qalacaq. Əgər Osmanlı ordusu güclü müqavimət göstərsə, ermənilər yerlərini və silahlarını buraxıb Rusiya tərəfinə keçsinlər”.
Azərbaycanla bağlı təlimat
Digər erməni təşkilatı “Haşnax”ın cəmiyyətlərə göndərdiyi təlimatda isə bu qeyd vardı: “Ermənilər xüsusilə, Rusiyaya dəstək verərək bütün gücləriylə Ermənistan, Kilikiya, Qafqaz və Azərbaycanda qalibiyyəti qarantiyaya almaq üçün bütün şərtlər daxilində müttəfiq dövlətlərinə dəstək verəcəklər”. Osmanlı parlamentinin üzvü Papazyan isə verdiyi elanda Qafqazdakı fədai qruplarının hazır vəziyyətdə olduğunu, Şərqi Anadoluda ermənilərin yaşadığı ərazilərin işğal edilməsi üçün rus ordusuna yardım edəcəklərini deyirdi. Bu təlimatlara cavab olaraq rus ordusunun Osmanlı ərazilərinə girməsiylə mülki ermənilər və türk ordusunda xidmət edən ermənilər qruplaşmalar yaradaraq işğalçı ordunun sıralarına qatıldılar. Beləliklə, ermənilər missioner məktəbləri və kilsələrdə gizlətdikləri silahları çıxarıb Osmanlıya qarşı qiyama başladılar. Rusların Osmanlını işğal etmələrini asanlaşdırmaq üçün bütün təxribatlara əl atdılar. Mülki əhaliyə qarşı hücuma keçmişdilər. Ermənilər törətdikləri kütləvi qətliamlarda təkcə türkləri yox, silahsız yunan və yəhudiləri də öldürürdülər. Erməni işgəncələri o qədər çirkin vəziyyətə çatmışdı ki, rus komandanlığı bundan narahat oldu, nəticədə erməni qruplaşma və birləşmələrini arxa cəbhəyə göndərdi.
Soyqırıma pul xərcləyən Rusiya
Trabzon, Hakkari və digər bölgələrdə yaşayan yüzlərlə yəhudi, minlərlə yunan ermənilər tərəfindən qətlə yetirilmişdi. Türk şəhər və kəndlərinə hücum edən erməni birliklərinin birinin başında “Əgər erməni dövlətinin qurulmasına əngəl olurlarsa, türklərin uşaqlarını da öldürə bilərsiniz”, deyən Osmanlı parlamentinin üzvü Ambarsum Boyacıyan da vardı. 1915-ci ilin 24 mayında ABŞ-da nəşr olunan “Çaşnak” adlı erməni qəzetində Vanda 1.500 türkün öldürülməsindən fəxrlə danışılırdı. J.Əsəd Uras “Erməni və tarixdə erməni problemi” kitabında Daşnak Cəmiyyətinin 1915-ci ildə Tiflisdə keçirdiyi konfransda ermənilərin silahlanması və üsyana hazırlaşdırılması üçün Rusiyanın 234 900 rubl xərclədiyini yazır. Ermənilərin separatçı və işğalçılıq fəaliyyəti Osmanlı hökumətini cavab vermək məcburiyyətində qaldı. Hökumət aprelin 1915-ci ilin aprelin 24-də dövlətə qarşı cinayət törətmiş 235 erməni cəmiyyətinin rəhbərini həbs etdirdi. Bir neçə minə qədər separatçılıqla məşğul olmuş erməni Osmanlının tərkibində olan Suriyaya köçürüldü.
Erməni təxribatları xarici kəşfiyyat hesabatlarında
Rusiya həmin vaxt erməniləri Osmanlıya qarşı qızışdıran yeganə dövlət deyildi. Fransa da ermənilərdən istifadə edib. Həmin dönəmdə fransız ordusunda kifayət qədər erməni hərbçisi vardı. Alman kəşfiyyatının hesabatına görə, 592 Osmanlı ermənisi və 11.854 digər ölkələrdən olan ermənilər, ümumilikdə 12.446 erməni fransız ordusuna yer almışdı. Fransa ilə yanaşı İngiltərə də türk ərazilərinə ordu çıxardıqdan sonra İskəndərunda erməni qruplaşmalarını silahlandırdı və maliyyə yardımı ayırdı. 1914-cü ildə İngiltərənin Qahirədəki diplomatı N.