"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Çinarə Ömray: “Yazmağı atama məktub yazmaqla öyrəndim”

30 Yanvar 2017 - 15:28
in MƏDƏNİYYƏT
FacebookVatsap

Elçi.az Kulis.Az-ın əməkdaşı Ayxan Ayvazla gənc yazar Çinarə Ömrayın söhbətini təqdim edir.

Bunu da oxuyun

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

 

– Çinarə, yeni imzalar arasında seçilənlərdənsən. Bir az özün haqqında məlumat verərdin…

 

– Beynəlxalq Universitetin tarix fakültəsini bitirmişəm. Sonra həyatımda müəyyən problemlər yarandı. Təhsilimi Yaradıcılıq fakültəsində davam etdirdim. O deyirlər e, uşaq vaxtından yazmağa başlamışam. Məndə elə olmayıb.

 

– Onda yazmağının tarixçəsi uzun deyil…

 

– Mən atamla heç vaxt üzbəüz söhbət etməmişəm. Bizim qəribə münasibətlərimiz olub. Mən ona həmişə məktub yazmışam. Yazmağımı ilk dəfə orda kəşf etmişəm. Atama yazdığım məktublarda… Amma atam heç vaxt o məktubları oxumayıb. (gülür.) Sonra bilmişəm ki, o latın qrafikasında oxumağı bilmirmiş… Yəni anlayacağın, ilk mətinlərim oxucusuz qalıb.

 

– Maraqlıdır…

 

– Atamla anam Qazaxıstanda yaşayıblar. Məni nənəmlə babam saxlayıb. Onlar gələndən sonra heç cür uyğunlaşa bilmirdim, ata-anamla ünsiyyət saxlaya bilmirdim. Bu otaqdan o otağa məktub yazırdım.

 

– Atana məktublarla ədəbiyyata gəldin.

 

– Hə, elə demək olar. (gülür.) Məktubları özümü ifadə etmək üçün yazırdım. Mənim ünsiyyət problemim var.

 

– Ünsiyyət problemim var deyirsən, amma Yaradıcılıq fakültəsində ən aktiv gənclərdən idin…

 

– (gülür.) Ondan əvvəl Facebookda yazırdım. Məndə dəhşət utancaqlıq var…

 

– Hiss edirəm…

 

– Ona görə də heç vaxt heç kimə deyə bilmirdim ki, bu yazıları götür, çap elə. Həmişə hekayələrimi status kimi yazırdım. Ordan götürüb çap edirdilər…

 

– Saytlara?

 

– Aha… Qəzetdə ilk dəfə çap olunmağım… Savalan Talıblı var. O çap eləmişdi. Məni həvəsləndirmişdi ki, səndə alınır. Sonra Nəcibə İlkin qəzetində yer ayırırdı. Eləcə gəzə-gəzə gəldim üzü bəri.

 

– Atana məktublar, sonra Facebook… Belə-belə gəldin ədəbiyyata…

 

– Hə… (gülür.) Əslində mənim yazıçı olmaq iddiam filan yoxdur. Sadəcə içimdəki sıxıntını kiminləsə bölüşən biri deyiləm. Dostuma, tanışa heç vaxt bu barədə kəlmə kəsmirəm. Yazanda rahatlayıram…

 

 

– Yazı ilə dərdini danışırsan…

 

– Elədir. Onda daha rahat oluram…

 

– Qadınlar danışmağa da meylli olurlar…

 

– (gülür.) Məndə danışmaq problemi var amma. Çətinlik çəkirəm bu barədə. Ancaq qəşəng dinləmək qabiliyyətim var…

 

– Çinarə, danışmaqla aran yoxdur. Amma ruhi xəstəxanaya gedib xəstələrlə ünsiyyət qurmusan. Hətta bu haqda yazmısan da… 

 

– Fotoqraf Orxan Əzimlə belə bir layihəmiz vardı. Layihə də demək olmaz… Sadəcə belə bir iş gördük. Maştağaya getmişdik. Orxan ordan film çəkmək istəyirdi. Biz ora getdik. Ruhi xəstəxanadan dedilər ki, burda olan burda qalmalıdır, başqa yerə çıxmamalıdır. Ancaq iş görə bilərsiniz. Ya film, ya da kitab… Orxanın fikri film çəkmək idi. Mən də onları müşahidə edib yazmaq istəyirdim. Bizə dedilər ki, bu mümkün olmayacaq, onlar sizi heç vaxt yaxına buraxmayacaqlar. Orxan da təklif etdi ki, onlara təmənnasız dərs deyək. Bu həm də ünsiyyət qurmağımıza kömək edəcəkdi. Orxan Əzim orda ruhi xəstələrə fotoqrafiyadan dərs keçdi. Üç ay biz ora gedib gəldik. Orxan dərs keçirdi, mən də onlara kağızda suallar yazırdım…

 

– Necə suallar?

 

– Məsələn, soruşurdum ki, Allah hardadır. Biri yazırdı ki, Allah intihar eləyib. O biri yazırdı, Allahı şeytan öldürüb. Belə… Çox qeyri-adi cavablar vardı. Onların düşüncələrini öyrənmək istəyirdim. İndi mənim əlimdə əlyazmaları var. Hədsiz maraqlı düşüncələrdir. Bir kitablıq düşüncələr…

 

– Aha… Maraqlıdır… Çap edəcəksən?

