"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manat möhkəmlənir – banklar məzənnə manipulyasiyasına gedir

09 Fevral 2017 - 08:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Manat möhkəmlənir - banklar məzənnə manipulyasiyasına gedirEkspertlər bildirirlər ki, “məzənnə oyunları”ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq…

 
Milli valyuta olan manatın iki hərracda bahalaşması bir çox suallar yaradıb. Üstəlik, banklar dolların alış və satış məzənnəsi arasında olan ciddi fərqdən də narahatlıqlarını bildirirlər. 
Ekspert Samir Əliyevin sözlərinə görə, banklar çox pis oyuna girişiblər, valyuta spekulyasiyası ilə məşğuldurlar: “Bu, çox pisdir: həm əhaliyə, həm sahibkara, həm də dövlətə”. Ekspertin sözlərinə görə, manatın fevralın 2-dən başlayan bahalaşması davam edir: “Görünən odur ki, valyuta bazarındakı gərginlik əhaliyə keçib. Banklara dollar borcu olanlar sevinir, dolları alıb yığanlar isə narahat olmağa başlayıb. Dolların bahalaşması necə narahatlıq yaradırsa, onun ucuzlaşması da eyni gərginlik yaradır.
Axı nə baş verib ki, manat bahalaşır? Bəlkə ölkəyə dollar axını güclənib? Və ya idxal kəskin azalıb? Yaxud da hərraca çıxarılan dolların həcmi dəfələrlə artıb? Təəssüf ki, bunların heç biri baş verməyib. Ölkəyə dollar yenə də bir kanalla- Dövlət Neft Fondu vasitəsilə daxil olur. Hərraca çıxarılan dolların həcmində nəinki artım var, hətta azalma qeydə alınıb. Ötən il hərraca 50 milyon dollar çıxarıldığı halda indi 25-35 milyon dollar arasında dəyişir. İdxal cəmisi 7,6 faiz azalıb. Hətta dövlət satınalmalarında 2018-ci ilə qədər idxal mallarının alışına qadağanın qoyulması idxalı əhəmiyyətli azalda bilməyib. İxrac 20 faiz, qeyri-neft ixracı 28 faiz azalıb. Neftin qiyməti isə il başlayandan 54-56 dollar arasında dəyişib. Yəni neft də bahalaşmayıb”.
Image result for Samir Əliyevin
Ekspertin sözlərinə görə, manatın bahalaşması üçün fundamental səbəb yoxdur: “Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar; birincisi, manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. Üstəlik, hər il olduğu kimi, bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfindən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Manatın ucuzlaşması həmin borcların qaytarılmasına çətinlik yaradır”.
 
S.Əliyev qeyd edib ki, bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur, iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur: “Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki ”makroiqtisadi sabitlik” pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Gözlənilməz proseslər baş verməsə, hökumət 2017-ci ildə manatın məzənnəsini rahatca idarə edə biləcək. Bu, manatın möhkəmlənməsi və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir. Hökumət Neft Fondunun aktivləri hesabına tədiyyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir: kapital axınının səviyyəsi, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti”.
Image result for Azər Mehtiyev
 
Ekspert Azər Mehtiyev isə qeyd edib ki, banklar dollar alışı ilə bağlı dəhşətli səviyyədə manipulyasiya edirlər: “Bir çoxları dolların alış kursunu həm kəskin azaldıblar, həm də lövhələrdə belə göstərmirlər. Məqsəd son günlər manatın bahalaşması dalğasında panikanı artırmaqla əllərdə olan dolları ucuz alıb kurs fərqindən böyük qazanc götürməkdir. Əlbəttə ki, kommersiya qurumları olan bankların mənfəət üçün özlərinə sərf edən addımlar atmasını haradasa başa düşmək olar, amma bundan zərbə alan milli valyutaya olan etimad məsələsidir. İndiki durumda manatın sabitliyini təmin etməklə iqtisadiyyatda olan son dərəcə böyük qeyri-müəyyənliyi azaltmaq investisiya mühiti baxımından çox önəmlidir. Amma bankların məzənnə manipulyasiyaları hesabına böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur. Hökumət insanların əlinə manat düşən kimi qaçıb dollar almasını istəmirsə, onda manatın məzənnəsində nisbi sabitliyə nail olmaq önəmlidir. Bu cür ”məzənnə oyunları”ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq”.
Previous Post

Manat möhkəmlənir – banklar məzənnə manipulyasiyasına gedir

Next Post

Caqaryandan S-400-lərlə bağlı açıqlama

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Elchi.az -ın məlumatına görə, kişilərdən ibarət...

Next Post

Caqaryandan S-400-lərlə bağlı açıqlama

Caqaryandan S-400-lərlə bağlı açıqlama

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.