Çetçam Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Osmanlı ilə anlaşmaqdan imtina edən Kilikiya, Adana və digər bölgələrdə yaşayan ermənilərin silah yardımı ayrılacağı halda Osmanlıya qarşı döyüşən müttəfiqlərin ordularına girə biləcəklərini yazır. Avstriya-Macarıstan imperiyasının Trabzondakı konsulu Moriz 1914-cü ilin 30 yanvar tarixli hesabatında bildirirdi ki, ruslar ermənilərə hərəkətə keçirəcəklər, bu məqsədlə çoxlu pul xərcləyirlər, gizli şəkildə erməniləri silahlandırırlar və erməni qiyamının başlamasına vasitəçilik edirlər. İmperiyanın İstanbuldakı hərbi attaşesi Jozef Pomianovski də bu iddiaları təsdiq edirdi.
Osmanlı hökumətinin əmri
Osmanlı hökuməti köçürüləcək ermənilərə hazırlaşmaları üçün bir həftə vaxt vermişdi. Dövlət tərəfindən ermənilərin mühafizəsi də təşkil edilmişdi. Türk hökuməti 1915-ci ilin aprelin 29-da vilayətlərə göndərdiyi təlimatnamələrdə köçlə bağlı bu əmri vardı: “Yalnız dövlətə qarşı çıxmış separatçı ünsürlər və erməni dövləti yaratmaq iddiasında olanlar təyin edilmiş məntəqələrə göndərilsin. Köçürülən ermənilərin həyati təhlükəsizliyi təmin edilsin və şəxsi əşyalarına toxunulmasın. Əvvəl də qeyd edildiyi kimi əsgər ailələri, sənətkar, protestant və katolik ermənilərin köçürülməməsi hökumət tərəfindən razılaşdırılıb. Köç edənlərə hücum və zorakılıq edənlər cəzalandırılsın. Həmin şəxslər hərbi məhkəmələrə təhvil verilməlidir”.
Bir müddətdən sonra isə türk hökuməti tərəfindən verilən qərarda isə geri qayıtmaq istəyən ermənilərə təzyiqlərin edilməməsi əmri verilmişdi. Köçün son dərəcə diqqətli tətbiq edilməsini göstərən ən əhəmiyyətli sənədlərdən biri ABŞ-ın Mərsin konsulu Edvard Natanın 1915-ci ilin sentyabrın 11-nə aid hesabatıdır. Natan sənəddə Hələbə minlərlə erməninin göndərildiyini, Tarsusdan Adanaya qədər olan yolun üzərində erməni karvanının uzandığını, Adanadan sonra hərəkətin biletlə davam edildiyini və hökumətin bu işdə həssas davrandığını yazır.
Erməni generalın etirafı
Erməni köçü barədə uydurulan yalanlardan biri də köçürülmüş ermənilərin sayları ilə bağlıdır. Ermənilər bu rəqəmin 2 milyona yaxın olduğunu bildirirlər. Osmanlı sənədlərində isə bu, 450 mindir. Erməni general Boqos Nübarın 1918-ci ildə Fransa Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda 600 min erməninin köçürüldüyünü deyir. Erməni patriarxının hazırladığı sənəddə isə bu rəqəm 644.900 nəfərdir. Sənədlərdə Suriyaya göndərilmiş 450 min nəfərin hamısının öldüyü qeyd olunmur, onların müəyyən qismi həlak olmuşdu. Hökumət köç edənlərin bütün ehtiyaclarını ödəsə də ağır müharibə, daxili qarşıdurmalar, quldur dəstələri, aclıq və yolxucu xəstəliklərə görə ermənilərin bir hissəsi həyatını itirdi. Paris Sülh Konfransında işirak edən erməni nümayəndə heyətinin başçısı Boqos Nübar həmin tarixdə Türkiyədə 280 min erməninin yaşadığını, 700 min erməninin isə bundan əvvəlki ayrı-ayrı tarixlərdə digər ölkələrə könüllü olaraq köç etdiklərini etiraf etmişdi.
“Arxivlər açılsa, dünya Türkiyədən üzr istəyəcək”
