"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“AAtam “Sanka Zver”in toyunda sərpayılıq edib” – Maştağalı sərpayının ilginc açıqlamaları

23 Fevral 2017 - 09:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Bakının kənd toylarının ən ağır vəzifəsini icra edən Əzizbala Ağayev: “O dövrlər Maştağa toylarında asayişi milis qoruyardı”
Adam harda sovetdənqalma saz “Moskviç” görə bilər? Cavab verirəm – Bakı kəndlərində. Xüsusilə də Maştağada!

Harda Nuh əyyamından qalma bu “Moskviç” təptəzə, sonbala nasaz “Mersedes”i öz yedəyində emalatxanaya darta bilər?

Cavab verirəm – Maştağada!

Harda hələ böyük-kiçik var? Harda qoyun itlərini sevirlər?

Harda küçədəki avtomobillərin qapısını hələ də kilidləyib, bağlamırlar?

 
***
Maştağada avtomobilinin qapısını kilidləməyənlərdən biri də Ağayev Əzizbala Şirinbala oğludur. Deyirlər, maşınının qapısını bağlamaq onun üçün bu kənddə ən böyük söyüşdü, cəzadı.

Ağsaqqallığı hələ bir yana. O, həm də bir növ kəndin padşahı, hökmdarı, sahibidir. Taxt-tacı da var kənddə vallah, əlinin sehrli çubuğu da. Uzaqbaşı bir dəfə vuracaq bu çubuğunu günahkar birisinin kürəyinə. Qalan bütün digər saysız zərbələri, təpikləri tale özü endirəcək bu bədbəxtin sifətinə, kürəklərinə. Sonrasını namuslu, “qiryetli” kənd camaatının ixtiyarına buraxsaq yaxşıdır.

Əvvəlki, siftə zərbəni Maştağada adətən bax, bu ağsaqqal vurur. Hesabı o açır burda, biləsiz.
Sərpayı deyərlər burda adətən belələrinə.

***

1962-ci ilədək Maştağa toyları sahə müvəkkilsiz ötüşməzmiş. Milis işçiləri gəlib toyda ən yuxarı başda əyləşər, camaatı bərk incidərmişlər. Ona söz atarmışlar, buna sataşarmışlar. Camaatın gün-güzəranını göy əskiyə bükərmişlər. Qonaqların üst-başı yoxlanılar, bıçağı-xəncəri əlindən alınarmış. Bəzən milislər lap ağ edib süfrələrdən bıçaqları da yığışdırarmışlar.

Maştağanın baş sərpayısı-başıpapaqlı, əli təsbehli Əzizbala kişi, o günləri xatırlayıb dərindən ah çəkir. Meydanı verir öz şirin xatirələrinə.

– 1961-ci ildə kənddə ağır məclis qurulmuşdu. Atam Şirinbala kişi də sərpayılıq edirdi bu toy busatına. Mən də oturmuşam muğamat ustası Tələt Qasımovun arxasında. Balacayam. Qabağımdakıları görmürəm. Məcburam dəqiqəbaşı yerimdən qalxıb görüm səhnədə nə baş verir, kim çıxır irəli, kim qavalı vurub qulağının dibinə səsini ərşə qaldırır. Pullar da təzə dəyişib. Qırmızı onluğun “təzə gəlin, qız” vaxtıdır. Kənd camaatından birisi çıxartdı cibindən iki palazqulaq onluğu. Havada onu hamıya göstərdi. İstədi səhnəyə çıxıb pulu muğamat ustalarına uzatsın. Bu dəm, axmağın birisi irəli cumub onu qabaqladı. Əlindəki iti bıçağın şöləsi, parıltısı indi də yadımdan çıxası deyil. Bu vaxt atam rəhmətliyin gur səsi havada ildırım kimi çaxıb əvvəlcə muğamat ustalarını diksindirdi, sonra digərlərini. Bircə söz dedi atam – “qayıt yerinə, küçük”…

***

Söhbətimizin bu dramatik nöqtəsində gözlərim həyəcanlandı qəfil. Gedib sancıldı qarşı divara. Ordakı rəhmətlik Şirinbalanın yekə portretinə. Xəyallarımda qayıtdım o uzaq 1961-ci ilə. Toyun tam mənzərəsi gözlərimdə canlandı.

– Hə… Sərpayının sözü bax o gündən bəri yenə hörmətə mindi kəndimizdə. Sahə müvəkkilləri toyxanalardan çıxarıldı. Hökumətlə danışdıq ki, gördüz də sözümüzün qüdrətini. Day milislərə ehtiyac yoxdu.