 

– Orxan Əzim yəqin ki, bir film ortaya qoyacaq. Mənim də ruhi xəstəxanadan qazancım kitab oldu. Onlar haqqında iki hekayə yazdım. Biri kitabda çıxıb, o birini çap üçün heç yerə verməmişəm.

 

– Ruhi xəstələrin düşüncələrini ayrıca kitab kimi düşünmürsən?

 

– Düşünürəm ki, nəsə eləyəcəm. Amma hələ tapmamışam. Əlyazmalar, fotolar məndədir. Görək… Belə çox maraqlı oldu mənim üçün. Mən ruhi xəstələrlə söhbət edəndən sonra bir müddət sosial şəbəkələrdən uzaqlaşmışdım, heç kimlə ünsiyyət qurmurdum. Çünki onlarla söhbət o qədər səmimi alınmışdı ki, ətrafımdakılar saxta görünməyə başlamışdı. Hamı maskalanmış, süni gəlirdi mənə. Onlar isə çox səmimi idilər… Öyrəşmişdik bir-birimizə…

 

 

– Ünsiyyətə çətinlik çəkən Çinarə üçün onlarla ünsiyyət saxlamaq necə başa gəlirdi?

 

– Yox, əslində çətin olmurdu. Onlara normal insanlar kimi davrananda ünsiyyət qurmaq da asan başa gəlirdi. Sadəcə onlar fərqlidirlər. Cəmiyyət onları özlərindən kənara atır…

 

– “6 nömrəli palata” kimi…

 

– Eynən… Ümumiyyətlə, insan hansısa fikrə əks yanaşanda kənardan dəli kimi görünür.

 

– İnkubator kimi eyni olmayanda dəli zənn edirlər…

 

– Hə… Məsələn, sənin xarakterin belədir, mən onun əksinə getsəm, sən istər-istəməz buna mənfi reaksiya verəcəksən.

 

– Çinarə, ruhi xəstəxanada ən çox yadında qalan detal nə olmuşdu?

 

– İki hekayəmdə bu detalları işləmişəm. Orda biri vardı, lambirin üzərinə fotolar çəkirdi. Özü də çox möhtəşəm çəkirdi. O fotolar da bizdə var. Yəqin ki, ortaya çıxardacağıq o fotoları. Lambirinin üzərinə foto çəkirdi, boş qalan ağ yerə sözlər yazırdı. Mən ona bunun səbəbini soruşanda dedi ki, hövsələm çatmır, ya da ayaqyoluna getməyim gəlir. Tamamlaya bilmədiyini sözlə yazıb. Mənə ən maraqlı gələn ruhi xəstə idi. Ümumiyyətlə, ordakıların düşüncələri, hadisələrə münasibətləri çox fərqli, qəribə olurdu. Bir də bütün ruhi xəstələr özləri haqqında üçüncü şəxs kimi danışırdılar. Mən çalışmışam o detalları hekayələrimdə göstərim. “Məcnunxana” kitabımdakı eyniadlı hekayədə o detallardan istifadə etmişəm. Bir də “Məcnunxana – 2” hekayəm var. O isə kitabda yoxdu. Hekayənin ikinci hissəsidir.

 

 

– Çinarə, bu kitabdakı hekayələrin çoxu avtobioqrafikdir. Fiksiya yoxdur. Yanılmıram?

 

– Yox, doğrudur… Bu kitabda bir povest, hekayələr və bir esse var. Bayaq dediyim kimi, mən ünsiyyətə meylli deyiləm, içimdəkiləri başqaları ilə bölüşə bilmirəm. Ona görə də yazıram. Yazmaqla rahatlayıram. Doğru dedin. Bu kitabdakıların əksəriyyəti avtobioqrafikdir. İçimdəki sıxıntını çıxarmaq üçün bu kitab mənə kömək elədi.

 

– “Məcnunxana” ilk kitabındır?

 

– Kitabımın redaktoru Pərviz Cəbrayıldı. Kitabı demək olar onun sayəsində çıxartdım. Məndən yazılarımı istəmişdi oxumaq üçün. Göndərdim bir müddət sonra redaktə edib geri qaytardı və bunları kitab elə dedi. Heç gözləmirdim çox sevinmişdim. Mənə qalsa bu utancaqlıqla kiməsə verə bilmiyəcəkdim. (gülür. Pərviz bəyə borcluyam.

 

Hə, ilk kitab demək olar… Ancaq orta məktəbdə kitababənzər bir şey çıxmışdı. (gülür.) Onu saymasaq ilkdir.

 

– Necə yəni kitababənzər?

 

– 70-80 vərəq idi. Adını “Vətəndə yaşayan vətənsizlər” qoymuşdum. Nənəmin babamın danışdıqlarından təsirlənib yazmışdım.

 

– Kitab hekayələr idi, şeirlər, yoxsa esse?