Amerikalı tarixçi Castn MakKarti 1915-ci il hadisələrinin 100-cü ildönümündə Toronto Universitetindəki çıxışında ermənilərin bir əsrlik yalanlarını ifşa etdi: “Əlimizdə minlərlə sənəd var. Bu sənədlər türklərin yox, ermənilərin soyqırım törətdiklərini göstərir. Osmanlı arxivləri açıqdır, ermənilər isə öz arxivlərini gizlədirlər. Tarix insanların biri-birilərini öldürmələrinə müharibə deyir. 1915-ci ildə baş verənlər də müharibədir, soyqırım deyil. Ermənilər yaşadıqları dövlətə qarşı üsyan etdilər. Bu nə deməkdir? Buna vətən xainliyi deyirlər. Həmin dönəmdə Osmanlı dövlətinin ən güclü və nizamlı ordusu Şərq bölgəsində idi. Ermənilər Bağdad dəmir yolu xəttində təxribat törədib Cənub və Şərq bölgələrində qarışıqlıq yaradaraq ingilislərə kömək etməyi təklif etdilər.
Belə vəziyyətdə dövlət insanları qorumalıdır. Osmanlı da belə etdi. Erməniləri cinayət törətdikləri yerdən başqa yerə köçürdü. Hətta, Osmanlı ermənilərin özlərini ermənilərdən qorudu. Ermənilərin nifrət etdiyi Camal paşa acından ölmək üzrə olan ermənilərə yemək verdi. Bunların hamısı əlimizdə olan sənədlərdə var. Ermənilər Şərq bölgələrində Osmanlı əsgərləri və vəzifəli şəxsləri öldürdülər. Hamilə qadınlara işgəncə verdilər, qətliamlarla kəndləri yox etdilər, insanları kütləvi məzarlıqlarda basdırdılar. İndi soyqırım günahkarı kimdir? Hər halda Osmanlı deyil. Bütün olanlara baxmayaraq Osmanlı rəhbərliyi istəsəydi, erməniləri asanlıqla öldürə bilərdi, amma bunu etmədi, sadəcə bu insanların yerlərini dəyişdirdi”
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri Bryus Feyn də ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiklərini etiraf edib. Feyn qeyd edib ki, ermənilər həmin dönəmdə 2 milyon türkü qətlə yetirib. Reyqanın özü də “soyqırım”ı tanısa da arxivdəki həqiqətlərin üzə çıxmasıyla bütün dünyanın bu böyük yalana görə Türkiyədən üzr istəyəcəyini demişdi.(cebheinfo)
Previous Post

“Erməni soyqırımı” haqqında həqiqətlər – XX əsrin ən böyük yalanı

Next Post

“İphone 8” modelinin ilk fotoları yayıldı

Bənzər yazılar

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04

ABŞ prezidenti Donald Tramp İranla davam edən danışıqlarla bağlı bildirib ki, "Onlar danışıqların çox, çox yaxşı getdiyini bildiriblər. Əgər razılaşma...

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51

ABŞ Dövlət Departamenti İsrail və Livanın danışıqlardan sonra atəşkəsin tətbiqi barədə razılığa gəldiyini açıqladı. Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatına...

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43

NASA, Mars orbitində kosmik gəmidən altı ay ərzində heç bir siqnal gəlmədikdən sonra MAVEN missiyasının rəsmi olaraq başa çatdığını elan...

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36

Yaxın Şərqdəki müharibənin yaratdığı xammal böhranı Yaponiyada plastik istehsalının əsas komponenti olan naftanın tədarükünə zərbə vurdu. Ölkədəki sifariş müəssisələri, supermarketlər...

Next Post

“İphone 8” modelinin ilk fotoları yayıldı

Güclü külək səbəbindən 200-dən çox neftçi təxliyə olundu

Son xəbərlər

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.