***
Həəə…o gündən Maştağanın pozulmuş mizan-tərəzisi öz müvazinətini bərpa edir. Toylarda canlanma, dirilmə əmələ gəlir. Sərpayının çubuğu havada vıyıldayıb bir-iki başdanxarabın kürəyini ağrıdır. Meyxanaçılar məclislərə qayıdıb.

Lotular da o vaxtlardan toyxanalara ayaq açıb camaat arasında görünməyə başlayırlar.
Sərpayının işi elə xalqla kifayətlənmir ki. Gərək lotularla da dil tapasan. Gərək “lotu toyu” məclislərini də idarə edəsən bəzən.

Maştağanın müasir “şahı” – sərpayı Əzizbala, söhbətin axırını verdi sükutun ixtiyarına. Xüsusi bir işarə ötürdü böyründən ayrılmayan qayışbaldır cayıla. Cayıl əmri havadaca tutub çayımı təzələdi.

– Lotulardan kimin toyunu etmişdi rəhmətlik atanız?

Əzizbala özü də “lotu toyu” məclislərində sərpayılıq edib bəlkə də. Ancaq… Ancaq aydındı, öz təcrübəsini bizlərə danışan deyil. Gərək burda ustalıq edəsən, deyəsən qoy atasının oxşar təcrübəsini bizlərə danışsın.
– Həəə…lotu toyu məclislərində də olub atam. “Sanka Zverin” məclisində sərpayılıq edib.

***

Buraxacaqlar qoyunu,
Qızışdırmaqçun oyunu.
Qoçlar vuracaq kəllə,
Baxacaq üç məhəllə.

***
Sərpayı Əzizbala kişi papağını başında bir də bərkidib, bax bu qədim bəhri-təvilin təsiri ilə o məclisin tam mənzərəsini bərpa edir gözlərim qarşısında. “Sanka Zver” də canlanır qarşımda, şaraqqıltıynan kəllə vuran kənd qoçları da.

– Şeirdəki “üç məhəllə” sözü də Maştağaya aiddi. Yəni Seyidlər, Çəplər, bir də bizim qədim Xonxar məhəlləsi.
Sərpayının mənşəcə xonxarlardan olması məni azca qorxudur bu vaxt. Əzizbalanın böyründəki qayışbaldır cayıla tərs-tərs baxmağa başlayıram.

– Siz…siz də qanasusamışlardan, yəni xonxarlardansız?

Ancaq daşdan səs çıxır, cayıldan səs çıxmır ki, çıxmır bu vaxt. Sonra dərk edirəm öz səhvimi. Sərpayının gizli işarəsi olmasa, bəli, görünür, o, ağzının kilidini açan deyil.

Sualımın cavabını axır bir başqası verir. Başqası deyəndə ki, bu şəxs Əzizbalanın doğmaca qardaşı Hüseynbaladır. Bu nəslin bir xüsusiyyəti də odur ki, adlarına həmişə gərək bir “bala” kəlməsi qoşulsun.

– Hə… biz xonxarlardanıq. Ancaq qaniçənlərdən deyilik. Kənd sərpayıları, adətdi, həmişə bu nəsildən seçilər. Əvvəlki sərpayılar Tarqulu Aşuroğlu, Ağarza Xəngəl də bu nəsildəndi, biz də bu qədim ocaqdanıq.
Fürsəti əldən buraxmamağa qərar verirəm. Növbəti sualım Əzizbalanın qardaşı Hüseynbalayadı.

– Nə vaxtdan toylara getməyə başladınız?

Əzizbalanın qardaşı bu vaxt göz görə-görə dönüb olur əsl sərpayı. Sərpayı ədaları, sərpayı səsiylə sualımı cavablandırır.

– 1975-ci ildə bir günə iki toy sifarişi düşdü. Bu da bizdə bir növ işarədir. İcazədir. Yəni haqqım var qardaşımın icazəsi ilə toyda sərpayılıq etməyə. Papağı başımda bərkidib girdim məclisə. O çağdan, bax, bu cib dəftərçəmdə toy sifarişlərinin qeydiyyatı əskilmir.

***

Əslində sərpayılığa əsl icazə bu fotoşəkillərdə gördüyünüz sehrli çubuqlardan asılıdır. Zoğal budağından yonulan bu cür çubuqların havaya buraxdığı vıyıltılı səs də vahiməlidir, elə zərbəsinin acı nəticələri də.
Burda sözü verək sərpayı Əzizbalanın qardaşı Hüseynbalaya. Qoy o, bu sehrli çubuq barədə bizləri bir yaxşıca məlumatlandırsın.

– Hə….papağı basdım başıma. Rəhmətlik atamdanqalma çubuqlardan birini götürüb girdim məclisə. Əvvəllər məclisləri mən deyil, bu sehrli çubuq özü idarə edirdi, vallah. Sonralar çubuq qaldı bir tərəfdə. Məclislər məhz mənim sözümə qulaq asmağa başladı.

