"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Gorbagor

11 Sentyabr 2015 - 19:28
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Oğlunun cənazəsini həmin  o yerə qoydular ki, əlindəki beli dayayıb fikrə  getmişdi. Arvadı özünü cənazənin üstünə elə atdı, elə bil ayaqları yerdən üzüldü, uçub cənazəyə qondu. İki əlilə başına-başına necə döydüsə, heç kəs mane ola bilmədi. Hamı məəttəl qaldı. Gonbul ikiqat olmuşdu. Arvadını belə görəndə əlini ona tərəf uzadıb çarəsiz-çarəsiz dedi: “Öləcək ee… bədbaxtın balası, qoymuyun elə eləsin.”

Dəfnin səhərisi tezdən Gonbul dünən ikiqat olduğu yerdə stul qoyub oturmuşdu. Çox kök olduğundan hamının “Gonbul” dediyi adam bir gecənin içində nə hala düşmüşdüsə, əynindəki nimdaş pencəyin çiyinləri aşağı sallanmışdı.

Əlini gicgahına dayayıb fikrə getmişdi. Arada da gözlərinin yaşını pencəyinin qoluna silirdi.

 

***

 

Səhər tezdən səsi aləmi götürmüşdü. Öz-özünə elə danışırdı ki, elə bil qonşularla söhbət edir. Əslində, elə idi: balkondan baxanların hamısı onun həmsöhbəti idi. Xeyir-şər evinin ətrafına əkdiyi ağacların dibini belləyə-belləyə deyinirdi:

 

– Eşitdüz dəə, uçaskov Salam da gorbagor oldu. Yıxmadığı ev qalmadı, o qədər fağırın, yetimin çörəyinə bais oldu, axırı nooldu? Odeey, öldü getdi. İndi goruna aparacax yığdıxlarını?!

 

Əllərini belin sapında çarpazlayıb çənəsinə dayadı, xeyli fikrə getdi. Öz-özünə:

 

 

– Əşşi, şeytan əl çəkib, Allah rəhmət eləsin, – deyib qulağını çəkdi və üzünü özündən beş-altı addım aralıda çömbəlib altdan-yuxarı ona baxan oğluna tutdu, – qulağını çək ə, üzünnən irax.

 

Oğlu əlini-əlinə vurub şaqqanaq çəkdi. Gonbul yekə bədənini yırğalaya-yırğalaya onun üstünə cumurmuş kimi yerindən götürüldü, oğlu cəld qalxıb qaçdı. Gonbul bir-iki addım atıb dayandı:

 

– Köppəyoğlu, qulağını çək demirəəm? – deyib oğluna çımxırdı.

 

– Çəksəm, ölmiyəcəm? Söz verirsən, ay dədə? – dedi.

Oğlunun zarafatla “Dədə” deməyi Gonbulun hirsini soyutdu. Gülə-gülə: “Köpəyoğluna bax daa,” – deyib başını yellədi.

 

***

 

İndi həmin dibini bellədiyi ağacın yanında oturub fikrə getmişdi. Arada pencəyinin çiyinlərini dartır, yaxasını üşüyürmüş kimi üst-üstə çəkib saxlayırdı. Cibindən çıxardığı yaylığın arasını açıb yupyumru ətli üzünü örtdü. İri, koppuş əllərini yaylığın üstündə cütləyib hönkürdü. Sonra gözlərini quruladı, yaylığı əvvəlki kimi qatlayıb cibinə qoydu. Mağarın yanındakı uşaqlara səsləndi:

 

– A bala, ay oğul, o vedrəni su ilə doldur, gətir tök bu ağacların dibinə. Neçə gündü su vermir, yanacaxlar, hayıfdılar…

 

Ağır-ağır ayağa qalxdı. Şalvarının arxasını çırpıb ayaqlarını sürüyə-sürüyə:

 

– Bu nə işdi mən düşdüm, bu nə bəladı, ay Allah! – dedi və evə tərəf getdi.