 

– Hekayələr idi… Biz qaçqınıq. Qubadlıdan köçüb gəlmişik. 6 yaşım var idi onda, amma dərk edə bilirdim. Bir tərəfdən yaşadığın yerdən köçürdün, digər tərəfdən valideynləri qoyub gedirsən. İki tərəfdən itirirsən yəni.

 

– Dəhşətdir…

 

– Uşaqlığım qaçqınlıq dövrünə təsadüf edir. Ancaq sizə bir şey deyim ki, o qədər yoxluğun içində mən öz uşaqlığımı bədbəxt hesab etmirdim. Xoşbəxt bir uşaqlığım olmuşdu. Yəni sevgidən məhrum olmadım. İnsanlar ümidlərini, evlərini itirirdilər, ancaq sevgilərini itirmirdilər. Ancaq indi mən o sevgini görə bilmirəm.

 

 

– Ancaq sənin bir üstünlüyün də var: yumor hissin. Və yaşadığın dəhşətli hadisələrdən də mənə elə gəlir, səni xilas edən bu yumor hissidir…

 

– Mənim şəxsi həyatımda da çox problemlər olub. Eyni zamanda da uşaqlıq… Düşünürəm ki, acının üst təbəqəsi var, ora çatanda artıq hadisələrə ironik yanaşa bilirsən…

 

– Dərdə gülmək mərhələsi…

 

– Artıq acıya yüklənməkdən yorulursan. Ağlamaqdan, göz yaşından bezəndə onlara gülməyə başlayırsan.

 

– Ömray təxəllüsü necə yarandı?

 

– Mənim iki oğlum var, Ömər, Raman. Onların baş hərflərindən belə bir təxəllüs yaratdıq: “Öm, Ra”. “Y” hərfi də soyadım Yusifovdan götürülüb.

 

– AYB üzvü oldun bu yaxınlarda…

 

– Mən Yaradıcılıq fakültəsini oxuya-oxuya Gənc Ədiblər Məktəbini bitirmişdim. AYB-yə sənədləri təqdim etmək üçün zəmanət istəyirlər. Mən də utancağın biri, kiməsə zəmanət yazmağını deyə bilmirdim. Ona görə də heç vaxt sənəd verməklə maraqlanmamışdım. Sırf o zəmanətə görə. Sonra Rəşad Məcid dedi, sənin xasiyyətini bilirik, zəmanətə ehtiyac yoxdur. Zəmanətdən qurtulandan sonra sənədlərimi vermişdim. (gülür.)

 

– Çoxları düşünür ki, üzv olmaq yaradıcı olduğunu təsdiq etmək deyil…

 

– Əlbəttə. AYB istedad vermir, istedadı da almır əlindən.

 

– Bəziləri deyir, AYB gəncliyin etiraz ruhunu boğur…

 

– Mən bu söhbətlərin içində olmadığım üçün bilmirəm açığı… Elə bir şey görməmişəm. Ancaq AYB-yə üzv olmağın üstünlük olduğunu düşünənlər var. Qubadlıdan bir yazar tanışım var, yaşlı adamdır. Bir dəfə mənə dedi ki, Yazıçılar Birliyinə mütləq üzv olmalısan.  Mən də dedim, çoxdan üzvəm. Bu qədər rahat dediyimə təəccübləndi. Həyəcanla soruşdu ki, kitabında yazılıb. Sonra açıb baxdı, elə bir məlumatı tapa bilmədi. Əsəbləşib dedi ki, sən apar bu kitabları dəyiş, arxasına “AYB üzvü” yazdır. (gülüşmə)

 

– Bir yazında oxumuşdum. Sevmək hissini itirmişəm yazmışdın…

 

– Bir o yoxdu məndə, qalan hər şey yerindədir. (gülür.) Doğrudan mən o hissi heç vaxt yaşamamışam.

 

– Heç kimi sevməmisən?

 

– Yox… Orta məktəbdə repetitor yanına getdim, hazırlaşdım universitetə. Qəbul olan kimi məni verdilər ərə. (gülür.) Yəni mən özümü dərk edə bilmədiyim bir vaxtda. Sevməyə heç vaxtım olmadı. Sonra da o hiss məndə yoxa çıxdı… Ancaq insanları sevirəm, onlara inanıram. Bilirəm ki, yalan danışır. Ancaq inanıram. İnanmaq mənə stimul verir.

 

– Sənə sevgi arzulayıram…

 

– Çox sağ ol.

Previous Post

Çinarə Ömray: “Yazmağı atama məktub yazmaqla öyrəndim”

Next Post

Qafqaz Universitetinin adı dəyişdirildi

Bənzər yazılar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52

Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz gələn il də...

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48

Azərbaycan Bolqarıstanın Burqas şəhərində “Avroviziya 2027” musiqi yarışında iştirak edəcək. Elchi.az xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində...

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

28 Sentyabr 2026 - 17:36

Milli Kitabxana “Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanalarında müasir kitabxana işinin təşkili: innovativ yanaşmalar və inkişaf perspektivləri” mövzusunda onlayn görüş...

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Next Post

Qafqaz Universitetinin adı dəyişdirildi

Qafqaz Universitetinin adı dəyişdirildi

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.