"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni müharibə taktikası – Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

18 Fevral 2017 - 09:33
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Azərbaycanın gücünə güc qatanlar; Prezident İlham Əliyevin xaricdə keçirəcəyi iki mühüm görüşün pərdəarxası; İsrail və Pakistanla hərbi əlaqələrə yeni stimul verilir; işğalçı Ermənistanın “Dəmir günbəz” xofu, müharibə təlaşı boşuna deyil…

Qarabağ danışıqları dalana girsə də, Azərbaycan konflikt ətrafında situasiyaya dinamiklik verməyə və vəziyyəti diktə etməyə çalışır. Bu dinamiklik hərbi əməliyyatlar mümkün olmasa da, işğalçı tərəfi – “çağırılmamış qonaqlar”ı daim gərginlikdə saxlamağa, onu bacardıqca daha çox canlı itkiyə məruz qoymağa hesablanıb.

 

Bır sıra təhlilçilərə görə, Azərbaycan münaqişə zonası ilə bağlı taktikasını artıq dəyişib. Müdafiə Nazirliyində ötən həftəsonu keçirilmiş geniş toplantı ilə bağlı yayılan rəsmi informasiyadan da görünür ki, Bakı artıq Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələrin bütün postları, canlı və hərbi texnikası hədəfə alınmaqdadır və bu yöndə taktiki-strateji hazırlıqlar artırılır.
***
Bu arada öz işinə başlamış ənənəvi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə İsrailin müdafiə naziri Avidqor Liberman arasında görüş olub. İsrail Müdafiə Nazirliyinə istinadla yayılan informasiyalara görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Bildirilir ki, bazar günü İsrailin müdafiə naziri beynəlxalq tədbirdə nitq söyləyəcək, keçirdiyi görüşlərdə isə o, İsraillə xarici ölkələr arşında hərbi əməkdaşlığın daha da genişləndirilməsi, habelə beynəlxalq və regional terrorizmə qarşı birgə müqavimət məsələlərini müzakirə edəcək.

Image result for Əliyev-Liberman
Qeyd edək ki, Əliyev-Liberman görüşü İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərindən sonra tərəflər arasında baş tutan növbəti yüksək səviyyəli görüşdür. Nəzərə alsaq ki, Avidqor Liberman Azərbaycanın lobbiçilərindən biridir və müdafiə sahəsinə baxır, o zaman qarşıdakı görüşün ikiqat önəm daşıdığını ehtimal etmək olar. Söhbət öncəliklə İsrailin Azərbaycana vəd elədiyi və işğalçı Ermənistanın qorxulu röyası sayılan “Dəmir günbəz” raketdən müdafiə sisteminin verilməsindən gedir.
***
İsraillə sıx təmaslar öz yerində, prezident İlham Əliyevin dost-müttəfiq və hərbi tərəfdaşımız Pakistana isə səfəri nəzərdə tutulur. Bu haqda yazan Pakistanın “Tribune” qəzeti qeyd edib ki, Azərbaycanın dövlət başçısı səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək (virtualaz.org).
İlham Əliyevin Pakistana səfəri martın ilk günlərində baş tutacaq. Onunla birlikdə Pakistana azərbaycanlı nazir və məmurlardan ibarət böyük nümayəndə heyətinin də yollanacağı bildirilir. Tərəflər arasında bir sıra iqtisadi sazişlərin imzalanması ilə yanaşı, hərbi və hərbi-texniki sahədə də yeni anlaşmaların əldə ediləcəyi də gözlənilir.

Image result for İlham Əliyevin Pakistana səfər
Yada salaq ki, İlham Əliyevin Pakistana səfər edəcəyini hələ ötən ilin noyabrında həmin ölkənin Bakıya səfər eləmiş prezidenti Məmnun Hüseyn bildirmişdi. O zaman o, iki ölkə arasında hərbi əlaqələrin genişləndirildiyini və bu əlaqələrin keyfiyyətcə yeni səviyyəyə keçməsini qeyd etmişdi. Pakistan prezidenti həmçinin demişdi ki, bu ölkənin alim və mütəxəssisləri iqtisadi cəhətdən sərfəli və keyfiyyətli silahlar işləyib hazırlayır və Azərbaycan belə bir əməkdaşlıqdan fayda götürəcək. O, Azərbaycana ölkəsinin müdafiə institutlarının xidmətlərindən istifadə edərək hərbi kadrların yetişdirilməsini də tövsiyə etmişdi.
Öz növbəsində Azərbaycan prezidenti Pakistanla hərbi əməkdaşlığa mühüm önəm verdiyini vurğulayaraq, bu ölkədən bir sıra müasir hərbi sistemlərin alınmasında və onların Azərbaycanda birgə istehsalını təşkil etməkdə maraqlı olduğunu bəyan etmişdi. Bu xüsusda gözlənilir ki, İlham Əliyevin Pakistana səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
***

