"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hökumət tikinti şərtlərini xeyli sadələşdirdi

11 Fevral 2017 - 09:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Hökumət tikinti şərtlərini xeyli sadələşdirdi Ekspert: “Əgər hər hansı şəhərdə tikinti dayanıbsa, deməli, o şəhər ölüb”

Hökumət inşaat sektorunda çalışan iş adamları üçün şərtləri yüngülləşdirib. Bunu tikinti sahəsində çalışan sahibkarlardan biri “Yeni Müsavat”ın müxbiri ilə söhbətində deyib. O qeyd edib ki, yeni qaydalara əsasən artıq tikinti üçün sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti deyil, rayon icra hakimiyyətləri verir. 
Daha müsbət bir məqam isə odur ki, sərəncam müraciət edildiyi gündən sonra  3 gün ərzində təqdim olunur, yəni süründürməçiliyə yol verilmir.
Sahibkarın sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da tikinti sektorundakı iş adamlarına problem yaratmırlar. Hətta bu duruma nəzarət üçün Prezident Administrasiyasının kuratorları Bakı şəhərini gəzərək tikinti gedən ünvanlara baş çəkir, iş adamlarının problemləri ilə maraqlanır, məmurlardan onlara qarşı təzyiq olub-olmamasını soruşurlar. Sözügedən durum son zamanlar tikinti sektorunun canlanmasına və yeni inşaat sahələrinin artmasına da səbəb olub.
 
 “Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov da bildirdi ki, hökumət iqtisadiyyatı canlandırmaq üçün tikinti sektorundan başlamaqla doğru addım atıb: “Tikinti sektoru iqtisadiyyatın lokomotividir. Əgər hər hansı şəhərdə tikinti gedirsə, deməli, orada iqtisadiyyat var, əgər tikinti  dayanıbsa, deməli, o şəhər ölüb. Ona  görə də, iqtisadiyyatı qaldırmaq üçün birinci növbədə tikinti sektorunu hərəkətə gətirməlisən. O baxımdan ilk növbədə diqqət bu sahəyə yönəlir. Əgər əvvəllər dövlət məmurları tərəfindən tikintiyə maneə törədilirdisə, bu gün həmin maneələr tədricən aradan  qaldırılır. Bu da iqtisadiyyatdakı mövcud durumu tezliklə həll etməyə yönəlib. Tikinti sahəsini canlandırmaqla həm məşğulluğu artırmaq olar, həm də insanların maddi və mənzil problemlərini həll etmək olar. Əsas məqsəd budur”.
Image result for Nüsrət İbrahimov
 
Ekspertin fikrincə, tikinti sektorunda çalışan sahibkarların üzərindəki təzyiqlərin götürülməsi bir müddət sonra mənzil bazarında qiymətlərin stabilləşməsinə, o cümlədən ilkin bazarda ucuzlaşmaya səbəb ola bilər: “Çünki bilirsiniz ki, tikintiyə yaradılan inzibati maneələr son nəticədə satış qiymətinin artmasına gətirib çıxarırdı. O maneələrin aradan qalxması satış qiymətlərinin stabilləşməsi qaçılmaz olacaq. Satışın həcmində də artımlar olacaq. Çünki  sahibkarların çoxu o maneələrdən çəkinərək tikintidə məhdudiyyətlər yaşayırdı. İndi isə tikintinin həcmində artım olacaq. Bu da son nəticədə məşğulluğun artmasına, yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq”.
 
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə qeyd etdi ki, tikinti sektorunda bürokratik əngəllər aradan qalxsa da, bu, qiymət siyasətinə təsir etməyib: “Ölkədə iqtisadi vəziyyətin mürəkkəbləşməsi təbii ki, hökuməti daha çevik addımlar atmağa sövq edir. Bunlardan biri də Azərbaycanda sahibkarlıq mühitini yaxşılaşdırmaq, iş adamlarına yaradılan süni problemlərin aradan qaldırmaqdır. Hesab edirəm ki, tikinti sektorunda tətbiq edilən yeni qaydalar da bu prosesin tərkib hissəsidir. Uzun müddət idi ki, biz də hökumətə təkliflər verirdik, bildirirdik ki, Azərbaycanda tikinti sektorunda problemlər məhz inzibati müdaxilələrin çox olması nəticəsində yaranır. Hökumət, nəhayət ki, bu addımlar atmaqla o problemlərin bir hissəsini aradan qaldırdı. Ancaq tikinti sektorunda kənar ödənişlərin bürokratik əngəllərin aradan qaldırılmasına baxmayaraq, təəssüf ki, biz yeni tikililərdə qiymət ucuzlaşması müşahidə etmirik”.
İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti islahatlara getsə də, tikinti şirkətləri hələlik qiymət siyasətində əvvəlki proqramla işləməyə  meyllidirlər: “Çox təəssüf ki, Azərbaycanda sahibkarların əksəriyyəti qiymət siyasətində tələb-təklif faktoruna əsaslanmırlar, gəlir və xərcləri arasındakı nisbətə uyğun addım atmırlar. Bu da Azərbaycanda müəyyən sahələrdə nəzəri baxımdan müəyyən vərdişlərin olmamasından, iqtisadi nəzəriyyənin işləməməsindən irəli gəlir. Bu islahatların öz məqsədinə nail olması üçün tikinti sektorunda qiymət siyasətinə nəzarət güclənməlidir. Qiymət siyasətini dəyişməyən şirkətlərin kifayət qədər kənar maliyyə resursları var və həmin resurslar hesabına fəaliyyət göstərirlər, ona görə də satmadıqları binaların boş qalması onları narahat etmir. Ancaq boş qalmış binalar hökuməti narahat etməlidir”.
Previous Post

Hökumət tikinti şərtlərini xeyli sadələşdirdi

Next Post

ABŞ-ın sensasion İran planı – Yeni xəritə ortaya çıxdı

Bənzər yazılar

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə...

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

20 Noyabr 2026 - 22:28

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli...

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

20 Noyabr 2026 - 22:11

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil...

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

20 Noyabr 2026 - 22:10

Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir. Elchi.az xəbər...

Next Post

ABŞ-ın sensasion İran planı - Yeni xəritə ortaya çıxdı

ABŞ-ın sensasion İran planı - Yeni xəritə ortaya çıxdı

Son xəbərlər

“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

21 Noyabr 2026 - 12:16
Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

21 Noyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

21 Noyabr 2026 - 11:41
İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

21 Noyabr 2026 - 11:39
Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

21 Noyabr 2026 - 11:36
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

21 Noyabr 2026 - 11:30
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

21 Noyabr 2026 - 11:30
Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

21 Noyabr 2026 - 11:22
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.