 

Oğlunun ölümünə hələ də inanmayan Gonbul başını itirmişdi. Səhər oğlunu sağ-çillə işə yola salıb, axşam ölüsünü qarşılamışdı. Qəzaya düşən idarə maşınındakıların heç birinə heç nə olmamışdı, bircə bu bədbəxtin balası ölmüşdü. Bilmirdi, axın-axın yasa gələnlərin qabağında dursun, yoxsa dərdini çəksin. Bu qədər adamı necə qarşılayıb-yola salacaqdı? Kənd yerlərində cavan adamın yasında heç kəs əlini süfrəyə uzatmasa da, yası layiqli yola vermək onun atalıq borcu idi. Hərçənd bu xərcin altından çıxmaq çox çətin olacaqdı, çünki son bir ildə Gonbulun ailəsini dolandıran rəhmətlik oğlu idi. O, böyüyənə qədər göy-göyərti satmaqla birtəhər keçinirdilər. Uşaqlarını zor-güc böyütsə də, hələ heç birinə toy etməmişdi. Böyük oğlu Sərvər işə düzəlib ilk maaşını evə gətirəndə Gonbul sevincindən ağlamışdı. Oğlunun boynunu qucaqlayıb:

 

– Şükür sənə, ay Allah, mən də oğul çörəyi yeyəcəm, – demiş, üzünü qapının ağzında durub içini çəkən arvadına tutmuşdu:

 

– Düş dükandan toyuqdan-zaddan al, axşama yaxşı bir çığırtmalı aş bişir, oğlum evə maaş gətirib, zarafat deyil!

 

O gecə sevindiyindən Gonbulun gözünə yuxu getməmişdi. Səhərəcən götür-qoy etmişdi: “Bir il işləsin, bir az özümüzə gələy, ağzımız indi çörəyə çatır. Arvadı da işdən çıxarax, bəsdi taa süpürgəçiliy edib onun-bunun ayağının altını təmizlədi, yazıxdı. Soora da ya qismət, bir halalsüdəmmiş tapıb evləndirim bu saqqalıağarmışı, çıxsın aradan”. Elə bu vaxt arvadı cüt səbir gətirmişdi. Gonbul:

 

– Sağ ol, ay arvad! – deyib yorğanı başına çəkəndə xoruzlar banlayırdı.

 

***

 

Bir ilin içində Gonbulun bircə adı qaldı. Hamı o boyda cəmdəyin necə əridiyinə məəttəl idi. Oğlunun ilinə az qalmışdı. Bir səhər xeyir-şər evinin həyətində samovarlar qaynadı. Camaat evin qabağına toplaşdı. Gonbulun cənazəsini o yerə qoydular ki, əlindəki beli dayayıb fikrə getmişdi, sahə müvəkkilinin öldüyünü eşidib qulağını çəkmişdi, oğluna da: “Qulağını çək ə, üzünnən irax” – demişdi. Oğlu da: ”Çəksəm ölmiyəcəm? Söz verirsən, ay dədə?” – deyib gülmüşdü…

Previous Post

“Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı aşağı büdcəli marşrutu üzrə biletlərin satışına başlayıb

Next Post

Prezident: “Ermənistan özünü səmimi və konstruktiv aparmır”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Prezident: “Ermənistan özünü səmimi və konstruktiv aparmır”

Prezident: “Ermənistan özünü səmimi və konstruktiv aparmır”

Son xəbərlər

Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

11 Avqust 2026 - 14:00
Unun topdan satış QİYMƏTLƏRİ

Unun topdan satış QİYMƏTLƏRİ

11 Avqust 2026 - 13:52
Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

11 Avqust 2026 - 13:45
Demaqoqların ritorikası – MÖVQE

Demaqoqların ritorikası – MÖVQE

11 Avqust 2026 - 13:30
6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

11 Avqust 2026 - 13:16
Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

11 Avqust 2026 - 13:00
Muzdla çalışan işçilərin sayı açıqlandı

Muzdla çalışan işçilərin sayı açıqlandı

11 Avqust 2026 - 12:48
DİN-din onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

DİN-din onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

11 Avqust 2026 - 12:39
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

11 Avqust 2026 - 12:28
“Milan” 50 milyon avroluq müdafiəçini transfer etmək istəyir

“Milan” 50 milyon avroluq müdafiəçini transfer etmək istəyir

11 Avqust 2026 - 12:23
Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

11 Avqust 2026 - 12:16
Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Bəzi yerlərdə leysan yağır – FAKTİKİ HAVA

11 Avqust 2026 - 12:09
Quraqlıq Belçikada kənd təsərrüfatına zərbə vurdu

Quraqlıq Belçikada kənd təsərrüfatına zərbə vurdu

11 Avqust 2026 - 11:57
Bu il Naxçıvanda istehlakçılara 1,2 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Bu il Naxçıvanda istehlakçılara 1,2 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

11 Avqust 2026 - 11:50
“Kəpəz” nigeriyalı vinger transfer etdi

“Kəpəz” nigeriyalı vinger transfer etdi

11 Avqust 2026 - 11:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.