– Demək istəyirsiniz min nəfərlik, iki min nəfərlik kənd məclislərini həm sehrli çubuq idarə edir, həm də siz kimi sərpayılar?

– Bəli. Sehrli çubuqla kifayətlənmir bu möcüzə. Gərək həmin çubuq bir halalsüdəmmişin ovuclarında isinsin, vəssalam. Möcüzə bax bu zaman baş verir. Xalq öz etibarını biz kimilərə ötürür.

Aramızdakı səmimiyyətdən istifadə edib sərpayıya bir başqa digər sual da vermək istəyirəm.

– Çubuğunuzun qırıldığı vaxt olub heç?

– Yox…qətiyyən…Allah bizi bu cəzadan saxlasın.

– Bu qədər toy-büsat yola salıbsız. Yadınızda ən çox hansı hadisə qalıb?

Bu səfər də sualımın cavabı məni bir xeyli intizarda saxladı. Əzizbala da, Hüseynbala da bir-birilərinə baxıb sonra eyni anda gülümsədilər. İlk cavab Əzizbaladan gəldi.

– Çoxdanın söhbətidi… Bir kərəm yaxşıca qurban kəsmişdik. Dedik qurbanlıq əti yeddi qapıya, yeddi sənətkara paylayaq. Ağasəlim Çıldağın payı birinci getdi. Sonra onunku, bununku… Növbə meyxanaçı Elçinə yetişəndə, dedilər, bəs pay çatmadı. Nəsə, yamanca pərt olduq. Bilmədik neynək…

Əzizbalanı qəhər boğdu bu zaman. O, gözlərini yana çəkib azcana ağlamsındı. Cavabın ardı Hüseynbaladan gəldi.

– Heç…O gün də xəbər çatdı bizə bəs Elçini kənd parkında bıçaqlayıblar…

İndi, Hüseynbalanın gözləri yaşardı.

Beləcənə bir an yerimizdə quruyub qaldıq.

***

Şərlə-xeyirin qardaş olduğuna sərpayıdan başqa kim şahidlik edə bilər Maştağa kəndində?

Həəəə….Bu kəndin acı günləri də çox olub, elə şirin günləri də. Deyilənə görə, bir dəfə üçtəkərli moped arxasında oturmuş bir kənd balası birbaşa gəlib girib toy mağarına. Səhnəni aşırdıb. İçəridəkiləri əzib az qala. Əzizbala çaşmayıb bu zaman. Söhbəti çevirib zarafata. Çubuğunu bir ara istəyib qaldıra yuxarı. Ancaq sonra müqəssirin qəmli gözlərinə baxıb əlini yavaşcana, tədricən aşağı endirib.

Əfv edib təqsirkarı. Bununla bütün kəndi güldürüb, əyləndirib. Müğənnilərdən Arif Babayev, Qəndab Quliyeva bu vaxt, tərsliyə bir bax, məclisdəymişlər.

***

Sərpayı vuran uşağı atası da vuracaq mütləq Maştağa kəndində. Kəndin ixtiyarı bax bu təbəqənin – sərpayıların əlindədir.

Sehirli çubuğun sahibi onlardı. Harri Porterin sehrli çubuğu qələt edir bu çubuqla müqayisədə.
Kənddən ayrılarkən bir də gördüm burnumu tər nərgizlərin yumşaq ətri vurdu. Bir dəstə nərgizi sərpayı necə çantama qoyubsa bunu heç özüm də əvvəlcədən bilməmişəm. İndi – kənd də, sərpayı da arxada qaldığı bir vaxtda, bu çiçəklərin qoxusunu var gücümlə sinəmə çəkərkən qəribə bir yüngüllük, xoşbəxtlik hiss edirdim daxilimdə.
İstəyirəm bu hiss ölən günəcən məni tərk etməsin.

Həmid HERİSÇİ

Previous Post

“AAtam “Sanka Zver”in toyunda sərpayılıq edib” – Maştağalı sərpayının ilginc açıqlamaları

Next Post

Baş Prokurorluq: Avropalı deputatlara cinayət işi açılıb

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Baş Prokurorluq: Avropalı deputatlara cinayət işi açılıb

Baş Prokurorluq: Avropalı deputatlara cinayət işi açılıb

Son xəbərlər

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43
Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

09 Oktyabr 2026 - 10:40
Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

09 Oktyabr 2026 - 10:38
Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

09 Oktyabr 2026 - 10:32
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

09 Oktyabr 2026 - 10:29
Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

09 Oktyabr 2026 - 10:16
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

09 Oktyabr 2026 - 10:07
FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

09 Oktyabr 2026 - 09:58
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

09 Oktyabr 2026 - 09:46
Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

09 Oktyabr 2026 - 09:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.