Image result for İlham Əliyev Pirəkəşküldəki hərbi şəhərcikdə
Beləcə, prezident İlham Əliyevin xaricdə keçirdiyi və keçirəcəyi iki mühüm görüşün hədəfləri təxminən bəllidir. Həmin görüşlərin İsrail və Pakistanla hərbi sferada əlaqələrə yeni stimul və dinamika verəcəyi gözlənilir. Rəsmi Bakının istər İsrail, istərsə də nüvə müttəfiqimiz Pakistanla hərbi əməkdaşlığı, bütövlükdə hərbi qüdrətini artırmaq üçün “şaxələnmiş” hərbi strategiyaya üstünlük verməsi isə ən çox işğalçı Ermənistanı narahat edir. Həm də o səbəbə ki, Azərbaycanın bu yöndə əməkdaşlıq etdiyi ölkələr ən müasir hərbi texnologiyalara malikdir.
Ermənistanın isə belə imkan və potensialı bəlli səbəbdən yoxdur. O, yalnız Rusiyanın “ümidinə” qalıb. Rusiya isə öz silah-sursatını normal qiymətə satıb kasad büdcəsini doldurmaqda daha çox maraqlıdır, nəinki Ermənistana peşkəş etmək və ya su qiymətinə satmaqda. Təsadüfi deyil ki, Moskva İrəvana iki il öncə vəd etdiyi 200 milyon dollarlıq kredit çərçivəsində hərbi silah-sursatın hələ də yalnız bir qismini Ermənistana verib.
Yeni müharibə xofu ilə yaşayan işğalçı isə tələsir, təlaş işindədir. Bu təlaş o dərəcədə ciddidir ki, bir neçə gün qabaq hətta ABŞ ermənilərinin qurumu olan Amerikanın Erməni Milli Komitəsi ABŞ Dövlət Departamentinə müraciət edərək, Vaşinqtondan İsrailin Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemi verməsini əngəlləməyi xahiş edib.

“Azərbaycana ”Dəmir günbəz”in satılması sülh prosesinə və bu yöndə ATƏT-in, ABŞ-ın səylərinə zərbə vuracaq. Bu isə regionda sabitliyin pozulmasına gətirə bilər”, – deyə qurumun sədri Aram Abramyan müracıətdə iddia edib.

Image result for İlham Əliyev Pirəkəşküldəki hərbi şəhərcikdə
Əlbəttə ki, ermənilərin dərdi hər vəchlə Azərbaycanı hərb variantından çəkindirmək, onların xeyrinə gedən sülh “prosesini” və status-kvonu saxlamaq, işğal rejimini daha uzunömürlü eləməkdir. Əsas məqsəd də nə vaxtsa Azərbaycanın bundan bezib, guya Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq zorunda qalacağı ilə bağlıdır.
Lakin İlham Əliyev Pirəkəşküldəki hərbi şəhərcikdə az öncə etdiyi çıxışında həm Ermənistana, həm də onun havadarlarına qəti şəkildə bəyan edib ki, “Azərbaycan torpaqlarında heç vaxt ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, kim bunu gözləyirsə, boşuna gözləyir”.

Previous Post

Yeni müharibə taktikası – Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

Next Post

Türkiyədə növbəti terror: Ölən və yaralılar var (VİDEO)

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Elchi.az -ın məlumatına görə, kişilərdən ibarət...

Next Post

Türkiyədə növbəti terror: Ölən və yaralılar var (VİDEO)

Türkiyədə növbəti terror: Ölən və yaralılar var (VİDEO)

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.